Təklik Bəzən gözəl səslənir

 
  • 1.05.2010, 23:28
  • Bölmə: Sevgi
  • Müəllif: nn_nn
Təklik Bəzən gözəl səslənir


Təklik...Bəzən gözəl səslənir bu söz mənim üçün evdə tək övlad olmaq istəyən eqayist uşaqlar kimi,zirvələri tək fəth etmək istəyən cəsarətli insanlar kimi və ya insanlardan qorxub təkliyi sevənlər kimi.Amma heç düşünməmişdim birdən həqiqətən tək qalsaydım necə olardı həyatım?
Təklik Bəzən gözəl səslənir
Anam və atam həyatımın ayrılmaz və ən dəyərli varlıqları...Bəs mən onlarsız – tək necə qurardım həyatımı? Dostlarım – mənə ən pis və ən yaxşı günümdə dəstək olan yaxınlarım...Mən onlarsız –tək necə aşa bilərdim bütün çətinlikləri? Tək qalsaydım hər yıxılanda kim əlimdən tutub qaldırardı, ən qəmgin vaxtımda kim güldürərdi üzümü, nailiyyətlərimə kimlər sevinərdi, irəliləyişlərimə kimlər paxıllıq edərdiki məndə olan mübarizə əzmini daha da gücləndirsinlər?
Təklik Bəzən gözəl səslənir
Amma bir dəyişməz həqiqət də vardırki ağladan da ağlıyan da məhz insanlardır.Bir-birinə xoşbətxçilik və ya bədbəxtçilik gətirən yenə insanlardır.Ona görə də bəzən tək qalmaq hər bir pislikdən uzaq durmağıma kömək edə bilər. Təklik bəlkə də insanlardan uzaqlaşıb həyat oyununa bir az tənəffüs vermək kimi görünsə də mənə başqalarına passivliyim kimi görünər, içimdəki şübhələrdən qurtulmaq üçün tək qalsam başqaları geri çəkildiyimi düşünər, insanlardan tamamilə uzaqlaşıb tək qalsam o zaman bunu mənim tənəzzülüm hesab edərlər,gülərlər mənə.Mənə isə bu qədər yaşanan təkliyim dərs olar,nəticələr çıxardıb hər kəsi tanıyaram,ən sonda gözlənilmədən qələbə çalaram və bu zaman mənə gülənlərə tək gülən mən özüm olaram.Necə deyərlər yaxşı gülən sonda gülər...
Təklik Bəzən gözəl səslənir
Tək qalsaydım dostum dörd divar,soyuq döşəmələr,təkliyimi isidən bir fincan çay və qələmim olardı.Qələmimlə təsvir edərdim təkliyimin gözəlliyini.Yazardım səhər-axşam sevgilisini təsvir etməkdən yorulmayan dəli şairlər kimi.Hərdən özümü günahlandırardım etdiyim səhvlərə görə.Təklik isə həyat məhkəməsindəki ədalətsiz hakim olardı mənə.Məhkum edərdi məni həmişəlik tənhalığa.Tək qalsaydım anlıyardım dostluğun qiymətini.Sadiq dostlarım axı hər zaman mənimlə olmalıydı.Əgər yoxdurlarsa və mən təkəmsə başa düşərdim yalnız insanın özünə ən sadiq dost olduğunu.Tək qalsaydım ətrafımı görərdim.Bir zamanlar insan kütlələrinin üstünü bağladığı hər çirkinliyi və hər gözəlliyi indi aydın görərdim.Tək qalsaydım heç kəsdən asılı olmazdım.Azadlığımı doya-doya yaşıyardım.Öz gəmimdəki tək kapitan elə özüm olardım. Ən sonda isə mənim üçün dəyişilmiyən bir həqiqət var “Biz kiçik insanlar bəzən böyük kütlələr içində belə tək olduğumuzu hiss edərik”

Təklik Bəzən gözəl səslənir


Geri dön

CandyGirl

  • 7 iyul 2011 22:50
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tewekkur edirem

--------------------

Lexikon

  • 9 mart 2011 00:02
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkk

gul_93

  • 4 mart 2011 16:08
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

Persofona

  • 17 iyul 2010 10:28
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
Biz kiçik insanlar bəzən böyük kütlələr içində belə tək olduğumuzu hiss edərik
teklik gozel seslene biler ama yaxsi bi wey deyil

Little_Devil

  • 3 may 2010 23:17
  • Məqalə: 8
  • Şərh: 444
  • Bal:
{awards}
teshekkur..

--------------------
Insanlar qizilgullerin arxasinca qacaken, ayaqlarinin altindaki nergizlere fikir vermezler

nn_nn

  • 3 may 2010 12:02
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Maraqli reylerinize gore bir daha tewekkur edirem

--------------------

Mr_Unlimited

  • 2 may 2010 22:01
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
Ən sonda isə mənim üçün dəyişilmiyən bir həqiqət var “Biz kiçik insanlar bəzən böyük kütlələr içində belə tək olduğumuzu hiss edərik”


Perfect. tewekkurler

R_O_M_A

  • 2 may 2010 13:20
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Tək qalsaydım dostum dörd divar,soyuq döşəmələr,təkliyimi isidən bir fincan çay və qələmim olardı.Qələmimlə təsvir edərdim təkliyimin gözəlliyini.Yazardım səhər-axşam


Tək qalsaydım dostum dörd divar,soyuq döşəmələr,təkliyimi isidən bir fincan çay və qələmim olardı.Qələmimlə təsvir edərdim təkliyimin gözəlliyini.Yazardım səhər-axşam

--------------------

Samir

  • 2 may 2010 12:23
  • Məqalə: 1
  • Şərh: 190
  • Bal:
{awards}
Bezan tek qalmagi sevirem,gunki hemin an men ozumu rahat hiss edirem,amma sonra bu rahatliq darixdirici olur...heyat oz axarinla davam edir,yashamaq gozeldir,amma tek yox,yashamaq gozeldir hem dostlarinla,hemde dushmenlerinle...Necede maraglidi bu heyatda mubarize aparmaq)) aikido twk xebere gore

_SliPkNoTkA_

  • 2 may 2010 04:53
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
OK,
mende bezen ele hiss edirem

--------------------

nn_nn

  • 1 may 2010 23:49
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Fikirlerinize gore minnetdaram

--------------------

Ayka

  • 1 may 2010 23:48
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
Sitat: OK
Bəzən bir çox insanların içərisində özümüzü tək hiss edirik

Tam raziyam Teshekkurler

OK

  • 1 may 2010 23:38
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Bəzən bir çox insanların içərisində özümüzü tək hiss edirik. Xəbərə görə çox təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}