Ucuz Fəhlə

 
Ucuz Fəhlə

Səhər yenicə açılmışdı. İri bir fabrikin sahibi kabinetində oturub qəhvə içməklə məşğul idi. Birdən qapı zərblə açıldı və qəribə görkəmli bir nəfər içəri daxil oldu. O, işsizlik əlaməti olan nimdaş papağını əlində tutmuş halda fabrik sahibinə müraciətlə dedi:
— Bəy əfəndi, mən iş axtarıram.

Sahib başını qaldırmadan aşağıdan yuxarı onu nəzərdən keçirdi:
— Hansı işi bacarırsan?
— Mən peşə məktəbində təhsil almışam. Birinci dərəcəli çilingərəm.
— Bizə tornaçı lazımdır.
— Mən Almaniyada zavodda beş il tornaçı işləmişəm. Hələ müsbət xasiyyətnamə də veriblər.
— Ancaq bizə ilk nöbədə modelçi gərəkdir.
— Mən birinci dərəcəli modelçiyəm.

Sahib şirinliklə dodaqlarını yaladı:
— Əgər sən xarrat da olsaydın...
— Düz dörd il xarratlıq sənəti üzrə usta işləmişəm.

«Zavod üçün təzə tapıntıdır», – deyə sahib düşündü. – «İndi yəqin ki, yüksək məbləğdə pul tələb edəcək».
— Yaxşı, oğul, amma, təəssüf ki, bizim fəhləyə ehtiyacımız yoxdur.
— Mən bütün əmrlərinizə əməl edəcəyəm.
— Yaxşı, qoy olsun! Mən səni götürürəm. Amma yadında saxla: əlavə heç nə ödəyən deyiləm. Onsuz da adamım çoxdur.
— Təşəkkür edirəm, bəy əfəndi! Mən əlavə heç bir şey istəmirəm. Nə qədər versəniz, ona da sağ olun.
— Birinci dərəcəli ustalara biz gündə 5 lirə ödəyirik. Sənə isə artıq işçi kimi 2 lirə verəcəyik.
— Nə etməli, sahib, mən razıyam.

Öz qələbəsindən cuşa gələn sahib üz-gözünü turşutdu.
— Qulaq as, gör daha nə deyirəm. Bizdə iş saatı cədvələ salınmayıb. Sonradan narazılıq olmasın ha! Gündə ən azı 11 saat işləmək lazım gələcək.
— Qoy lap 14 saat olsun, sahib.

Sahib qulaqlarına inana bilmədi.

— Bəri bax, sonra deməyəsən ki, eşitməmişəm: iş yerin dar və qaranlıq olacaq.
— Necə desəniz...
— Hə, az qaldı yadımdan çıxa. Qabaqcadan bir qəpik də almayacaqsan. Bir ay işlərsən, təcrübə qazanarsan, ondan sonra əgər biz səndən razı qalsaq, gündə iki lirə verəcəyik.
— Necə istəyirsiniz...
— Hə, bir də ki, aldığın əmək haqqının iyirmi faizini texnikanın təmirinə və tullantısına görə ödəməli olacaqsan.
— Bəs necə, sahib, əlbəttə, əlbəttə!..
— Bir də ki...
— Eşidirəm!
— Mən sənə-yad bir adama ən əla mühərriklərimi etibar edirəm ha!
— Çox razıyam, əfəndi.
— Elə buna görə də səndən min lirə məbləğində vergi tələb olunur.
— Verərəm, sahib, and olsun! Atamdan mənə bir komacıq miras qalıb. Onu satıb vergini ödəyərəm.
— Yaxşı, onda yüyür sexə və işə başla!

Fəhlənin getməsindən bir neçə dəqiqə sonra iki polis nəfəri təngnəfəs halda sahibin kabinetinə soxuldu.
— Bəy əfəndi, sizin yanınıza bir ağıldankəm adam girmişdi. O, dəlixanadan qaçıb. Biz onu axtarırıq!..


Geri dön

B_L_A_T_N_O_Y

  • 2 fevral 2013 20:29
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
meqale ucun tesekkurler...

adsiz2

  • 30 yanvar 2013 16:31
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
tesekkurler....

--------------------

solnuska

  • 27 yanvar 2013 16:33
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk hekayeye gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

B_L_A_T_N_O_Y

  • 27 yanvar 2013 01:33
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
— Əgər sən xarrat da olsaydın...
— Düz dörd il xarratlıq sənəti üzrə usta işləmişəm.

Wampira

  • 26 yanvar 2013 22:30
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
maraqli idi heyatda o qeder yalancilar var ki

--------------------
sesini deyil sozunu ucaltmagi bacarmalidir insan. Cunki simsekler deyil yagislardir yarpaqlari isladan.......

fatimeyinur

  • 26 yanvar 2013 21:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem...

^^KuKuLKa^^

  • 26 yanvar 2013 20:53
  • Məqalə: 766
  • Şərh: 11550
  • Bal:
{awards}
maraqlidir...twkler

--------------------

so_sad

  • 26 yanvar 2013 19:35
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Fəhlənin getməsindən bir neçə dəqiqə sonra iki polis nəfəri təngnəfəs halda sahibin kabinetinə soxuldu.
— Bəy əfəndi, sizin yanınıza bir ağıldankəm adam girmişdi. O, dəlixanadan qaçıb. Biz onu axtarırıq!..

мυsLiмαηκα

  • 26 yanvar 2013 18:49
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
maraqlidir...twkler

N_GOKA

  • 26 yanvar 2013 17:05
  • Məqalə: 3
  • Şərh: 349
  • Bal:
{awards}
meqale ucun twkr

--------------------
SeNsIz Bu HeYaT MeNe HaRaMdIr

Friendly_Girl

  • 26 yanvar 2013 16:23
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
meqale ucun tesekkurler...

--------------------

canim ablamin ilk hediyesi

GuNaY_83

  • 26 yanvar 2013 16:09
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
— Bəy əfəndi, sizin yanınıza bir ağıldankəm adam girmişdi. O, dəlixanadan qaçıb. Biz onu axtarırıq!..

--------------------

Banned1

  • 26 yanvar 2013 15:30
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
qewng hekayedi cox saolun ....

ღ★Diamond★ღ

  • 26 yanvar 2013 15:11
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
meqale ucun twkr

gulicka89

  • 26 yanvar 2013 14:50
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
hekaye bir dersdir...........................

surawka

  • 26 yanvar 2013 14:18
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
— Bəy əfəndi, sizin yanınıza bir ağıldankəm adam girmişdi. O, dəlixanadan qaçıb. Biz onu axtarırıq!..

Silent_ Night

  • 26 yanvar 2013 14:14
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
hekaye ucun twk

--------------------

Samir98

  • 26 yanvar 2013 14:04
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Hekayə üçün çox sağ oL...

..:MeleK kiz:..

  • 26 yanvar 2013 13:09
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox beyendim ellerine saglik

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}