1794-cü ilin istehsalı olan nadir bir dollarlıq gümüş sikkə ABŞ-n “Stack" Bowers Galleries” hərrac evində rekord qiymətə - 10 milyon dollara satılıb. Rusiya mətbuatı istinadən verdiyi məlumata görə, sikkənin unikallığı ondan ibarətdir ki, onun üzərində Azadlığı təcəssüm edən, ulduzların ətrafında olan saçları açıq qadın profili çəkilib. Mütəxəssislərin fikrincə, bu, ABŞ-da buraxılan ilk dəmir pul olub.
Gümüş sikkənin sahibi “Legend Numismatic” numizmatika şirkəti olub. Şirkət gələcəkdə bu qədim əşyanı daha baha qiymətə satmaq niyyətindədir.
Gümüş sikkənin sahibi “Legend Numismatic” numizmatika şirkəti olub. Şirkət gələcəkdə bu qədim əşyanı daha baha qiymətə satmaq niyyətindədir.