İosif Stalin

 
İosif Stalin

Rəsmi versiyaya görə 21 Dekabr 1879-cu ildə və ya metrit kitabındakı qeydə

əsasən 6 Dekabr 1878-ci ildə Gürcüstanda Qori şəhərində anadan olmuşdur.

Ailədə üçüncü uşaq olmuşdur, iki ilkinlər uşaqlıqda ölmüşdür. Onun doğma

dili gürcü dili olmuşdur, rus dilini sonra öyrənmişdir, lakin həmişə hiss

olunacaq gürcü ləhcəsi ilə danışmışdır.Kasıb yəhudi ailəsində, çəkməçinin

və qala kəndli qızının ailəsində böyümüşdür. İosifin 11 yaşı olanda atası vəfat etmişdir.

1901-1902-ci illərdə RSDFP-nin Tbilisi və Batumi komitələrinin üzvü.

1907-1908-ci illərdə RSDFP-nin Bakı komitəsinin üzvü. RSDFP-nin

6-cı Ümumrusiya konferensiyasında (1912) sonra MK-nın pleniumunda

MK-nın və RSDFP MK-nın rus bürosuna seçkisiz qəbul olunmuşdur.

1906-1907-ci illərdə Qafqazda eksproprkasiya adlanan əməliyyata

rəhbərlik etmişdir. 1907-ci il 25 iyunda bolşeviklərin pula ehtiyacını

ödəmək üçün inkassator faytonuna hücum təşkil etmişdir.

1909-1917-ci illərdə sürgündə olduğu müddətdə esperantonu

(süni beynəlxalq dil) öyrənmişdir.1922-ci ilin aprelində RKP (b) MK-nın

pelniumunda Stalin MK-nın birinci katibi seçildi. Əvvəllər bu vəzifə yalnız

partiya aparatına rəhbərlik demək idi, partiyanın lideri və dövlətə

rəhbərliyi isə formal da olsa Xalq Komissarları Sovetinin sədri

V.İ.Lenin-də qalmaqda idi.Lenin Stalinin təşkilatçılıq qabiliyyətini,

onun biliyini, təcrübəsini, milli və digər kəskin siyasi problemləri həll edə

bilməsi bacarığını yüksək qiymətləndirirdi. Onlar arasında şəxsi və

prinsipial mübahisələr də olmuşdur. Lakin bu hallar heç bir şəkildə

siyasi zidiyyət halları almamışdır. Buna baxmayaraq Lenin Stalini

kobudluqda çox kəskin sürətdə ittiham edirdi. Onun fikrincə Stalinin

bu keyfiyyəti birinci katib vəzifəsində olan şəxs üçün deyil,

bu hal partiya rəhbərliyinin parçalanmasına gətirib çıxara bilər.

Lenin "Qurultaya məktub"unda qeyd edirdi ki, Stalin çox kobuddur

və onu birinci katib vəzifəsindən çıxartmaq lazımdır. Stalinin

işçi kimi keyfiyyətlərini nəzərə alan partiya rəhbərləri bunu etmədilər.

Sovet propaqandası Stalinin ətrafında yarı-ilahi "böyük rəhbər və müəllim"

siması yaradıldı. Stalin və onun yaxın ətrafının adları şəhərlərə, zavodlara,

kolxozlara, hərbi texnikalara verilirdi. Onun adı Marks, Engels və Lenin ilə

birlikdə çəkilirdi. Onun haqqında tərifləyici mahnılar bəstələnirdi və

hətta onun adı SSRİ-nin 1944-cü il himninin tekstinə də salınmışdır.

Şəxsiyyətə pərəstişlik tənqid edildikdən sonra məşhur yazıçı V.Şoloxov

Stalin şəxsiyyətinə pərəstiş haqqında belə demişdir:

"Hə, həqiqətəndə pərəstiş var idi.... amma şəxsiyyət də var idi!"

yeganə oğlu olan Yakov İkinci dünya müharibəsi zamanı almanlara əsir düşür.

Bu haqda almanlar Stalinə onun oğlunu feldmarşal Paulusa dəyişməyi

təklif edirlər, buna cavabında isə Stalin deyir:

"Mən əsgərə feldmarşal dəyişmirəm".

1953-cü il martın 5-də Stalin beyninə qansızmadan vəfat etmişdir.

Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və ya

N.S.Xruşşov ona kömək etməməklə onun ölümünə səbəb olmuşlar.

1953-cü il martın 5-də Stalinlə vida mərasimi zamanı küllü miqdarda insan

onunla vidalaşmaq istədiyindən basabas yaranır. O zaman həlak olnaların

dəqiq sayı hələdə məlum deyil, lakin ölən kifayət qədər çox olmuşdur.

Həmçinin bir faktda məlumdur ki, basabasda həlak olanlardan biri

1422 nömrəsi almışdır; nömrələmə yalnız o cəsədlər üçün aparılırdıki,

onları qohumlarının və ya dostlarını köməyi olmadan müəyyən etmək

mümkün deyildi.Stalinin balzamlanmamış cəsədi Lenin Mavzoleyində

ümumxalq nümayişinə qoyulur və həmin mavzoley 1953-1961-ci illərdə

"V.İ.Lenin və İ.V.Stalin Mavzoleyi" adlanır. 1961-ci il oktyabrın 30-da

Sov.İKP-nin XXII qurultayında qərara alındı ki, "Stalinin Lenin vəsiyyətlərini

kobud şəkildə pozması ... onun cəsədini Mavzoleydə saxlamağı

qeyri-mümkün edir". 1961-ci il 31 oktyabrdan 1-i noyabra keçən

gecə Stalinin cəsədi Mavzoleydən çıxarıldı və Kreml divarında basdırıldı.

Sonradan məzarın üzərində abidə ucaldı (büstün müəllifi M.V. Tomski).

Çörçillə aid edilən sitat - "Stalin Rusiyanı xışla qəbul edib atom silahı ilə yola saldı"


Geri dön

only-girl

  • 2 aprel 2011 23:09
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
cox sagol maraqli xebere gore

--------------------

_RONALDO_

  • 7 mart 2011 16:40
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
coooox gozeldi sagol

--------------------

Ulya

  • 21 dekabr 2010 19:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Sergio Ramos

  • 18 dekabr 2010 23:49
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
İlK ŞəRh məNdəN

sağol Ramil

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}