Gördüyünü söyləmə, verdiyin sözü unutma

 
Gördüyünü söyləmə, verdiyin sözü unutma

Oğul! İnsanlar var ki, gün doğanda doğulur, gün batanda ölürlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizdir.

Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul!

Çalış, tək özün olmayasan, öz içində boğulmayasan, təklik yalnız ALLAHa məxsusdur. Dünyanın ağırlığını təkbaşına qaldırmayasan. Bütün işlərini məsləhətlə görəsən. Əgər məsləhətlə iş görsən, yol da üzünə açıq olar. Yox, əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan!

Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul!

Unutma, qəzəbin təkəbbürünlə birləşib ağlını məğlub edə bilər. Həmişə səbirli, təmkinli və iradəli ol. Heç vaxt əzmindən dönmə. Getdiyin yolu, daşıdığın yükü yaxşı bil.

Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.

Səbirsiz mənzilbaşına çatmaq olmaz, oğul! Səbir qara bir tikanı udmaq, tikan içini parçalayıb keçdikcə səsini çıxarmamaqdır. İnsan ocaq kimi yanmalı və yandığını heç kimə bildirməməlidir.

Gözünü əbədiyyətlərə dik, oğul! Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər.

Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür.

Sözündə bütöv ol. Hər sözü də boynuna götürmə. Gördüyünü söyləmə, verdiyin sözü unutma, sözü söz olsun deyə demə.

Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib...

Ananı, atanı say. Bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, ata isə dua qaynağı...

Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.

Sayıldığın yerə tez-tez getmə, onda nə hörmətin, nə etibarın qalar. Düşmənlərini artırma, haqlı olanda da döyüşməkdən qorxma! Bil ki, atın yaxşısına “doru” (kəhər - red.), igidin yaxşısına da dəli deyərlər!

Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. “İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr”.

Gələcəkdə nəslindən utanmamaq üçün gecələrin qaranlığında, səhərlərin aydınlığında duaya qalx.

Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar...

Yaxşılığa yamanlıq şər kişinin işidir,

Yaxşılığa yaxşılıq hər kişinin işidir,

Yamanlığa yaxşılıq ər kişinin işidir, oğul!

Sən bizim duamızsan, oğul. Başını həmişə dik tut. Qoy əbədiyyətə qədər üzün ağ, yolun açıq olsun.

Gördüyünü söyləmə, verdiyin sözü unutma


Geri dön

so_sad

  • 31 yanvar 2013 12:32
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
Sitat: come back
super maraqli meqale idi cox sagolun maraqla oxudum.

solnuska

  • 29 yanvar 2013 21:20
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
cox saq olun melumata gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

leyluwka_20

  • 29 yanvar 2013 12:15
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
tesekkurler maraqli idi

--------------------

^^KuKuLKa^^

  • 29 yanvar 2013 10:28
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Ananı, atanı say. Bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, ata isə dua qaynağı...

--------------------

Banned1

  • 29 yanvar 2013 03:26
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
cox maraqli idi birdəbəm cox saqol...

come back

  • 29 yanvar 2013 01:34
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
super maraqli meqale idi cox sagolun maraqla oxudum.

мυsLiмαηκα

  • 28 yanvar 2013 22:52
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Sözündə bütöv ol. Hər sözü də boynuna götürmə. Gördüyünü söyləmə, verdiyin sözü unutma, sözü söz olsun deyə demə.

Friendly_Girl

  • 28 yanvar 2013 22:32
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
tesekkurler...

--------------------

canim ablamin ilk hediyesi

^^KuKuLKa^^

  • 28 yanvar 2013 22:13
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.

--------------------

_trickster_

  • 28 yanvar 2013 19:46
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür.

--------------------

so_sad

  • 28 yanvar 2013 19:17
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.

ღ★Diamond★ღ

  • 28 yanvar 2013 18:58
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul!

GuNaY_83

  • 28 yanvar 2013 18:45
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.

--------------------

legend sun girl

  • 28 yanvar 2013 17:53
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
menalidir cox saqolun

Shokoladka

  • 28 yanvar 2013 17:48
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Maraqli idi tskler..

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}