İncə yolun ağır adamı

 
İncə yolun ağır adamı


"Gediyorum gündüz-gece.
Uzun ince bir yoldayim".


Cem Karaca və Barış Mançonun birgə oxuduğu bir mahnıdan eşitdiyim sözlərdi. Və mənə elə gəlir ki, hər iki şəxsiyyət bu gündə yaşayır. 600 ildən sonrada dünya olacaqsa onlarda yaşayacaq. Çünki yol uzun və incə bir yoldu... Belə bir yolun yükünü, bəlkədə mənasını imkan olanda mən də yaşadım və yenədə yaşayıram. Söhbət 600 olmasada 60 illik bir ömür yaşayan Etibar Babayevlə ünsiyyətdən gedir.
Bir dəfə atamla nəşriyyatda liftə girib 5-ci mərtəbəyə çıxırdıq. Xəlil Rza Ulutürk də liftə mindi. Və qısa söhbət oldu...

- Mayıl oğlundu?
- Həəə
- Adı nədi?
- Eldəniz....
- Eldəgizlərdəndi bu... Familini bilmirəm, amma Elgün sənin təxəllüsün oldu. Mayıl, oğlun sənin tikdiyin divara mütləq bir kərpic əlavə edəcək....

Bu gün həmin söhbəti ona görə yadıma saldım ki, Etibar Babayev mənə Ulutürkün dediyi şansı “SPACE” TV-də yaratdı. Tele-jurnalist kimi nələrisə sübut etdim. Ən azı nəyə qadir olduğumu ya sübut edə bildim ya da edə bilmədim. Bəlkədə mənasız bir jurnalist oldum. Amma özüm oldum. Günlərin birində “Bu bizik” tok-şousunu təşkil etdim. Mətbuatla bağlı. Qonaqların hamısı müxalifətdən idi. Etibar Babayev xəbər tutdu və zəng edib tək bir söz dedi-“Mən sənə inanıram və nə istəyirsən et”.
Bizim demokratiyamız bu idi-qarşılıqlı inam. O proqramdan sonra prezident Heydər Əliyev mətbuat uzmanlarını qəbul etdi və hazırladığım o verilişi xüsusi olaraq yada saldı. Hərçənd ki, ordakıların hamısı müxaliflər idi...Mən isə artıq yenə də Elgün ola bilmişdim. Etibar Babayevin inamına görə.

Etibar Babayevə dünən zəng etdim. Təbrik etdim. Umu-küsü etdi axtarmadığım üçün.Və bu sözləri Ulutürk sözü kimi qəbul etdim...Çünkü ululuq, ozmanlıq məqamı yaşanır və mənim üçün uzun incə yol var. Bu yolda kimləri gördüm..? Eldar İsmayılı, Mövlud Süleymanlını, Mirşahini, Etibar Babayevi, Əvəz Zeynallını, Şahin Ağabəylini, Asəf Rzayevi və...yenədə insanlığı...
Bu gün Etibar Babayevin yox, Adil Babayevin, Etibar Babayevin və Adil Etibar oğlunun uzun yoldakı bir döngəsi yaşandı...

P.S. Ağsaqqalı təbrik etdim...

P.S.S. Azərbaycanda televiziya fəlsəfəsini anlayan bir insanı tanıdım...

P.S.-siz . Ustad var olun...

SON- Etibar Babayev Adil Babayevin tikdiyi evə bir kərpic qoya bildi... Yaşamağa dəyər.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 15:51
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
TESEKKULER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

YazYamuru

  • 24 dekabr 2010 08:29
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
EEEEEEEHHHHHHHH MƏNDƏ TƏNHAYAM request

--------------------



Asiyan

  • 24 dekabr 2010 04:39
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
TESEKKULER

Ulya

  • 21 dekabr 2010 19:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Sergio Ramos

  • 19 dekabr 2010 19:17
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
tənha olmaq bəzən yaxşı bəzən isə pisdir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}