Həmişə şükran Şükriyyə

 
Həmişə şükran Şükriyyə

Niyyət etdim Allah rizası üçün bugünkü səhər namazının fərzini qılmağa. Hər gün səhər namazına bu cümləylə başlayan müsəlman qadın və ya qız ibadətdən öncə təbii ki, dəstəmaz almalıdır. Maariflənmək xatirinə deyə bilərik ki, ibadətlər öz növbəsində üç yerə ayrılır: bədənlə edilən (namaz qılmaq, oruc tutmaq), mal ilə edilən (zəkat vermək və qurban kəsmək), həm mal, həm də bədənlə edilən (həccə getmək).
Ümumiyyətlə, təmizlik dində əsas amillərdən biri sayılır. Ağızdan iy gəlməsi hər hansı bir ailənin dağılmasına səbəb ola bilər. Belə ki, bu təqdirdə din həm qadına, həm də kişiyə öz halal həyat yoldaşından imtina etməyə imkan verir. Dişləri gün ərzində üç dəfə yumaq lazımdır. Onların namazdan qabaq da fırçalanması vacibdir. Təmizlik ifadəsi üst-başa da aid edilir. Merac gecəsinin hədiyyəsi olan namazın şərtlərindən biri də odur ki, kişilər göbək ilə diz qapağı arasını, qadınlarsa üz, əl və ayaqlardan başqa vücudunun hər tərəfini örtməlidirlər. Hicab qadının baş örtüyü, çadra isə onun geyimidir. Xanım çalışmalıdır ki, təmiz paltar geyinsin, ancaq bu, şəffaf rəngli və dar olmalı deyil. Əgər belə olmazsa, dərinin rəngi və bədənin forması və əzaları görünmüş olacaq. Paltar üçün ən münasibi ağ, sarı, yaşıl, açıq qırmızı, göy və mərciməyi rənglərdir. Qara və tünd qırmızı (xüsusilə namazda) geyimdən imtina edilməsi daha yaxşıdır.

Peyğəmbərimizin (s.ə.s) hədislərindən birində deyilir ki, mümkünsə, ağ rəngdə paltarlar geyinmək, ölüləri də bu rəngli parça ilə kəfənləmək lazımdır. Çünki ağ rənglərin ən gözəlidir. Namaz qılmağa hazırlaşan qadın gözəl və təmiz geyinməlidir. Ancaq bir şey də var ki, paltar yerlə sürünməməlidir.
Hədislərin birində belə buyurulur: "Həddindən artıq uzun və gen paltarlar geyinməyin. Əbanın ətəyi ayaq sümüklərinə, qolları isə biləklərə qədər olmalıdır. Qadınların üst paltarları isə topuqlarına çatmalıdır".

Özünü kişiyə bənzətmə

O ki qaldı qadının şalvar geyinməsinə, bununla bağlı İmam Baqir (ə)-dan bir sitatı gətirməyi lazım bilirik: "Qadınlar özlərini kişilərə, kişilərsə qadınlara oxşatmamalıdırlar". Dinimizdə qadının, eləcə də kişinin sürmə çəkməsinə müsbət yanaşılır. Sürmə təkcə gözəllik yox, həm də müalicəvi əhəmiyyətə malikdir. Bu barədə İmam Rza (ə)-ya məxsus hədislərdə belə bir fikir var: "Görmə qabiliyyəti zəif olanlar yaxşı olar ki, yatmazdan əvvəl sağ gözünə dörd mil, sol gözünə isə üç mil sürmə çəksin". Mil sürmə çəkmək üçün istifadə olunan alətdir. Hətta namazı sürmə çəkilmiş gözlərlə də qıla bilərsiniz. Bu məqbul sayılır.

Naməhrəmə görünmə

Bilin ki, qadınların üzürsüz olaraq saçlarını kəsmələri haram sayılır. Kişilər isə ya saçlarını tamamilə qırxmalı, ya da bir qədər uzadıb təmiz saxlamalı və vaxtlı-vaxtında daramalıdırlar. Yaxşı olar ki, kişilər saçlarını tüklərinin dibi görünənə qədər ortadan ayırsınlar. Ərəb qadınları hələ o vaxtlar bədənin müxtəlif hissələrinə bəzək vurar və onun silinib getməməsi üçün sürmədən istifadə edərdilər. Hətta bunun üçün xınadan da istifadə olunurdu. Peyğəmbər bu səbəbdən xınadan bu kimi işlərdə istifadə etməyi qadağan etmişdi. Bu prosesə müasir dövrümüzdə bodiart da deyilir. Hədislərin birində buyurulur ki, qadınlar bir-birlərinə bədənlərini və ayıb yerlərini göstərməməlidirlər. Tutaq ki, qadının elə bir yerində xalı var ki, onu ancaq həyat yoldaşı bilir. Və əgər kişinin qulağına onun qadınının xalı barədə söz çatsa, nələr olacağını təsəvvür edirsinizmi?

Ətrin də hikməti var...

Şenyon sözünü hansı biriniz eşitməmisiniz? Görün, bu haqda hədislərdə nə yazılır: "Qadınlar saçlarını hördükləri zaman heyvan tüklərindən də istifadə edə bilərlər. Bir şərtlə ki, halal heyvanın tükündən olsun. Əks təqdirdə, qıldıqları namaz batil olar".
İndi növbə ətirlərindir. Müxtəlif firmalara məxsus ətirlər almaq bəlkə də ən zəif nöqtələrimizdən biridir. Bəs dində buna münasibət necədir? Gözəl ətirlərdən istifadə etmək Həzrəti Məhəmmədin (s.ə.s) sünnətlərindən biri sayılır. İmam Əlinin qadınlara bu cür tövsiyəsi də məlumdur: "Ərlərinizin xoşuna gəlmək üçün təmizliyə fikir verin və gözəl ətirlərdən istifadə edin". O ki qaldı digər makiyaj vasitələrinə onlardan istifadə dəstəmaz alınması zamanı daha önəmli məsələyə çevrilir. Əgər bu vasitələr üzə suyun dəyməsinə maneçilik törədirsə, istifadəsi düzgün sayılmır. Konkret olaraq, dırnaq, eləcə də bəzi dodaq boyaları və kremlərdən dəstəmazı pozduqlarına görə istifadə etmək məsləhət deyil. Çalışın, başınıza parik qoymayasınız

Şükür içində olasan

Gözlərinə linza taxan xanımlara isə ürəkaçan xəbərlər vermək istəyirik.
Siz linzalı gözlərlə nəinki dəstəmaz ala, hətta namaz da qıla bilərsiniz. Çünki dəstəmazın alınması şərtlərinə nəzər salmış olsanız, burada gözün içərisinin yuyulması barədə konkret olaraq heç nə yazılmadığını görəcəksiniz.
Dövrümüzdə qadınların əksəriyyəti müxtəlif boyalar vurduğu kimi, xınadan da istifadə edirlər. Məlumunuz olsun ki, qadınlarla bərabər, kişilər də müalicəvi məqsədlər üçün xınadan istifadə edə bilərlər. Qadınlara gəlincə isə Peyğəmbər (s.ə.s) əfəndimiz ərli və ərsiz qadınlara əllərinə xına qoymağı əmr edərdi ki, ərli qadınlar ərlərinin xoşuna gəlsinlər, dul qadınların əlləri isə kişilərinkindən fərqlənsin. Bununla bağlı İmam Sadiq (ə)-ə məxsus hədislərdə deyilir ki, qadının yaşından asılı olmayaraq, əlini xınasız saxlamağı yaxşı deyil. Qadınların hamamdan istifadə qaydaları barədə yəqin ki, bilmək istərdiniz. Bu haqda hədislərdə deyilir: "Qadınlarınızı şəhərin ümumi hamamlarına göndərməyin. Ora gələn qadınlar öz zinət əşyalarını başqalarına göstərərək qürur və təkəbbürlük edərlər, çimdikləri zaman isə bir-birlərinin övrətinə baxar və qeybət etməyi özlərinə peşə edərlər".
Elə bir qadın tapılmaz ki, güzgüyə baxmasın. Bu əşyaya müsbət emosiyalarla baxmağı unutmayın. Çünki güzgüyə nə ötürəcəksinizsə, o bunu əks etdirərək sizə qaytaracaq. Hədislərdən birində bu barədə belə yazılır: "Güzgüyə baxdığınız zaman Allah-Təala sizə göz bəxş etdiyi üçün şükür edin". Bir də "Bismillah" deyib, sağ əlinizi üzünüzə çəkməyi də unutmayın.
Bu da dəstəmazı pozan vasitə sayıla bilər.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 16:09
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

YazYamuru

  • 24 dekabr 2010 08:07
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ÇOOOOOOOOOX SAĞOLUN MARAQLI İDİ smile

--------------------



MuslimGirl

  • 20 dekabr 2010 18:25
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler, deyerli movzuya gore. Allah razi olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}