Müğənilərimizə Kosmetoloq məsləhəti

 
Müğənilərimizə Kosmetoloq məsləhəti


Geyimləri, saç düzümləri, qalmaqalları ilə daim üzdə olan sənətçiləri bu dəfə nə dərəcədə baxımlı olmaları ilə gündəmə gətiririk.
Müxtəlif xarici ölkələrdə kosmetologiya kursu keçən tanınmış həkim-kosmetoloq Xariqə Quliyeva məşhur xanımların kosmetologiya sahəsində nə dərəcədə baxımlı olub-olmamalarını təsnifatlandırdı. Əvvəla, onu qeyd etdi ki, bir neçəsini çıxmaq şərtilə,
müğənnilərin heç biri dərisinə düzgün qulluq etmir.
Üzdəki qüsurları kosmetika ilə gizlətməyə çalışırlar.
Kosmetoloqdan da ən yaxşı və ən ucuz şeyləri istəyirlər: “Bizim müğənnilər geyimə, makiyaja daha çox pul verirlər, amma üzlərindəki problemi aradan qaldırmağa çalışmırlar. Bu, hamısına aiddir. Əminliklə deyirəm ki, üzdə olan xanımların əksəriyyəti təbii geldən istifadə etməyib. Çünki təbii gel qalıcı olmur. Fikirləşirlər ki, bu qədər pul verib gel vurdurum, o da bir neçə aya getsin? Ən yaxşı, natural gelin tərkibində qialiron asid olmalıdır. O da oynaqlardan alınmış sinavial mayenin tərkibində olur. Bu təbii gellər isə 6-12 ay qalır. Görünür, buna görə də müğənnilər qalıcı, amma keyfiyyətsiz polimerlərə – süni gellərə üstünlük verirlər. Əksər müğənnilərin gel sarıdan problem yaşamasına səbəb də məhz bu faktdır”.

Beləliklə, həkim-kosmetoloq Xariqə Quliyevanın Azərbaycanın məşhur sənətçilərinin dəriləri bağlı fikirlərini təqdim edirik:

İlhamə Quliyevanın makiyajı necə etməyinə müdaxilə edə bilmərəm. Amma yaşına görə çox gözəl dərisi var.

Flora Kərimovanın da yaşına görə çox qəşəng dərisi var. Ancaq eynək taxdığına görə gözündə nə problemi var, bilmirəm.

- Dərisinə düzgün qulluq edən müğənnilərdən bəlkə də birincisi Brilliant Dadaşovadır.Üzünə həmişə ən bahalı prosedurları etdirib. Əminliklə deyə bilərəm ki, onun üz dərisində süni heç bir prosedur olunmayıb, polimerlərdən istifadə edilməyib, hər şey təbiidir.

Aygün Kazımovanın vaxtilə çox gözəl dərisi olub, hazırda deyə bilmərəm. Amma üzündə süni gellər olduğuna görə, onun dərisini bəyəndiyim dəri hesab etmirəm. Üz dərisində gelin həddən çox olması və düzgün vurulmaması problemi yaşanır. Bir sözlə, üzündə görüləcək xeyli iş var.

Zülfiyyə Xanbabayeva hər halı ilə xoşuma gəlir. O xanım çox təbiidir. Adicə onu deyim ki, üst dodağı nazik olsa da, indiyədək gel vurdurmayıb. Birinci növbədə, baxımlı saçı var. Üz dərisi qəşəngdir. Makiyajı yerindədir.

Röyanın dərisi bəyənilən dərilərdəndir. Amma bir az baxıma ehtiyacı var.

Faiq Ağayevin üz əməliyyatını uğurlu əməliyyat hesab edirəm.

- Ən bəyəndim dəri Ruhinin dərisidi. Mənim tanıdıqlarım arasında üz dərisi üçün xərc çəkən müğənni Ruhidir. Həm üzünə, həm saçına lazım olan ən yaxşı prosedurları edir.

Nazpəri Dostəliyevaya baxanda əvvəl adama elə gəlir ki, onun qaşı-gözü özününkü deyil. Amma hamısı təbiidir, həqiqətən də çox gözəl gözü, qaşı var. Üz dərisində elastiklik problemi yaşanırdı. Amma problem həll olunub.

Nisə Qasımova xoşuma gələn dəriyə sahibdir. Amma hesab edirəm ki, uğurlu olmayan göz əməliyyatı keçirib. Xanımın özünü çox istəyirəm, amma tam baxımlılar sırasına daxil etməzdim.

Ruhəngiz Allahverdiyevanın üz dərisində, göz ətrafında problemlər çoxdur. Mənə elə gəlir ki, uğurlu olmayan gellər onun dərisində problemlər yaradıb.

Elza Seyidcahanın dərisi gözəldir. Amma əminliklə deyə bilərəm ki, üzünə heç bir professional tədbir görmür. Sonradan onun üzündə hansısa problemin yaşanma ehtimalı ola bilər.

Rəqsanə indən belə kosmosa da getsə, biopolimeri dərisinin altından tam çıxartdıra bilməz. Türkiyədə dünyaca məşhur cərrah Hasan Fındıkın plastik əməliyyatında iştirak etdik. Dodaq-burun arası nahiyəni açdı, 1 il əvvəl vurulmuş biopolimeri təmizləyə bilmədi. Rəqsanənin üzündə isə o problem artıq bir neçə ildir yaşanır. Müəyyən qədər yaxşılaşa bilər, amma tamamilə aradan qaldırıla bilməz.

Mətanət İsgəndərlini baxımsızlar sırasına daxil edərdim. Onun dərisində o qədər görüləcək iş var ki…

Almaz Ələsgərovaya birinci növbədə arıqlamağı məsləhət görərdim. Kök olan xanımın dərisində qırışlar, hallogen-elastin liflərinin zəifləməsi bilinmir. Üzündə elə bir problem görmürəm. Əsas problemi köklükdür.

Nüşabə Ələsgərlinin göz ətrafında problemlər var. Dəri tonu heç xoşuma gəmir. Çox yaxşı olardı ki, rəngi daha təravətli olsun.

Natəvan Həbibinin dərisi bəyəndiyim dərilərdəndir. Deməzdim ki, üz dərisi baxımlı dəri deyil. Həm də o hələ gəncdir. Pis dəri deyil, orta qiymətləndirirəm.

Rəqqasə Fatimənin dərisini bəyənirəm. Baxımlı xanımdır. Üzündə bircə problem qaşları ilə bağlıydı. Onu da aradan qaldırdıq, təbii halına qayıtdı.

Oksanaya baxımlı deməzdim. Üzdən qəşəng görünə bilər. Amma mənə elə gəlir ki, onda genetik faktor özünü göstərir.

Validə Abbasova baxımlı deyil. Dodaqları çox vulqardır.

Sənubər İsgəndərlinin çox gözəl dərisi var. Amma problemi var, o da dodaqları ilə bağlıdır.

Vəfa Zeynalovanı baxımlılar sırasına daxil edirəm. Gözəl dərisi var.

Məleykə Əsədovanında qəşəng dərisi var. Amma deyərdim ki, bir neçə il sonra o xanımın dərisi böyük təhlükə ilə qarşılaşacaq. Çünki o dəhşətli dərəcədə çox makiyaj edir. O qədər edir ki, üz dərisindəki problemi bilinmir. Hansısa qırışı da kosmetika ilə gizlədir. Özü də mən vizajist olmasam da, onun makiyajına professional makiyaj deməzdim. Yaxşı olardı ki, kosmetika ilə gizləmək əvəzinə, problemi birbaşa həll etsin.
Mən bütün xanımlara baxımlı olmağı arzulayıram.
Qoy unutmasınlar ki, kosmetoloqa hansı yaşda gedirsənsə, o yaşda da qalırsan.


Geri dön

damla15

  • 25 dekabr 2010 17:55
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
reqsanenin derisini ite de atsan yemez

Asiyan

  • 24 dekabr 2010 04:33
  • Məqalə: 0
  • Şərh: 653
  • Bal:
{awards}
wink wink

Ulya

  • 21 dekabr 2010 18:58
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol winked

AskZede

  • 20 dekabr 2010 10:54
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Maraqlidir Cox Sagolun Tük

--------------------

Grace_Angel

  • 20 dekabr 2010 00:21
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler maraqli melumatdir....

--------------------

R_O_M_A

  • 19 dekabr 2010 23:08
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
maraqli tew

--------------------

Sergio Ramos

  • 19 dekabr 2010 23:07
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
hmm... təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}