Facebookun yaradıcısı ilin adamı oldu

 
Facebookun yaradıcısı ilin adamı oldu


"Taym" jurnalı "Facebook"un baş icraçı müdiri Mark Zukerberqi "İlin Adamı" adlandırıb. Jurnal hesab edir ki, 2010-cu ildə o dünya hadisələrinə ən çox təsir etmiş şəxs olub.

26 yaşlı milyarder barədə bu il "Sosial Şəbəkə" adlı film çəkilib. Film "Facebook"un yaranması tarixi haqqındadır. "Wikileaks"in təsisatçısı Culian Assanj "Taym" jurnalının oxucuları arasında keçirilmiş sorğu nəticəsində 2010-cu ilin ən nüfuzlu şəxsi siyahısında birinci yeri tutub.

Jurnalın redaktoru Riçard Strengel deyib ki, Mark Zukerberqin yaratmış olduğu sosial şəbəkə insanların həyatını transformasiya edib. Zukerberq "Facebook"u 2004-cü ildə Harvard Universitetində təhsil alarkən təsis edib. İndi onun dünya üzrə 500 milyondan artıq istifadəçisi var. Şirkətin özündə 1700-dən çox adam çalışır. Zukerberq deyib ki, "Taym"ın bu mükafatından qürur hiss duyur və onu 100 milyonlarla insana təklif elədəyi, dünyanı daha açıq və əlaqəli edən bir vasitəni hazırlayan kiçik komandası üçün böyük şərəf sayır. Onun şəxsi varidatının 7 milyard dollara yaxın olduğu güman edilir. Zukerberq ABŞ-ın ən varlı insanlarından biridir və bu ay öz pullarının əksər hissəsini xeyriyyəyə verəcəyini deyib.

"İlin Adamı" tarix boyunca ziddiyyətli seçimlərlə də yadda qalıb. Stalin, Hitler və Ayətulla Xomeyni keçmişdə bu mükafata layiq görülüblər


Geri dön

Sergio Ramos

  • 18 dekabr 2010 20:21
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
bu xəbər məncə olmalı idi

--------------------

Just For Legend

  • 18 dekabr 2010 19:19
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
bu xxeber derc olunmushdu axi

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}