Əbədi həyatın sirri tapıldı

 
Əbədi həyatın sirri tapıldı

Dünyanın ən məşhur alimlərindən biri, Google korporasiyasında elmi-perspektiv araşdırmalar departamentinin rəhbəri, futurist Rey Kurzvellin dediyinə görə, yaxın illərdə insanlara əbədi yaşamağa imkan verən texnologiyalar əldə ediləcək.

Bundan başqa, alim hesab edir ki, çox yaxınlarda insanlar ölmüş qohumlarını belə faktiki olaraq diriltmək imkanları əldə edəcəklər.

Kurzvell New York Times-a verdiyi müsahibəsində bildirib ki, 15 ildən sonra insanların ömrünə hər il bir əlavə il qatmaq imkanları əldə ediləcək.

"Lakin gələcəkdə sizə zəng vuraraq "Bacardım, əbədiyyətə qədər yaşadım" deyə bilməyəcəyəm. Çünki sonsuzluq, əbədiyyət yoxdur. Gələcəkdə istehsal edəcəyimiz mikroskopik nanobotlar sayəsində insan vücudu da daxil olmaqla, hər şeyə yeni forma, düzən vermək mümkün olacaq. Mikroskopik nanobotlar 2050-ci ildə reallaşacaq. Lakin 2030-cu ildən etibarən immun sistemimizi gücləndirmək və xəstəliklərin yaranma səbəblərini məhv etmək üçün milyonlarla nanorobotu vücudumuza yerləşdirə biləcəyik", - Kurzvell söyləyib.

Onun sözlərinə görə, alimlər artıq indi siçanlarda 1-ci tip şəkərli diabet xəstəliyini qan hüceyrəsi boyda nanoqurğu vasitəsilə müalicə edə bilirlər.

Alim daha sonra bildirib ki, bu, faktiki olaraq əbədi həyatın sirrinin tapılmasıdır, çünki orqanizmdə sıradan çıxmış hüceyrələri yeniləməklə xəstəlikləri müalicə etməklə yanaşı, qocalma prosesini dayandırmaq və orqanizmi cavanlaşdırmaq mümkündür.

Alimin dediyinə görə, ailə və nikah münasibətləri də dəyişəcək.
"Mən artıq 37 ildir ki, evliyəm, nikahdayam. Arvadıma xəyanət etmək niyyətində də deyiləm. Fəqət, insan ömrü dəfələrlə artandan sonra bu problem yarana bilər və artıq indidən düşünməli, həll yollarını aramalıyıq", - Google-un texniki direktoru deyib.

Kurzvell daha sonra bildirib ki, 22 yaşında olan musiqiçi, dirijor atasını itirib və onu bir gün həyatda görmək istəyir: "2029-cu ildə kompüterlər emosiyalara malik olacaq, eynən insanlar kimi düşünməyə başlayacaq.

Kompüterlər yalnız işləmək, oyun oynamaq üçün vasitə olmayacaq. Onların da öz irədələri, xasiyyətləri, düşüncələri olacaq. Üstəlik, depressiyada olan insanı diriltməyin də mənası yoxdur, çünki o insan üçün dünya dəyişib və tanıdığı insanlar da artıq həyatda deyillər. Əminəm ki, 2045-ci ildə kompüterlərdəki hesablamalar dünyadakı bütün insan beyinlərindən ən azı 1 milyard dəfə güclü olacaq
".

Alim daha sonra vurğulayıb ki, hazırda Massaçusets Texnologiya Universitetinin alimləri ilə birgə layihədə çalışır. Həmin layihə xərçəng xəstəliyinin tam müalicəsinə yönəlib.

Milli.az


Geri dön

Shokoladka

  • 9 fevral 2013 02:11
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Xebere gore tskler..

--------------------


ZuZuM__

  • 1 fevral 2013 11:33
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
tesekkurler

--------------------

B_L_A_T_N_O_Y

  • 1 fevral 2013 02:06
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
melumat ucun tewekkurler

Friendly_Girl

  • 30 yanvar 2013 21:46
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
tesekkurler...

--------------------

canim ablamin ilk hediyesi

_serin sevgi_

  • 30 yanvar 2013 20:16
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
Allahdi ebedi...He once xercengin,QICS_in dermanini tapsinlar sonra dedikleri xulyalari yerine yetrsinler.Bir sozle once qacani qovsunlar.

--------------------
Bu ne yaaaa legente gelen ana sehifeye getmek evezine mene dosluq atir.Atmaq bir yana hele ustelik inadkarliqda edir,bir defe redise ikinci defe .................. bawa sala bildim yeqin.

solnuska

  • 30 yanvar 2013 19:29
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN......

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Banned1

  • 30 yanvar 2013 17:42
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
melumat ucun tewekkurler...

ShoKKi_MoKKi

  • 30 yanvar 2013 17:24
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
tesekkurler..

--------------------

surawka

  • 30 yanvar 2013 15:32
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tesekuur xebere gore

мυsLiмαηκα

  • 30 yanvar 2013 14:56
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
tesekkurler

so_sad

  • 30 yanvar 2013 14:36
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
tewekkurler

_trickster_

  • 30 yanvar 2013 14:29
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
ebedi yawiyib neniyecemeeee???Allahin qarwisina kim cixa biler ki?

--------------------

seva20

  • 30 yanvar 2013 13:34
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
tesekuur xebere gore

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 30 yanvar 2013 13:05
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Alim daha sonra vurğulayıb ki, hazırda Massaçusets Texnologiya Universitetinin alimləri ilə birgə layihədə çalışır. Həmin layihə xərçəng xəstəliyinin tam müalicəsinə yönəlib.

--------------------

sevgi dushmeni

  • 30 yanvar 2013 12:30
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
bosh soxbetdi ALLAH biler

--------------------

Shokoladka

  • 30 yanvar 2013 12:06
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Maraqli xebere gore tskler Allah olandan sonra hamisi bosh sheylerdi..

--------------------


_Fatya_

  • 30 yanvar 2013 11:08
  • Məqalə: 0
  • Şərh: 773
  • Bal:
{awards}
Dunya dagilir deyesen belay

--------------------
♥ В жизни есть только одно счастье - любить и быть любимым ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}