Natəvan Həbibovanın müsahibəsi

 
Natəvan Həbibovanın müsahibəsi


-Pələng ili sənin üçün necə yadda qaldı?
-Mənim üçün bu il pələngin tullanmazdan əvvəl aldığı poza kimi keçdi. 2010-u karyeram üçün məhsuldar il saymaq olmaz, elə şəxsi həyatımda da sakitlik oldu. Hələ ki, gözləmə məqamındayam, ümid edirəm ilin sonunadək o böyük tullanışı edəcəyəm, gələn il vacib bir şey baş verməlidir.

-Fotosessiyaya üç fərqli obraz hazırlamısan, bunlar kimin ideyasıdır?
-Bu yaxınlarda mənə “Haute Couture” modalar evindən modelyer Mila xanım işbirliyi təklif etdi. Bu onlarla ilk işimdir. Modalar evində Azərbaycanda tanınmayan məşhur dizaynerlərin – ərəb, ingilis, alman dizaynerlərinin paltarları var. Açıq-çəhrayı rəngdə paltar Merilin Monronun stilini xatırladır. Su pərisi stilində olan paltar isə çox xoşuma gəldi. Saç və makiyajımda stilist Balaş dəyişiklik etdi. Ümumiyyətlə, özümü dəyişdirməyi heç sevmirəm, kreativ insanam, qara uzun saçlarla qalmağa üstünlük verirəm.

-Dünyanın ən varlı teleaparıcısı Opra Uinfri deyir ki, mən pulumu yalnız rahatlığım üçün xərcləyirəm. Bilirəm ki, buğa bürcündən olanlar hər şeydən əvvəl rahatlıqlarını düşünürlər. Sən rahatlığın üçün nələrə pul xərcləyirsən?
-Bu mövzu başımın bəlasıdır. Mənim pulum ancaq rahatlığım üçün gedir: evdə hər gün 10 çeşiddə xörək bişməlidir, çünki qonaqlarım çox olur, evdə hər cür şərait olmalıdır. Avtomobilimi də (Hammer- red.) məhz rahat olduğu üçün almışam. Qışda qar yağanda hamı evdə oturan zaman Natəvan yollardadır, işi ilə məşğul olur. İndi fikirləşirəm maşınımı dəyişim. Amma deyirəm bu qışı da yola verim sonra. Çünki sinoptiklər sərt qışın olacağını söyləyirlər. Geyim alanda da rahatlığa böyük önəm verirəm.

-Dəblə bağlı yenilikləri haradan öyrənirsən?
-Mənim dəblə əlaqədar heç zaman problemim olmayıb, bu, dünyagörüşümdən irəli gəlir. Ümumiyyətlə, təvazökarlıqdan kənar olmasın, adətən paltar məni yox, mən paltarı bəzəyirəm. Əsası isə odur ki, paltar xanıma yaraşsın. Bu kriteriyaya həmişə diqqət yetirirəm. Əgər dəbin zirvəsində olan hər hansı geyim mənə yaraşmırsa, onu geyinmərəm. Qarderobumu həm bədənimə, həm də dəbə uyğunlaşdırıram.

-Geyimə nə qədər pul xərcləyirsən?
-Hər həftə mənə geyim əşyalarından nə isə lazım olur. Geyimlərimi ya sifariş edirəm, ya da bacım mağazalardan alır. Hər gün paltar olmasa belə, geyim əşyalarından, aksesuarlardan nə isə alıram ki, günüm boş keçməsin. Təzə paltar geyinməyi çox sevirəm, bununla əhvalım qalxa bilər. Əhvalım geyimlərimlə sıx bağlıdır, elə stresdən çıxmaq üçün də adətən bacımı dükanlara yollayıram.

-Dəblə ayaqlaşan xanımsan, amma ərə getmək dəbi ilə nə isə ayaqlaşa bilmirsən?
-Düzdür, mənə belə dəb lazm deyil. Şəxsi həyatımda olan qlobal mövzunu dəblə çözmək istəməzdim. Bu, vaxt, ürək və ağılla həll olunan işdir. İndi ərə getməyin vaxtı deyil. Çünki hazırda həyatıma dair başqa planlarım var, onlara nail olmaq fikrindəyəm. Son vaxtlar bu sualı mənə tez-tez verirlər. Yəqin, ona görə ki, həmyaşıdlarımın çoxu ailə qurub, uşaqları da var. Amma mən ailə qurmaq üçün hələ hazır deyiləm.

-Yəqin ki, eşq etiraflarını az eşitmirsən. Bəs nə zaman sevildiyinə tam əmin olursan?
-İnsanları gözlərindən tanıya bilirəm. Mənə hər eşq etirafı edənə və ya xoşuma gəlmək istəyənə diqqət yetirmirəm. Həyatımda sevdiyim insan var. Bilirəm ki, onun tərəfindən də çox sevilirəm. Və bu mənə yetərlidir. Yəni sevgidən sevgi axtarmıram. İstəyirəm ki, hal-hazırda yaşadığım sevgim həmişəlik qalsın.

-Sevdiyin insandan məhəbbətini sübuta yetirməsini tələb edirsən?
-Bu məndə problemdir. Mən sevildiyimi həmişə hiss etməliyəm, yalnız sözlə yox. Sevgini hərəkətlərindən, hər hansı hadisəyə yanaşmasından görə bilirəm. Bununla bərabər bəzən şıltaqlıq edib deyirəm ki, mənə sevdiyini tez-tez de.

-Xaraktercə sülhsevər adamsan, mübahisələrdən qaçmaq üçün nələrə göz yumursan?

-Düzdür, konfliktlərdən nə qədər uzaq olmaq istəsəm də alınmır. Kimsə mənə pislik edərək cavabımı gözləyir. İki ildir cavabım susmaqdır. Bilirsiniz ki, “Xəzər” televiziyasında proqram aparıram, orada nə istəsəm danışa bilərəm. Müğənnilər haqqında məlumatlar təbii ki, mənim nəzarətimdən keçir. Xəbərləri aparıcı kimi yox, elə müğənni kimi təqdim edirəm. Pisliyə yaxşılıqla cavab vermək istəyirəm. Bu, ürəyimdən gəlir. Bilmirəm, bəlkə, müəyyən müddətdən sonra aqressivləşəcəm və insanlara mən də toxunmaq istəyəcəyəm.

-Həyat prinsiplərin hansılardır?
-Mənə və ya ailəmə pislik edəni heç zaman bağışlamaram. Kim olur-olsun. Həm də üz döndərdiyim insanla bir daha barışa bilmirəm. Nəyinsə xatirinə, kiməsə xoş gəlsin deyə, heç zaman barışa bilmərəm. Həyatda mənə pislik edəni bağışlasam belə unutmaram. Çünki kinliyəm, elə an gələ bilər pislik edə biləcəyim adamı əfv edərəm ki, yanımda bir az da aciz olsun. Bu elə-belə sözlər deyil. Belə hadisələr dəfələrlə olub.

-Qadınlarla, ya əks cinsin nümayəndələrilə işləmək asandır?
-Mənə yaxınlarımla işləmək rahatdır. Kənar şəxslər olanda əsəbiləşirəm, hiss edirəm ki, mətbəximdə baş verənlər mütləq kənara çıxacaq.

-Bəs səni özündən çıxarmaq asandır?
-Çox asandır. Özüm də özümü səbirdən çıxarıram – harasa gecikməyimlə. İnsanların astagəl olması, kiminsə şər atması məni özümdən çıxarır.

İdman
-Hər gün idmanla məşğulam: aerobika və trenajor. Bu həyat tərzimdir.
Qadınlar özlərini fikirləşsinlər, qulluq etsinlər. Çünki qadın ən əsası özünü sevməlidir ki, özünü sevdirə bilsin. İnsan özünü sevməlidir, ələlxüsus da xanımlar.

-Zarafatı normal qəbul edə bilirsən?
-Çox gözəl qəbul edirəm, amma baxır kimdən. Yeni tanış olduğum insanın mənimlə zarafat etməsinə icazə vermirəm – əvvəlcə Natəvan xanım, sonra Nata, sonra da zarafat.

5 əşya:

-Ayaqqabı və çanta mütləq markadan olmalıdır. Əgər xanımların imkanı yoxdursa, məşhur brendlərə oxşar modellər alsınlar. Mən səhnədə olduğuma görə gözəl görünməli, zəmanə ilə uyğunlaşmalıyam. Evdə ayaqqabılarım üçün böyük şkaf var. Ayaqqabılar mənim zəif yerimdir.

Ətirləri əhvalıma görə vururam, bəzən tünd, bəzən də yüngül, şirin ətirlərdən xoşum gəlir.

Şərfləri çox sevirəm. Hazırda enli, əlvan rəngli şərflər dəbdədir. Şərfin və geyimin rəngi bir-birinə uyğun gəlməyə də bilər.

Əlcək çantamda mütləq olmalıdır. Çünki əllərin baxımlı, zərif qalması üçün onları qorumaq lazımdır. Qalın üst geyimilə əllər mütləq bağlı olmalıdır.


Geri dön

GREY WOLF

  • 4 iyul 2011 21:53
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
tesekkurler maraqli idi-maraqlanan ucun.)))))

Made_In_Bakinka

  • 19 dekabr 2010 22:30
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
oxumadim amma xosum gelir

Sergio Ramos

  • 19 dekabr 2010 20:51
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Natadan xoşum gəli amma oxumadım hövsələm yoxdu oxumağa

--------------------

Just For Legend

  • 19 dekabr 2010 20:32
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli deyil oxumadim cunki bundan xosum gellmir

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}