Cəfəri məzhəbi (şiə) (4)

 
Cəfəri məzhəbi (şiə) (4)

8-Şiələr nəyə görə səcdə edərkən alını möhürə qoyurlar, məgər bu şirk deyil?

Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. ''Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.'' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.'' Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465),

''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.

9-Nə üçün şiələr namazı birləşdirib qılırlar, bu şəriətə zidd deyil?
Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir. Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı günəşin qürubundan gecə yarısına qədərdir. Quranın ''İsra'' surəsinin 78-ci ayəsində buyurulub: ''Gün batandan gecə qaranlıq düşənədək namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…'' İslam Peyğəmbəri(s) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının, məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir. Ərəfatda günəş batarkən camaat ''namaz, ya Rəsuləllah!'' dedi, lakin Peyğəmbər(s) belə buyurdu: ''Məşərül-həramda Məğrib namazını gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi, qəza deyildi.'' Şiələrin namazı birləşdirib qılması göründüyü kimi, özbaşınalıq deyil, ümumiyyətlə şiələrin bütün əməlləri Allahın əmri, Peyğəmbərin buyruğuna əsasəndir. ''Peyğəmbər(s)-lə birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq.'' (''Müsnədi Əhməd'' c. 1, səh.221)

''Əbu Şəsaya dedim ki, fikir edirəm, Allahın Peyğəmbəri Zöhr namazını təxirə saldı və Əsr namazını vaxtından əvvəl qıldı və həmçinin Məğrib namazını gec qıldı. Əbu Şəsa isə cavab verdi ki, mən də bu cür düşünürəm.'' Hədislərdən açıq-aydın görünür ki, Peyğəmbərimiz(s) namazları birlikdə qılmışdır. (''Müsnədi Əhməd'' c. 1, səh.251) İbni Abbas Bəni-Təmim qəbiləsindən olan bir kişiyə hirslənib dedi ki, sən Peyğəmbərin sünnəsini mənə öyrətmək istəyirsən? Mən Allah Peyğəmbərinin Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birlikdə qılmasına şahid olmuşam. Abdullah deyir: ''Bu məsələ mənim üçün şübhə yaratdı və ona görə də mən Əbu Hüreyra ilə görüşərkən bu barədə soruşdum. O, da İbni Abbasın sözünü təsdiq etdi.'' (''Səhihi Müslüm'' c. 2, səh.151, Misir çapı) ''Peyğəmbərimiz(s) Mədinədə heç bir düşmən qorxusu olmadan və səfərdə olmadığı halda zöhr ilə əsr namazını birlikdə qıldı. Sonra İbni Abbas Peyğəmbərin məqsədini bəyan edir ki, o Həzrət ümmətindən heç kimin zəhmətə düşməsini istəmirdi.'' (''Səhihi Müslüm'' c. 2, səh.152) ''Peyğəmbər(s) Mədinə şəhərində heç bir düşmən qorxusu olmadan və yağış yağmadığı halda Zöhr ilə Əsr və Məğrib ilə İşa namazlarını birlikdə qıldı. Səid İbni Cəbir deyir ki, İbni Abbasdan soruşdum ki, nə üçün Peyğəmbər belə edir? İbni Abbas isə cavab verdi ki, ona görə ki, istəmirdi öz ümmətini zəhmətə salsın.'' (''Səhihi Buxari'' c. 1, səh.110) ''Peyğəmbər yeddi rükət Məğrib və İşa namazını və səkkiz rükət Zöhr və Əsr namazlarını Mədinə şəhərində birlikdə qıldı.'' (''Mütəqqi Hindi'', ''Kənüzul-ümmal'' c. 8, səh.246) Abdullah ibn Ömər deyir: ''Peyğəmbər(s) öz vətənində olarkən səfərdə olmadığı halda, Zöhr ilə Əsr namazını və həmçinin Məğriblə İşa namazlarını birlikdə qıldı. Sonra bir kişi İbni Ömərdən soruşdu ki, nə üçün Peyğəmbər namazları belə qıldı? İbn Ömər cavab verdi ki, Ona görə ki, o öz ümmətini əziyyət və çətinliyə salmaq istəmirdi. Əgər bir kəs istəsə bu namazları birlikdə qıla bilər.'' (Kənzul-ümmal'' c. 8, səh.247) Cabir ibni Abdullah deyir: ''Peyğəmbər(s) Zöhr ilə Əsr namazlarını birlikdə bir azan və iki iqaməyə qılırdı.'' Hədisləri oxuduqdan sonra bu namazların birlikdə qılınmasının caiz olduğu su kimi aydındır. Məlumdur ki, Allahın Rəsulu ilahi əmri gecikdirməzdi. Peyğəmbərimizin məqsədi bu namazları bir vaxtda qılmağın mümkünlüyünü bildirmək idi.


Geri dön

B_L_A_T_N_O_Y

  • 1 fevral 2013 01:34
  • Məqalə: 3
  • Şərh: 2950
  • Bal:
ALLAH RAZI OLSUN

ZuZuM__

  • 1 fevral 2013 01:32
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
twk baciwkom...

--------------------

solnuska

  • 31 yanvar 2013 23:35
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 31 yanvar 2013 18:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

surawka

  • 30 yanvar 2013 23:07
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Allah Razi Olsun....twk

★Azerbaijan girl★

  • 30 yanvar 2013 23:04
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Alah razi olsun.....

Friendly_Girl

  • 30 yanvar 2013 22:06
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

canim ablamin ilk hediyesi

solnuska

  • 30 yanvar 2013 21:09
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_MAGIC_GIRL

  • 30 yanvar 2013 20:07
  • Məqalə: 2
  • Şərh: 257
  • Bal:
{awards}
twk baciwkom... winked

--------------------
Sesini duysam da her an yuzunu gormek gibi degil, ozledigimi bil her an cunku hicbir sey seni sevmek gibi degil!..............

мυsLiмαηκα

  • 30 yanvar 2013 19:57
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah Razi Olsun...

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 30 yanvar 2013 19:42
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah Razi Olsun....twk

--------------------

fatimeyinur

  • 30 yanvar 2013 19:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun...

_Fatya_

  • 30 yanvar 2013 19:16
  • Məqalə: 0
  • Şərh: 773
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥ В жизни есть только одно счастье - любить и быть любимым ♥

Silent_ Night

  • 30 yanvar 2013 19:12
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Shokoladka

  • 30 yanvar 2013 19:04
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Menim dayimqizigil suni namazi qilir..Men onlarda qalanda mohurle Namaz qilirdim mene dediler ki, mohurle Namaz qilmaq olmaz..Mende dedim niye fikrini esaslandir..Uzun uzadi danishdi..Amma men niye mohurle Namaz qildigimi ona basha sala bilmedim chunki, yeni bashlamishdim Namaza..Amma bacim indi sayende sebebini bildim Allah razi olsun..

--------------------


so_sad

  • 30 yanvar 2013 18:46
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

sevgi dushmeni

  • 30 yanvar 2013 18:44
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
tesekkurlerr saolun

--------------------

solnuska

  • 30 yanvar 2013 18:43
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
'Peyğəmbərimiz(s) Mədinədə heç bir düşmən qorxusu olmadan və səfərdə olmadığı halda zöhr ilə əsr namazını birlikdə qıldı. Sonra İbni Abbas Peyğəmbərin məqsədini bəyan edir ki, o Həzrət ümmətindən heç kimin zəhmətə düşməsini istəmirdi.''

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Banned1

  • 30 yanvar 2013 18:40
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLAH razi olsuN....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 71
Cəmi: 118

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}