Peyğəmbərin əxlaq məktəbindən dərslər

 
Peyğəmbərin əxlaq məktəbindən dərslər

Həzrət Mühəmməd Peyğəmbər (s) paltarını özü tikər, ayaqqabılarını özü yamayar, qoyununu özü sağardı. Kölələrlə birlikdə yemək yeyər, miniyə minib başqasını da tərkinə alardı. Ehtiyacı olan malı bazardan alıb özü evinə aparardı.

Həm kasıblarla, həm də varlılarla görüşəndə özü birinci əl uzadar, həmin adam əlini çəkməyincə o həzrət əlini çəkməzdi. Hətta müsəlmanlar Onun bu xasiyyətindən xəbər tutandan sonra görüşərkən birinci özləri əllərini geri çəkərdilər ki, o həzrəti yorub incitməsinlər. Hamıya – varlı ya kasıb, kiçik ya böyük olmasına baxmayaraq – birinci salam verərdi. Kim ona nə isə versəydi, hətta çürümüş xurma olsa belə, qəbul edər, o adamı təhqir etməzdi. Az gülərdi, amma həmişə üzündə təbəssüm olardı. Üz-gözünü büzüşdürməzdi, amma həmişə nə haqdasa düşünürmüş kimi görünərdi. Özünü zəlil göstərməzdi, amma həmişə təvazökarlıq edərdi. İsrafa yol vermədən səxavət göstərərdi. Ürəyi yumşaq idi, bütün müsəlmanlarla mehriban davranardı. Tam doyana kimi yeməzdi, heç nəyə tamah salmazdı.

O həzrətin adəti bu idi ki, güzgüdə özünə baxar, saç-saqqalını darayardı. Bəzən bunu suyun səthinə baxaraq edərdi. Özünü yalnız ailə üzvləri üçün deyil, səhabələri üçün də səliqəyə salar və buyurardı: “Allah xoşlayır ki, bəndə öz din qardaşları ilə görüşmək üçün evdən çıxanda özünü səliqəyə salsın”.

Həzrət buyurub: “Ölənə kimi bu beş xasiyyətdən əl çəkmərəm: yerdə oturub kölələrlə bir süfrədə yemək, sadə miniyin tərkində gəzmək (yəni ya bər-bəzəkli yəhər-yüyəni olmayan miniyə, ya da uzunqulaq və qatır kimi daha aşağı səviyyəli sayılan miniklərə minmək), öz əllərimlə keçini sağmaq, yundan libas geyinmək və uşaqlara salam vermək. Bu xasiyyətləri ona görə tərgitmərəm ki, məndən sonra ümmətim də bunlara adət etsin və bunlar sünnəyə çevrilsin”.

Peyğəmbərin oturuş tərzi üç cür idi. Bəzən dizlərini sinəsi bərabərində qatlayar, qollarını dairə kimi çarpazlayıb dizlərini qucaqlayardı. Bəzən iki dizini yerə qoyub oturardı, bu zaman ayaqlarının baş barmağı da yerə dəyərdi. Bəzən isə bir ayağını dizdən qatlayar, o biri ayağını onun üzərinə uzadardı. O həzrəti heç vaxt bardaş qurub oturmuş halda görmədilər. Hüzurunda başqa bir adam olanda, o həzrət ayaqlarını qabağa uzatmazdı. Çox vaxt üzü qibləyə tərəf əyləşərdi.

Ömrünün sonuna kimi yemək yeyəndə dirsəklənməzdi. Süfrəyə hamıdan qabaq əl uzadar, hamıdan sonra süfrədən əl çəkərdi (ki, heç kim utanmasın və hamı doyunca yeyə bilsin). Başqaları ilə eyni qabdan xörək yeyəndə qabın öz qabağındakı hissəsindən yeyərdi. Suyu üç nəfəsə içərdi. Suyu asta-asta, sovuraraq içərdi, birnəfəsə udmazdı. Yeməyi və suyu sağ əllə götürərdi. Ümumiyyətlə, işlərinin çoxunu sağ əllə görərdi. Bir şeyi götürüb-qoyanda, paltarını və ayaqqabılarını geyinəndə, saç-saqqalını darayanda sağ əlinə üstünlük verərdi.

Duanı adətən üç dəfə təkrar edər, amma danışanda təkrara yol verməzdi. Namazı başqalarının namazından, xütbəsi başqalarının xütbəsindən qısa olardı (ki, Ona iqtida edənlər və Onu dinləyənlər yorulmasınlar). Bir evə daxil olmazdan qabaq üç dəfə salam verib icazə alardı. Əgər üçüncü dəfədən sonra içəridən icazə cavabı eşitməsəydi, qayıdıb gedərdi.

Peyğəmbər müsəlmanlarla xoş zarafatlar edib onları sevindirərdi, amma zarafat edəndə də düzünü söyləyərdi, yalan və bihudə danışmazdı. Bir gün bədəvi ərəblərdən biri o həzrət üçün hədiyyə gətirdi. Vidalaşanda zarafatla Peyğəmbərə dedi ki, indi hədiyyəmin pulunu ver gedim. Peyğəmbər bu sözdən xoşlanıb güldü. Deyirlər ki, sonralar bu hadisəni yada salıb buyurarmış: “Harda qaldı bu ərəb? Kaş yenə gələydi”.

O həzrət özü miniyin belində hərəkət edəndə yanında heç kimin piyada yol getməsinə razı olmazdı. Ya həmin adamı tərkinə alıb aparar, ya da onu özündən qabağa buraxıb tapşırardı ki, qərarlaşdıqları yerdə Onu gözləsin. Adətən, bir yerə gedəndə hansı yoldan keçmişdisə, qayıdanbaş həmin yolla yox, başqa yolla qayıdardı. İmam Rizadan (ə) bu məlumatın doğru olub-olmadığını soruşanda təsdiq etmiş, özünün də belə etdiyini buyurmuşdu. Səbəbini isə belə izah etmişdi ki, bu əməl insanı ruziyə yaxınlaşdırar (yəni ruzi qazanmağı asanlaşdırar).

Peyğəmbər müsəlmanlardan hər hansı birini üç gün görməsəydi, onun haqqında soruşub maraqlanardı. Səfərdə olduğunu desəydilər, sağ-salamat qayıtması üçün dua edərdi; evdə olduğunu söyləsəydilər, görüşünə gedərdi; xəstə olduğunu bilsəydi, yanına gedib ziyarət edərdi.

Yanına gələn adam üçün ayağa qalxar, öz döşəyini ona verib oturmasını istəyərdi və həmin adam oturmayınca israr edərdi.

Uşaq yaşlarından 9 il o həzrətə xidmət etmiş Ənəs ibn Malik xatırlayırdı ki, bu müddət boyunca Peyğəmbər bircə dəfə də olsa mənə acıqlanmadı, “niyə tapşırdığım filan işi görmədin?” demədi, səhvimi üzümə vurmadı. Hətta Peyğəmbərin xanımları hər hansı səhvimə görə məni danlayanda o həzrət məni müdafiə edər, bu səhvi qəsdən yox, bilməyərəkdən etdiyimi söyləyərdi.

(Küleyninin “əl-Kafi”, Qəzzalinin “İhyaü ülumid-din”, Təbrisinin “Məkarimül-əxlaq”, Deyləminin “İrşadül-qülub” kitablarına istinadən).

Peyğəmbərin əxlaq məktəbindən dərslər


Geri dön

B_L_A_T_N_O_Y

  • 1 fevral 2013 01:36
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
ALLAH razi olsun

ZuZuM__

  • 1 fevral 2013 01:34
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

solnuska

  • 31 yanvar 2013 23:37
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 31 yanvar 2013 18:42
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★Azerbaijan girl★

  • 30 yanvar 2013 23:05
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun ...

surawka

  • 30 yanvar 2013 23:05
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
ALLAH razi olsun
no

Friendly_Girl

  • 30 yanvar 2013 22:08
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

canim ablamin ilk hediyesi

solnuska

  • 30 yanvar 2013 21:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

мυsLiмαηκα

  • 30 yanvar 2013 20:01
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah xoşlayır ki, bəndə öz din qardaşları ilə görüşmək üçün evdən çıxanda özünü səliqəyə salsın

fatimeyinur

  • 30 yanvar 2013 19:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah sizden razi olsun...

_serin sevgi_

  • 30 yanvar 2013 19:21
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
Allah ureyinize gore versin inwallah.twk

--------------------
Bu ne yaaaa legente gelen ana sehifeye getmek evezine mene dosluq atir.Atmaq bir yana hele ustelik inadkarliqda edir,bir defe redise ikinci defe .................. bawa sala bildim yeqin.

Silent_ Night

  • 30 yanvar 2013 18:52
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

solnuska

  • 30 yanvar 2013 18:47
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Ölənə kimi bu beş xasiyyətdən əl çəkmərəm: yerdə oturub kölələrlə bir süfrədə yemək, sadə miniyin tərkində gəzmək (yəni ya bər-bəzəkli yəhər-yüyəni olmayan miniyə, ya da uzunqulaq və qatır kimi daha aşağı səviyyəli sayılan miniklərə minmək), öz əllərimlə keçini sağmaq, yundan libas geyinmək və uşaqlara salam vermək. Bu xasiyyətləri ona görə tərgitmərəm ki, məndən sonra ümmətim də bunlara adət etsin və bunlar sünnəyə çevrilsin”.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 30 yanvar 2013 18:31
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razi olsun.twk winked

--------------------

sevgi dushmeni

  • 30 yanvar 2013 18:22
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
ALLAH sizden razi olsun bunu yazan elleriniz var olsun

--------------------

so_sad

  • 30 yanvar 2013 18:21
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰Маша✰

  • 30 yanvar 2013 18:20
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

GULCIN_ROSE

  • 30 yanvar 2013 18:12
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

Shokoladka

  • 30 yanvar 2013 18:12
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun qardashim..

--------------------


Banned1

  • 30 yanvar 2013 18:09
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLaH RAzI OLsuN...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}