Cəfəri məzhəbi (şiə) (5)

 
Cəfəri məzhəbi (şiə) (5)

10-Şiələrin Quranın təhrif olunub, olunmaması haqqında əqidələri necədir?
Şiələrə atılan böhtanlardan biri də budur ki, guya şiələr Quranın təhrif olunduğunu qəbul edirlər. Şiələrin fikrincə bu həmin Qurani-Şərifdir ki, onda nə bir nöqtə azalıb, nə də bir nöqtə çoxalıb. Allah təala Hicr surəsi 9-cu ayədə buyurur: ''Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.'' Məşhur şiə alimi Şeyx Zeynud-din Amili bu ayənin təfsirini belə buyurur: ''Yəni biz Quranı bütün dəyişikliklərdən qoruyub saxlayacağıq. (''İzharul Həqq'' c. 2, səh.130) Yenə məşhur şiə alimi olan ''Şeyxut-taifə'' ləqəbli Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi on əsr (min il) bundan əvvəl Quranın təhrif olunub-olunmaması barədə belə buyurub: ''Nöqsanlı olma və yaxud sonradan artırma Qurana yaraşmayan bir xüsusiyyətdir. Qurana artırılma və ya azaldılma fikri bizim məzhəbə yaddır.'' (''Tibyan'' təfsiri c. 1, səh.3) Daha bir hörmətli şiə alimi Qazi Seyyid Nurəddin Tüstəri 410-420 il bundan qabaq buyurub: ''Bəzi adamlar şiələrin Quranın təhrif olunması fikrini qəbul etdiklərini bildirirlər. Şiələr arasında həmin əqidəyə etina olunmur.'' (''Alaur-Rəhman'' səh.25) ''Bəhaud-din Amili'' ləqəbli məşhur şiə alimi Məhəmməd ibn Hüseyn dörd əsr bundan qabaq belə buyurmuşdur: ''Düzgün söz budur ki, Quran hər bir artırmadan və naqislikdən amandadır.'' (''Alaur-Rəhman'' səh.25) Gördüyünüz kimi şiə məzhəbi Quranın təhrif olunmasını qəbul etmir.

11-Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?
Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər. Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində ''Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük'' deyə qeyd etmişdir. Göründüyü kimi Aşura mərasimini keçirmək qeyrət, şücaət, vətənpərvərlik, ədalət dərslərini yaymaqdır. Xüsusən də bu dərslərin bizə erməni yezidləri ilə mübarizədə, torpaqlarımızı azad etmək üçün çox təsiri var və zəruridir. Lakin bəzi ağzıgöyçəklər, bu mərasimlər təşkil olunub keçiriləndə ağzını büzür və məntiqə uyğun gəlməyən sözlərlə ürəkləri bulandırırlar. Elələri də var ki, efir vasitəsi ilə müqəddəs Qurani-Şərifdən ayə oxumaqla, ''Haram aylarda özünüzə zülm etməyin'' ayəsini bu keçirilən mərasimə aid edirlər və camaat arasında çaşqınlıq yaradırlar. Qeyd edirlər ki, Məhərrəm ayı haram ay olduğundan insan gərək özünə zülm etməsin. Belə şəxslər dərk etmirlər ki, zülm etmək Aşura mərasimini qeyd edib İmama ağlamaq deyildir, zülm bu mərasimi yaddan çıxardıb min cür günahlar etməkdir. Əgər Məhərrəm ayında bu mərasimi qeyd etmək zülm hesab olunsaydı, deməli Zilhiccə ayı da haram ay olduğundan bu ayda da heç kəs əziyyət çəkib Həcc qanunlarına uyğun şəkildə Məkkə şəhərinə ziyarətə getməməlidir. Qeyd edək ki, bu ziyarətin əziyyəti Aşura mərasiminin əziyyətindən qat-qat artıqdır. Aşura mərasimi bizlərə Hüseyn məktəbini öyrədir. Hüseyn məktəbi isə bütün bu göstərilənlərlə mübarizə deməkdir. Hər kəs bu mübarizəyə qoşulsa, Aşura günü və ümumiyyətlə haram ay sayılan məhərrəm ayında əzadarlıq edib İmam Hüseyn məktəbinin yaşanmasında iştirak etsə özünə zülm etməz əksinə böyük savab qazanar və Hüseyn tərəfdarlarından sayılar. Cənnət cavanlarının tərəfdarları olmaq, onun məktəbinin yaşanmasında iştirak etmək, Qiyamət günü İmam Hüseyn şəfaətini qazanmaq deməkdir. Peyğəmbər(s) buyurur: ''Ya Fatimə, Qiyamət günü Hüseynə ağlayan gözlərdən başqa qalan bütün gözlər ağlayar.'' Əhli-Beyti sevənlər Peyğəmbər(s)-ə olan etiqad və imanları səbəbindən Peyğəmbər nəslində üz vermiş faciə günlərinin ildönümündə bir çox yığıncaqlar təşkil edərək şəhidləri yad edirlər və Qurani-Kərim oxuyurlar. Peyğəmbər(s)-in vəfat edib Cənnət aləminə təşrif apardığı gün səfər ayının 28-də şiələr məclislər təşkil edirlər,əzadarlıq keçirirlər və məscidlərdə İslam Peyğəmbərinin şəxsiyyəti haqqında söhbətlər edirlər. Cəfərilərin ən duyğulu və təsirli matəm mərasimi Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq günləri içərisində Aşura, yəni Məhərrəm ayının 10-cu gününün mərasimidir. Həmin gün İmam Hüseyn(ə)-ın şəhid olduğu gündür. Bu matəm mərasimində minlərcə böyük dini şəxslər iştirak edir. Çünki, İmam Hüseynin başına gələn fəlakət, bəla və müsibət başqa faciələrə nisbətən daha dəhşətlidir. Belə bir faciə heç bir məmləkətdə görünməyib. Bu məclisdə haqq yolunda şəhid olan imamımızdan ibrət almaq məqsədilə xütbələr oxunur, haqq yolunda necə şəhid olmaq, zülmkarlığa və münafiqliyə qarşı mübarizə aparmaq dərsi verilir. Bu məclis İslam dininə dəvət etməyin ən yaxşı yoludur. Bu məclis bir daha göstərir ki, insanın ölümü ilə heç nə unudulmur. Edilən qəhrəmanlıq, şəhidlik ən uca zirvə kimi qəlblərə həkk olunur. İmam Hüseyn(ə) bütün İslam dünyasının fəxridir, Peyğəmbərimizin balası və əzizidir. Hüseyn adı ona Allah tərəfindən qoyulmuşdur. Peyğəmbər(s) buyurur: ''Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!'' Bu hədisdən belə aydın olur ki, Hüseyni sevməyən Peyğəmbəri sevməz, Peyğəmbəri sevməyən isə Allahı, Allahı sevməyən isə dinsizdir. İmam Hüseyn(ə) münafiqlərlə mübarizədə sübut etmişdir ki, İslama qalib gəlmək mümkün deyil. İslam dini yenilməz və məğlubedilməz bir dindir. İmam Hüseyn(ə)-ın əzadarlığının böyük savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, münafiqlərin və zülmkarların at oynatmasına imkan vermir. İmam Hüseyn(ə)-ın şücaətini onların yadına salır. Bildirilir ki, Hüseyn aşiqləri, Əhli-Beyt şiələri İmam Hüseyn əleyhis-səlamı heç vaxt unutmurlar. Bu əzadarlıq münafiq və zülmkarlara sərf eləmir. Ona görə də onun əleyhinədirlər. Müsəlmanlar isə zülmkarlığı və ədalətsizliyi aradan qaldıran Kərbəla faciəsini yaddan çıxarmamalıdırlar.


Geri dön

Gül Əliyeva

  • 12 fevral 2013 20:36
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
Allah Razi Olsun

B_L_A_T_N_O_Y

  • 6 fevral 2013 03:12
  • Məqalə: 3
  • Şərh: 2911
  • Bal:
{awards}
Allah razi olsun..

seva20

  • 1 fevral 2013 12:32
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
ALLAH razi olsun sizden

✰Маша✰

  • 1 fevral 2013 12:29
  • Məqalə: 43
  • Şərh: 2211
  • Bal:
{awards}
Allah Razi Olsun

B_L_A_T_N_O_Y

  • 1 fevral 2013 01:02
  • Məqalə: 3
  • Şərh: 2911
  • Bal:
{awards}
Allah Razi Olsun

ZuZuM__

  • 1 fevral 2013 01:01
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

Gül Əliyeva

  • 31 yanvar 2013 23:53
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Allah razi olsun...

solnuska

  • 31 yanvar 2013 22:35
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

fatimeyinur

  • 31 yanvar 2013 21:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun...

Prank girl

  • 31 yanvar 2013 19:31
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

J ♥ S

  • 31 yanvar 2013 17:14
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
''Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!" smile

--------------------
J & S ∞♥....

мυsLiмαηκα

  • 31 yanvar 2013 17:13
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Allah Razi Olsun

GuNaY_83

  • 31 yanvar 2013 17:12
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
Allah razı oLsuN

--------------------

Shokoladka

  • 31 yanvar 2013 16:58
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun bacim..

--------------------


Gül Əliyeva

  • 31 yanvar 2013 15:38
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Allah razı oLsuN canım...

...BARSA FANATI....

  • 31 yanvar 2013 15:27
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Sitat: ★_DuNyA_GuZeLi_★
Allah razi olsun...

✰Dгeaм✰

  • 31 yanvar 2013 15:04
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun...

ツMrs.Crazy ツ

  • 31 yanvar 2013 14:59
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
Allah Razi Olsun

Yaxwi qiz axtariram

  • 31 yanvar 2013 14:39
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
salam necesiz qizlar

Samir98

  • 31 yanvar 2013 14:32
  • Məqalə: 35
  • Şərh: 907
  • Bal:
{awards}
ALLAH razı olsun...

sevgi dushmeni

  • 31 yanvar 2013 14:29
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
tesekurlerr ama oxumadim

--------------------

Nara Neznakomka

  • 31 yanvar 2013 14:24
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
11-Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?
Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər. Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində ''Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük'' deyə qeyd etmişdir. Göründüyü kimi Aşura mərasimini keçirmək qeyrət, şücaət, vətənpərvərlik, ədalət dərslərini yaymaqdır. Xüsusən də bu dərslərin bizə erməni yezidləri ilə mübarizədə, torpaqlarımızı azad etmək üçün çox təsiri var və zəruridir. Lakin bəzi ağzıgöyçəklər, bu mərasimlər təşkil olunub keçiriləndə ağzını

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

so_sad

  • 31 yanvar 2013 14:01
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Silent_ Night

  • 31 yanvar 2013 13:55
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Friendly_Girl

  • 31 yanvar 2013 13:54
  • Məqalə: 21
  • Şərh: 2989
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

canim ablamin ilk hediyesi

surawka

  • 31 yanvar 2013 13:52
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
.xebere gore twkr..ilk werh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}