Ağlamaq nədir

 
Ağlamaq nədir

Ağlamağı düşünürəm... Hərdən dalıb gedirəm düşüncələrin dibsiz quyusuna...
İnsanlardan soruşuram, "ağlamaq" deyirəm, necə bir duyğudur, başa sala bilərsinizmi mənə?
Kiminin üzünü acı bir təbəssüm bürüyür...Sanki ağlamaq onun üçün bir iztirabmışcasına...
Kim isə saxta bir gülümsəmə ilə, "ağlamaq acizlikdir" deyərcəsinə üzümə baxır...
Mənim üçünsə ayrı bir duyğudur ağlamaq...

İstəməyərək girdiyim, dərdlərlə, sıxıntlarla dolu, qara dənizin limanından ayrılmaq, hər cür kədərin otağıma gətirdiyi qaranlıqdan sıyrılmaq, aydınlanmaq, rahatlamaq...
Yağışdan sonra təmizlənən yollar, tər-təmiz topaq qoxuyan təbiət kimi paklanmaq, ruhunu bütün pisliklərdən təmizləmək, ağlamaq...
Ağlamaq... Bir yol ucsuz-bucaqsız ağlamaq... Bir dərya ki, nə qədər coşqulu isə, o qədər dərin və gözəl...
Ağlamaq... Bəlkə də anlatmaq istəyib, anlata bilmədiyin ən dərin yerlərdə saxladığın xəyalların...
Bəlkə də içini tökmək istədiyində boğazında tıxanıb qalan sözlərin...
Səni heç bir anında yalnız buraxmayan, səni təsəlli edən yeganə dostundur ağlamaq...
Sadəcə üzüntünün xaricə vuruşu deyil ağlamaq... hər düşüncəni başa salan bütün varlığındır...

Sevdiyində, nifrət etdiyində, həyəcanlandığında, darıxdığında həmişə səninlədir...
Ağlamaq olmasaydı, necə yumuşalardı qəlbimiz? Mərhəməti necə ifadə edə bilərdik? Ağlamaq olmasa, ayrılığın acısını necə hiss edə bilərdik...? Ağlamaq olmasa, ölümün hüznünü necə göstərə bilərdik ki?
Ağlamaq, əslində həyata qarşı səmimiyyətindir...
Yanağına düşən hər bir damla, bir zümrüd qədər dəyərli, mənalı bir söz qədər önəmlidir ağlamaq...
Həyatın sənə təqdim etdiyi tək hədiyyədir...


Geri dön

nilayka

  • 19 fevral 2011 20:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
ağlamaq adamı sakitləşdirir

--------------------

Sergio Ramos

  • 18 dekabr 2010 20:39
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ağlamaq adamı sakitləşdirir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}