Gül kimi hər yana xoş ətir saçar,
Ürəyi oxşayar sənin gülüşün...
Quştək qanadlanar,qəlbimə uçar,
Məhəbbət daşıyar sənin gülüşün!...
Sular şırıldaşar,meh əsər-həzin,
Günəştək,şəfəqtək nurlanar üzün...
Bəzənər eşqinlə söhbətin-sözün,
Qəlbimdə yaşayar sənin gülüşün!...
Baxışın dil açar,"əzizim"-deyər,
"Həm varlığım sənin,həm özüm,"-deyər...
Eşqə inamımı hər sözüm deyər,
Bir ümid daşıyar sənin gülüşün!...
Dünyamin danışır-sevinirsən sən,
Bəs niyə belə az görünürsən sən!...
Məhəbbət tülünə bürünürsən sən,
Gözəllik daşıyar sənin gülüşün,
Nəğməmdə yaşayar sənin gülüşün!...
Ürəyi oxşayar sənin gülüşün...
Quştək qanadlanar,qəlbimə uçar,
Məhəbbət daşıyar sənin gülüşün!...
Sular şırıldaşar,meh əsər-həzin,
Günəştək,şəfəqtək nurlanar üzün...
Bəzənər eşqinlə söhbətin-sözün,
Qəlbimdə yaşayar sənin gülüşün!...
Baxışın dil açar,"əzizim"-deyər,
"Həm varlığım sənin,həm özüm,"-deyər...
Eşqə inamımı hər sözüm deyər,
Bir ümid daşıyar sənin gülüşün!...
Dünyamin danışır-sevinirsən sən,
Bəs niyə belə az görünürsən sən!...
Məhəbbət tülünə bürünürsən sən,
Gözəllik daşıyar sənin gülüşün,
Nəğməmdə yaşayar sənin gülüşün!...
