Bəzən

 
Bəzən



Bəzən kimləsə qarşılaşırıq və təəccüblənirik, bəzən də kimisə yola salırıq və deyirik ki, demək belə olmalı idi.
Bəzən yeni dostlar axtarışına çıxırıq, bəzən də hamıdan qaçırıq,gizlənirik, sakitlik axtarırıq.
Bəzən də özümüzü bu qədər insanın, dostların, kameranın, dəbin, marağın içərisində tənha hiss edirik.


Bəzən



Biz hərdən çox qürurlu, çox eqoist, bəzən də bir körpənin göz yaşlarına kövrələcək qədər incə qəlbli oluruq.
Bəzən yağış yağdıqda çətir gəzdiririk, yağış bitənə kimi gizlənirik, bəzən də Allaha yalvarırıq ki, bu gün 1 damla yağış yağdırsın, başı açıq, ayaqyalın yağış altında gəzirik.


Bəzən



İnsanlar həmişə axmaq görünməkdən qorxur, bəzən öz hisslərimizi gizlədirik ki, başqası üçün gülünc görünməyək.
Biz həmişə nəyisə gözləyirik: dayanacaqda avtobus, maaş, xoş xəbər, yenilik, etiraf, yeni mahnı və film, yeni qalmaqal və dava...


Bəzən



Bəzən ürəyində yığılıb qalanları hayqıraraq boşaltmaq, bəzən də sadəcə başa düşüb və başa düşülmək üçün susmaq istəyirik.
Bəzən telefonu, neti söndürürük ki, heç kim bizi narahat etməsin, bəzən də bütün gün telefona 1 zəng və ya messengerdə kiminsə onlayn olmasını gözləyirik


Bəzən


Bəzən biz nəyisə gecikdiririk və onda gec olduğunu anlayırıq, bəzən də çox tələsib, səhvlər edirik.
Tənqidlərdən qorxuruq, sonrada hamıya bizim həqiqəti bildiyimizi sübut etdirməyə çalışırıq.


Bəzən


Bəzən özümüzü çox tənha hiss edirik və yalnız kiminsə bizi bağırına basıb "Hər şey yaxşı olacaq" deməsinə ehtiyacımız olur. Bəzən də kimisə bağrımıza basıb, nəvaziş göstərməkdən çəkinirik.



Bəzən



Bəzən gedəndə elə istəyirik ki, kimsə bizə "Qal" desin. Bəzən də kimsə getdikdə ardınca "Qal" demək istəyirik,amma bu mümkün deyil...

P.S Mən "bəzən" və "nə isə "sözlərini çox deyirəm.. Bəs siz nə vaxt Bəzən demisiniz?


Geri dön

YazYamuru

  • 19 dekabr 2010 01:57
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
BEZEN HEYATDAN OOOOOOOOOOOOO QEDER BEZiRiK Ki belay

--------------------



Ulya

  • 18 dekabr 2010 21:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cooox sagol.gozel yazidi

Sergio Ramos

  • 18 dekabr 2010 21:31
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
xəbərin şəkilləri daha çox xoşuma gəldi müəllifə təşəkkür

--------------------

only-girl

  • 18 dekabr 2010 21:09
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}