
1991-ci ilə kimi heç kim bu mağaranın olmasından xəbərdar deyildi. Təsadüfən yerli sakinlərdən biri ora düşmüşdü. Ora yaxın getməkdən qorxurdular, mağaradan əcaib səsələr gəlirdi. Sonra məlum oldu ki, səs yer altından axan çayın səsidir. Son Dunq mağarası 20 il əvvəl aşkar olunmasına baxmayaraq 2009-cu ildən tədqiqat olunmağa başlanmışdır. Mağaranın böyük hissəsi Vyetnamın ərazisinə düşür. Mağaranın uzunluğu 8850 metr, eni 200 metr, hündürlüyü isə 150 metrdir.













