Hicab geyinmək azyaşlılara necə təsir edir?

 
Hicab geyinmək azyaşlılara necə təsir edir?


Dəyanət Rzayev: "Uşaqların buna məcbur edilməsi ciddi fəsadlar yarada bilər"

Azrbaycan cəmiyyətində hicab məsələsinin şişirdilməsinə münasibət birmənalı olmasa da, çoxluq orta ümumtəhsil məktəblərində qızların baş örtüyündən istifadə etməsinin əleyhinədir. Hətta bəzi mütəxəssislər, xüsusilə psixoloqlar bu məsələnin geniş formada gündəmə gətirilməsinin uşaqların psixologiyasına mənfi təsir göstərəcəyini deyirlər. Onların fikrincə, hicab birbaşa dinlə bağlı olduğundan problem çox həssaslıqla həll edilməlidir.
Azyaşlı qızların hicab geyinməsini düzgün saymayan psixoloq Arzu Rəfiyeva deyir ki, bu məsələdə birbaşa valideynlər məsuliyyət daşıyırlar: "Mənim fikirlərimi kimlərsə qıcıqla qarşılaya bilər. Amma hesab edirəm ki, azyaşlı olmasına baxmayaraq, uşaqlara sərbəst seçim hüququ verilməlidir. Digər tərəfdən mən həm də orta məktəblərdə müəllimələrin hicab geyinməsinin əleyhinəyəm. Məsələn, azyaşlı qız məktəbə gedir və ilk gördüyü müəllimə baş örtüsündə olur. Bu məsələ istər-istəməz onun psixologiyasına təsir göstərir, ən azından beynində həmin müəllimənin nədən baş örtüsündə olduğu barədə fikirlər dolaşır və uşaqda çaşqınlıq yaradır. Əslində isə belə yaş dövründə uşaqlarla daha ehtiyatlı davranılmalıdır".
Hicab qalmaqalının böyüməsində cəmiyyəti günahlandıran ekspert orta məktəblərdə bu tendensiyanın uzun illərdir müşahidə olunduğunu söyləyir: "Artıq 4 - 5 ildir hicablı məktəblilərə rast gəlinsə də, bununla bağlı heç bir tədbir görülmürdü. Nəticədə baş örtüyündən istifadə edənlərin sayı kütləvi xarakter aldı. Yəni milli biganəlik bu məsələnin böyüməsinə zəmin yaratdı".

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev isə bəzi iman əhlinin bu məsələni qarışdırdığını bildirir: "Mən özüm də dindaram və ibadətlə məşğul oluram. Düzdür, Quranda qadınların baş örtüyündən istifadə etməsi vacib sayılır. Amma bu məcburi deyil, yəni hər kəsin vicdan işidir. Şəhərdə tez-tez 5 - 6 yaşlı qız uşaqlarının hicablanmasını görürəm. Əslində bu düzgün deyil. Çünki islam qanunlarına görə, yetkinlik yaşına çatmayanların hicablanması vacib sayılmır".
Psixoloq hətta deyir ki, azyaşlıların bu yola məcbur edilməsi gələcəkdə ciddi fəsadlara yol aça bilər: "Qəti şəkildə əminəm ki, 5 - 6 yaşında qızların baş örtüyündən istifadə etməsi onların valideynlərinin təşəbbüsüdür. Bu məsələ valideynlərin dərk etməyəcəyi qədər ağır problemlərə gətirib çıxara bilər. Məsələn, uşaq hicab istəmədiyi təqdirdə ona məcbur edilirsə, bu aşyaşlı üçün praqmatik bir situasiyadır. Yəni gələcəkdə həmin uşaqda dinə qarşı nifrət formalaşır. Ümumiyyətlə isə tibbdə var ki, insanlara məcburi şəkildə nəyisə qəbul etdirmək onlar üçün psixoloji travmadır. Gərək insan buna şüurlu şəkildə getsin. Axı 6 yaşında uşağın şüuru hansı səviyyədədir ki, hicabın mahiyyətini dərk etsin?! Əslində valideynlər övladlarını bu cür tərbiyələndirməklə onların psixologiyasını pozurlar, normal dərk etmək, düşünmək qabiliyyətini məhdudlaşdırırlar. Hətta iman əhli olan bəzi insanlar hicablı övladlarına başıaçıq həmyaşıdları ilə söhbətlənməyi də yasaqlayır. Bu isə bötövlükdə cəmiyyət üçün ciddi təhlükədir, insanların qütbləşməsi deməkdir. Digər tərəfdən bizim cəmiyyətin əsas problemi islam dinini elmi cəhətdən deyil, bəzi savadsız dindarların xurafatçı fikirləri çərçivəsində dərk etməsidir. Məhz buna görə də xurafatçı fikirlərə uymamalı və islam dininin gözəl dəyərlərini öyrənməliyik".

Yeri gəlmişkən, dünən bir qrup Nardaran sakini hicab məsələsi ilə bağlı aksiya keçirib. "Biz ölərik hicabı əldən vermərik" şüarı altında keçirilən aksiyada dindarlar çıxış ediblər.
Qeyd edək ki, Nardaran pirində keçirilən mərasimdə dindarlar hicabın qadağası ilə bağlı prezidentə və təhsil nazirinə müraciət ünvanlayıblar və imzatoplama kampaniyasına başladıqlarını bildiriblər.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 16:09
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

sevgi_meleyim.

  • 25 aprel 2011 02:25
  • Məqalə: 17
  • Şərh: 549
  • Bal:
{awards}
Xebere gore tsk. Ama men deyimki kim ne deyir ozu biler,amma Islam,Allah Hicabi qadina vacib buyurub. Eyer vacib olmasaydi o zaman Allah Nur suresi aye 21-de Peygember (s.e.v.s) buyurmazdiki: "Zovcelerine,qadinlara deki baslarini baglayib ozlerini Namehremden qorusunlar. Baslarin yayliqlarini sinelerine qeder ceksinler,oz zinetlerini,oz ozunde gorunen olan (el,uz istisna olmaqla) butun yerlerini namehremden gizletsinler." duzdu tam ezber bilmesemde yadimda qalani yazdim. Hicab seadetdir,qadinin exlaqini,onun namusunu qoruyur. Meyer bizler Xanim Fatimeden (s.e) yoxsa Xanim Zeynebden (s.e) artigiq,ya ustunuk? Xanimlar Hicabda ola biler ama biz yox?! Eh neyse ee Allah butun hicaba qadaga qoyanlari hidayet elesin,ve qelbi Hicab Esqi ile doyunenlere nesib etsin. Amin Allahim,Amin.

Xebere gore tsk. Ama men deyimki kim ne deyir ozu biler,amma Islam,Allah Hicabi qadina vacib buyurub. Eyer vacib olmasaydi o zaman Allah Nur suresi aye 21-de Peygember (s.e.v.s) buyurmazdiki: "Zovcelerine,qadinlara deki baslarini baglayib ozlerini Namehremden qorusunlar. Baslarin yayliqlarini sinelerine qeder ceksinler,oz zinetlerini,oz ozunde gorunen olan (el,uz istisna olmaqla) butun yerlerini namehremden gizletsinler." duzdu tam ezber bilmesemde yadimda qalani yazdim. Hicab seadetdir,qadinin exlaqini,onun namusunu qoruyur. Meyer bizler Xanim Fatimeden (s.e) yoxsa Xanim Zeynebden (s.e) artigiq,ya ustunuk? Xanimlar Hicabda ola biler ama biz yox?! Eh neyse ee Allah butun hicaba qadaga qoyanlari hidayet elesin,ve qelbi Hicab Esqi ile doyunenlere nesib etsin. Amin Allahim,Amin. sevgi_meleyim.,
He birde onu deyimki InseALLAH gelecekde qismet olarsa oz qizima Hicab geydirecem. Usagi hetda ana betninden terbiyelendirmek lazimdi,ana himile olan zaman Quran oxuyub,namaz qilsa,ibadetini yerine yetirse dunyaya gelen usagda o ruhda boyuyecek ve usagda ana betninden Islama,Allaha,Peygembere (s.a.s),Ehli-Beyte sevgiyle formalasacaq. Bu menim shexsi fikrim ve dusuncemdi. Butun fikirlerede hormetle yanasiram. Allah razi olsun xebere gore.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

ana

  • 3 fevral 2011 23:50
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
mAN OZUM QIZ ANASIYAM VE HICABDAYAM. QIZIMIN 2 YASHI VAR. BIZ EVDAN CIXANDA O MANA DEYIRKI ANA MANADA HICAB TAX. MAN SENIN KIMI OLMAQ ISTEYIREM.MENDE TAXIRAM. ISTEDIYI ZAMAN CIXARDA BILIR. ONUDA DEYIM SIZ DEYIRSIZ USHAGIN SWCIMIDI. ONA QALSA USHAQ VAR YAYDA KURTKA GEYINMAK ISTEYIR VE YAXUD EKSINE O DEMEK DEYILKI ONUN SECIMIDIR DEYE ELE OLMALIDIR.
SONDA HICAB ALLAHIN EMRIDIR. BU EMIRDEN SONRA BIZE SOZ DUSHME4Z. ALLAHDAN GOZEL BIZI TANIYAN VE SEVEN YOXDUR.

only-girl

  • 19 dekabr 2010 15:51
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
MuslimGirl,
INSHALLAH

--------------------

R_O_M_A

  • 19 dekabr 2010 13:18
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
az yaslilarin hecne basa dusmurler deye onlarin hicabli olmagi duzgun deyil

--------------------

MuslimGirl

  • 19 dekabr 2010 11:59
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
only-girl,
inshallah, gercekleser. Bu valideynden asilidir. Amma men bilen bu yaslarda olan usaqlara vacib deyil. Ona gore de secim meselesidir. Tesekkurler

фея

  • 18 dekabr 2010 22:43
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Gecə Şehi ( Dəlilər qədər ağıllı,Ağıllılar qədər dəli........ ) »
azyaslilarin hicab baglamasina yaxsi baxmiram,men isterdim ki bele sheyler insanin ozunu derk edenden sonra shexsi secimi ile reallassin

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Sergio Ramos

  • 18 dekabr 2010 21:31
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
uşaqların hicab bağlaması düzgün deyil məncə

--------------------

Just For Legend

  • 18 dekabr 2010 21:19
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
azyaslilarin hicab baglamasina yaxsi baxmiram,men isterdim ki bele sheyler insanin ozunu derk edenden sonra shexsi secimi ile reallassin

--------------------

only-girl

  • 18 dekabr 2010 21:03
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
mendee stiyirem en boyuk arzularimdan biridir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 60

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 42
Cəmi: 305
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}