Səbrin sonu səlamətdir

 
Səbrin sonu səlamətdir


Əslində biz çox zaman acizliklə üsyanı bir-birindən ayırmaqda çətinlik çəkirik.
Ona görə də hərdən ayağa qalxıb haqqımızı almalı olduğumuz yerdə aciz oluruq, səbir etməli olduğumuz yerdə üsyana qalxırıq, o məşhur sözdə deyildiyi kimi, əsəblə qalxıb, zərərlə otuturuq.

Səbrin cürbəcür şöbələri var: hadisələrin ilk anındakı ağrılara qarşı səbir, ibadətin ağırlığına qarşı səbir, dünyanın yalançı cazibəsindən, günahlardan qurtarmaq üçün səbir. Elm öyrənmək də, ALLAHın buyurduğu istiqamətdə ölümünü gözə alaraq mübarizə aparmaq da səbirdir.

Səbir - ALLAH-Təalanın “vur” dediyi yerdə vurmaq, “döz, dur” dediyi yerdə də durmağı, dayanmağı bacarmaqdır.

Səbir nədir?- Öncə bu suala cavab verməyə çalışaq: səbir Qurani- Kərimdə ALLAH-Təalanın bəndələrinə tövsiyə etdiyi ən üstün keyfiyyətlərdəndir. ALLAH-Təalanın Gözəl Adlarından (Əsmaül-Hüsna) biri də Saburdur, yəni çox səbir edən. Bütün fəzilətlərin anası, həyatda müvəffəq olmanın və kamala yetişməyin sirri mahz səbirlə əlaqəlidir. Hər cür rəzalətin, bədbəxtliyin anası səbirsizlikdir. “Şübhəsiz ki, ALLAH-Təala səbir edənlərlə birlikdədir”- bu, Quranın müjdəsidir. Demək, səbir etməyi bacarmaq ALLAH-Təala ilə bir arada ola bilmək ləyaqətidir.

Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurur ki, səbir ağır hadisənin baş verdiyi ilk anda dözə bilmək, üsyana qalxmamaqdır, göstərilən mətanətdir. Təbii ki, burada haqqında danışılan hadisə heç də hansısa zalımın zülmünə boyun əymək deyil, ALLAH-Təalanın iradəsi ilə və bizim iradəmiz xaricində baş verən hadisələrdən gedir. Məsələn, çox sevdiyimiz insanın ölümü, ağır xəstəlik, böyük sarsıntı, itki kimi hallar nəzərdə tutulur. Zülm qarşısında acizlik isə heç də bəyənilən hal deyil. İnsan zalıma qarşı savaşmalı və haqqını alana qədər meydandan çəkilməməlidir. Təbii ki, burada müstəsna hallar da nəzərdən qaçırılmamalıdır. Məsələn, ola bilər ki, birisi kiminsə xatirinə dözür və zalımın zülmünə təhəmmül edir, ya hansısa yetimləri qorumaq məqsədiylə, ya kiminsə həyatını qurtarmaq üçün dişini dişinə sıxıb tab gətirir. Bu cür hallarda zülmə qatlanmaq fədakarlıqdır.

Bütün acizlər məzlumdur, amma bütün məzlumlar aciz deyillər. Aciz bir qaşıq qanını qorumaq, bu dünyada daha bir neçə il sürüncəkli bir həyat yaşaya bilmək, burada daha çox qala bilmək üçün başıqapazlı olmaqla barışandır, iradəsizdir, qətiyyətsizdir. Beləsinin nə üzü, nə haqqı qalır mübarizə etmədikcə.

Yəni haqqını aramayan insan acizdir, acizlik isə haqqını itirməkdir. Səbir isə cihad ruhudur. Ölümü hər an açıq alınla qarşılamağa hazır ola bilməkdir.

Səbir ilk anlarda acıdır, amma meyvəsi şirindir. Ən ağır hadisələr qarşısında belə dayana bilməyin ən doğru yolu səbirdir. ALLAH-Təala (c.c.) Qurani-Kərimdə səbir etməyi və qisas imkanı, haqlı olmaqla yanaşı, həm də güclü olduğu halda bağışlamağı bizlər üçün çox xeyirli əməl kimi dəyərləndirir, onu da bildirir ki, mücahidləri və səbir edənləri seçmək və göstərmək üçün insanları imtahana çəkər. ALLAH-Təala onu da bildirir ki, insanlar bir az qorxu, bir az aclıq, bir az var-dövlətinin azalması, bar-bərəkətinin qıtlaşması ilə sınağa çəkilər və bütün bunları bildirəndən sonra da Rəsuluna buyurur ki, səbir edənləri də müjdələsin. “Səbir edən uğur qazanır”, Səbir müvəffəqiyyətin açarıdır”, “Səbir bir işıqdır”, “Səbir Cənnət xəzinələrindən birisidir”, “Sənə sıxıntı verən şeylərə qarşı səbir etməyində bir çox xeyirlər vardır”- bütün bunlar uca Peyğəmbərimizin səbirlə bağlı müjdələridir. Səbir səbirsizliklə acizlik arasında ən doğru yoldur. Səbirsizlik insan üçün nə qədər zərərlidirsə, acizlik də o qədər arzuedilməz keyfiyyətdir.

Bəzən insan nəfsinin istəkləri ilə hərəkət edir. Nəfs isə heç zaman gözəl olanı, faydalını, xeyirlini istəməz. Nəfsin istəkləri ilk anda nə qədər şirin, cazibədar görünürsə, nəticə etibarilə o qədər faciəvidir. Bir imkansıza rast gəlirsən, ALLAH-Təala səni sınamaq üçün sizi rast gətirib, əlini cibinə salırsan, amma duruxursan, “əşi mənə nə var ee” deyib, onun yanından keçib gedirsən. Əlin gəlmir, ALLAH rizası üçün yardım etməyi, əldən tutmağı bacarmamaq ALLAHa güvənməməkdir, etimad etməməkdir. İnsan ALLAHın rizasından başqa, ağlına heç bir şey gətirmədən yardım edə, əldən tuta bilirsə, demək səbrin nə olduğunu da anlamışdır. Çünki yardım həm də səbir işidir, indi verdiyini bir zaman qat-qat artığı ilə geri alacağına inanmaqdır. O məqamda səbirsizlik əlini dolu cibindən boş çıxarmaq və zillənmiş baxışlar altında qızarıb-bozarmadan sakitcə yoluna davam edə bilməkdir.

Ya Rəbb, acizlikdən və tənbəllikdən Sənə sığınıram”- deyən ALLAH Rəsulu əslində səbrin koordinatlarını göstərir.

Düşmənin əsarəti altında həyat sürməyi qəbul etmək, kafirlərin zülmünə boyun əymək səbir deyil. Quran məntiqi ilə səbir, cihad üçün ölümü gözə ala bilməkdir.

Elm də səbir işidir. Öyrənmək, öyrəndiyini həyatına tətbiq etmək, başqaları ilə paylaşmaq, əxlaqını gözəlləşdirmək, Rəsulullahın o gözəl həyat örnəklərinə üz tutmaq, Ona bənzəməyə çalışmaq səbrin ən gözəl görüntüləridir.

İbadətlə səbir müəyyən mənada bir-birini qidalandıran iki çeşmə kimidir. İbadət müəyyən mənada səbir olduğu kimi, səbir də elə ibadətdir. İbadət həm də ona görə səbirdir ki, gecənin yarısı, səhər tezdən hələ günəş doğmadan qalxıb dəstəmaz almaq, namaz qılmaq insana o qədər cazibədar gəlməyə bilər, amma düşünürsən ki, bir zaman gələcək və sən sorğu-suala çəkiləcəksən, o zaman bu ibadət səni çox təhlükələrdən qurtaracaq, ALLAH-Təala qarşısında “heç olmasa, bu işləri gördüm”- deməyə üzün olacaq.

Xəsisin əlindəki sərvəti sıxıb saxladığı kimi, israfçının ixtiyarında olanları sağa-sola dağıtması da çirkin mənzərədir. Xəsislik ALLAH-Təalaya güvənməmək, israfçılıq isə Onun əmanətinə dəyər verməmək anlamına gəlir.

Səbir- bütün Peyğəmbərlərin ortaq sifətidir. Cənnətdən yer üzünə endirilən, bir övladın o birini qətlə yetirməsinin iztirabını yaşayan, bəşəriyyətin atası Adəm (ə.s.) Peyğəmbər həmin o səbir yolu ilə inşALLAH yenidən Cənnətə döndü; bütün övladlarını, sərvətini, səhhətini itirərkən səsini çıxarmayan, zikr və təfəkkür imkanlarını itirmək üzrə olanda “ALLAHım, zərər indi mənə toxundu”- deyən Əyyub (ə.s.) Peyğəmbər dünyaya səbir dərsi verdi; mancanaqdan atılıb dağ kimi alova doğru süzərkən yardıma gəlmiş mələklərə “ALLAH mənə yetər, Ondan başqa kimsəyə, kimsənin yardımına ehtiyacım yox”- deyən, köksündə atalıq hissinin sel kimi çağlamasına gözlərini yumub, “ALLAHa qurban olsun” deyib bir tək ciyərpərasinin boynuna bıçaq çəkən dədələr dədəsi Həzrəti-İbrahimin (ə.s.) səbri qarşısında heyrətə düşməmək mümkin deyil...

Və nəhayət, Sevgililər Sevgilisi, ALLAHın Həbibi, boynuna bıçaq çəkilən Həzrəti İsmayılın (ə.s.) nəvəsi, qurban deyilmiş Abdullahın oğlu, Peyğəmbərlər zəncirinin sonu, zirvəsi, seyyidi, əşrəfi, Aləmlərə rəhmət olaraq göndərilmiş Həzrəti Məhəmməd (s.ə.s.)! Bir duası belə boşa getməyən, kafirlər əlindən ağlasığmaz işgəncələr görsə də dilinə şikayət gətirməyən, “ALLAHım, anlamırlar, anlasalar belə etməzlər”- deyib dua edən, mərhəməti ilə ən azğın qatilləri də islah edib mələklər cərgəsinə qatan, qızı Fatimeyi-Zəhradan başqa, bütün övladlarını öz əlləri ilə torpağa tapşıran, iki yaşında, gül qoxulu İbrahimini dəfn edərkən gözlərindən yaş sellənən və: “Ey İbrahim, ALLAHın əmrlərinə boyun əyməkdən başqa bizə bir iş düşməz” söyləyən Könüllər Sultanı təslimiyyətin, səbrin möhtəşəm örnəklərini göstərdi Adəm oğluna.

Səbir cənnətin yoludur, acizliklə üsyan arasından keçib, səadət yurduna aparar öz yolçularını. Aləmlərin Rəbbi səbrimizi ömrümüzdən uzun eləsin. Amin.


Geri dön

ღLovelyღ

  • 20 fevral 2013 17:22
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

B_L_A_T_N_O_Y

  • 7 fevral 2013 17:30
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
İbadətlə səbir müəyyən mənada bir-birini qidalandıran iki çeşmə kimidir. İbadət müəyyən mənada səbir olduğu kimi, səbir də elə ibadətdir. İbadət həm də ona görə səbirdir ki, gecənin yarısı, səhər tezdən hələ günəş doğmadan qalxıb dəstəmaz almaq, namaz qılmaq insana o qədər cazibədar gəlməyə bilər, amma düşünürsən ki, bir zaman gələcək və sən sorğu-suala çəkiləcəksən, o zaman bu ibadət səni çox təhlükələrdən qurtaracaq, ALLAH-Təala qarşısında “heç olmasa, bu işləri gördüm”- deməyə üzün olacaq.

ZuZuM__

  • 7 fevral 2013 00:29
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Banned1

  • 6 fevral 2013 18:18
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Xosuma geldi cox sagol

solnuska

  • 6 fevral 2013 13:33
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 5 fevral 2013 22:54
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Səbrin sonu səlamətdir

--------------------

surawka

  • 5 fevral 2013 20:29
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
: “Ey İbrahim, ALLAHın əmrlərinə boyun əyməkdən başqa bizə bir iş düşməz”

sevgi dushmeni

  • 5 fevral 2013 17:16
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
temanin adi cox gozeldi hemde duz sozdu tsk gunel

--------------------

ZayNster

  • 5 fevral 2013 17:04
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
Allah razi olsun

_trickster_

  • 5 fevral 2013 16:57
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
cox uzunuydu oxumadim....

--------------------

Banned1

  • 5 fevral 2013 16:48
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
oxudum canim cox saqol ellerine sagliq...

ShoKKi_MoKKi

  • 5 fevral 2013 16:47
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH SIZDEN RAZI OLSUN...

--------------------

Gun_el

  • 5 fevral 2013 16:35
  • Məqalə: 21
  • Şərh: 2088
  • Bal:
{awards}
allah razi olsun

--------------------


✰Маша✰

  • 5 fevral 2013 15:51
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
ALLAH razi olsun

Silent_ Night

  • 5 fevral 2013 15:50
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

GuNaY_83

  • 5 fevral 2013 15:24
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Nara Neznakomka

  • 5 fevral 2013 15:19
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Səbir - ALLAH-Təalanın “vur” dediyi yerdə vurmaq, “döz, dur” dediyi yerdə də durmağı, dayanmağı bacarmaqdır.

Səbir nədir?- Öncə bu suala cavab verməyə çalışaq: səbir Qurani- Kərimdə ALLAH-Təalanın bəndələrinə tövsiyə etdiyi ən üstün keyfiyyətlərdəndir. ALLAH-Təalanın Gözəl Adlarından (Əsmaül-Hüsna) biri də Saburdur, yəni çox səbir edən. Bütün fəzilətlərin anası, həyatda müvəffəq olmanın və kamala yetişməyin sirri mahz səbirlə əlaqəlidir. Hər cür rəzalətin, bədbəxtliyin anası səbirsizlikdir. “Şübhəsiz ki, ALLAH-Təala səbir edənlərlə birlikdədir”- bu, Quranın müjdəsidir. Demək, səbir etməyi bacarmaq ALLAH-Təala ilə bir arada ola bilmək ləyaqətidir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

legend sun girl

  • 5 fevral 2013 14:44
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
DÜZDÜR SƏBRİN SONU SƏLAMƏTDİR

мυsLiмαηκα

  • 5 fevral 2013 14:34
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Şübhəsiz ki, ALLAH-Təala səbir edənlərlə birlikdədir

solnuska

  • 5 fevral 2013 14:26
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZL OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

fatime gul

  • 5 fevral 2013 14:18
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
evalah Allah sizden razi olsun Sebir Allahin adlarindan biridir ve sebir etmek . butun baqli qapilarin acaridir Allah bizlere sebir versin amin

so_sad

  • 5 fevral 2013 14:15
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

Shokoladka

  • 5 fevral 2013 14:03
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Sebr etmek dogurdan da chox yaxshi birsheydi..Xebere gore Allah razi olsun.

--------------------


barsa yek

  • 5 fevral 2013 13:56
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
ALLAH razi olsun!!!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}