Köhnələri qaytarın

 
Köhnələri qaytarın

İstəmirəm yenə də aldanım gülərüzlərə, sərxoş sözlərə...
Bir qədəhlik dünyada baxım meyxoş gözlərə...
Yenilər girməsin həyatıma.Onlarla da eyni yolu keçmək istəmirəm.Köhnələri qaytarın, mənə
onlar gərəkdir..onlarda qaldı gülüşüm, zarafatım.
Onların arasında itmiş varlığım.
Qaytarın mənə...Köhnə küçələri, köhnə hissləri.
Qaytarın mənə..Bəlkə bugün, bəlkə sabah köçəcəm bu dünyadan, bəlkə vaxtsız gedəcəm.
Nisgilimi dağıdın. Köhnələri qaytarın.
Yaxın gəl baxım sənə. Səndəmi qalıb sevincim...Ya bəlkə səndədir cəsarətim...
Yoxsa yadlaşdıq bilmədən
böyük günlər gəlmədən.
Arzularmı dəyişdi? Yoxsa itdilər kiçik gözlərində...
Mənə onları qaytar... Köhnələri, indiki yadları qaytar.
Qəribəm öz içimdə... NHardan düşdüm mən bura...
Bu misralar içinə.
Dağdanmı enmişəm, Dərədənmi qalxmışam.
Hardan gəldim mən bura.Yaddaşım korlaşıbdı...
Nədən yazırdım bəs mən?Nəyin nigaranıyam....?
.................
duman keçmir ki, güzgüdəki əksimdən bir "necəsən" soruşum...
Zaman keçmir ki, məni sevməyənlərə nifrətimlə qovuşum.
Hicran bitmir ki, sənə saatlarla sənsizlikdən danışım.
günahlarım dinmir ki, elə içimdəcə vicdanımla alışım...

.................
Səndən qaçmaq istədim, Sənə təşrif gətirdim.

Səndən şikayətimi. Yenə də sənə dedim.

...Amma bitir yollar, ayrılırıq nəhayət!

Bilmədik hardan gəldi bu sevgi ağlımıza

Son qoyaq nağlımıza!

Gərək başlamayaydıq bu günah sevgimizə,

İstəmədən atıldıq sönməyən közümüzə.

...Amma bitir yollar, ayrılırıq nəhayət!

Arxaya baxmadın da, son sözümə, səsimə

Heç...

Heç qulaq asmadın da...

Gözlərin dedi mənə "Biz ayrıldıq, nəhayət!"

İldırımlar kişnədi. Göylər sənə səsləndi:

"Arxada bir qərib var" Sanki yayda yağıb qar,

Dondurub ürəyini, Çevirib kürəyini. Arxaya baxmadın da,

Son sözümə, səsimə

Heç...

Heç qulaq asmadın da.

Gözlərim dedi sənə:

"Biz ayrıldıq, nəhayət"

Ağrılarla yanaşı, ümidlərə "kifayət"

Çox çalışdım...

Mən səndən hər an qaçmaq istədim.

Yollar məni azdırdı, sənə təşrif gətirdim.

Anlamadı bir kimsə səndən şikayətimi,

Yenə də zəif səslə onu sənə söylədim.

Kimsələr bilmədi ki!

Gizli sevgiydi bu,

Amma yoxdur anlamı.

Biz ayrıldıq, nəhayət!


Geri dön

_RONALDO_

  • 27 may 2011 22:21
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
müəllifə təşəkkür

--------------------

YazYamuru

  • 24 dekabr 2010 08:17
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ƏŞŞİ NEYNİRSİZ wink

--------------------



Asiyan

  • 24 dekabr 2010 04:36
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
QAYTARMAYİN İSTEMİREEMM wink

Ulya

  • 21 dekabr 2010 19:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur xebere gore

HOST Girl

  • 21 dekabr 2010 10:37
  • Məqalə: 3
  • Şərh: 53
  • Bal:
{awards}
thanks.........

jurnalistpero

  • 19 dekabr 2010 21:56
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Muellifi de qeyd etseniz yaxsi olardi. Muellif SADIQOV PERVIZ ya da jurnalistpero-yani men

Sergio Ramos

  • 19 dekabr 2010 19:50
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
müəllifə təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}