Yeni Google Maps 5.0 Versiyası Şəhərlərin 3D Modelini Göstərəcək

 
Yeni Google Maps 5.0 Versiyası Şəhərlərin 3D Modelini Göstərəcək

Google şirkəti Android əsaslı telefonlar üçün mobil Google Maps proqramının yeni versiyasını təqdim edib. Bu barədə şirkətin rəsmi bloqunda xəbər verilir.

Yeni Google Maps 5.0 Versiyasının Özəllikləri

Google Maps 5.0 versiyasında şəhərlərin 3D-modelini görmək olar. Bundan əlavə, mobil internetə qoşulmadan işləmə rejimi təkmilləşdirilmişdir. Proqram tam olaraq vektor qrafikasına əsaslanır. Beləliklə də, xəritə bütöv fraqment kimi təsvir olunaraq daha hissə-hissə yüklənmir.

Vektor qrafikası sayəsində istifadəçilər xəritəni fırlada və eləcə də, baxış bucağını dəyişə bilərlər. Yeni mobil Google Maps versiyasından istifadə edərkən mobil qurğuların ekranında binaların üçölçülü modelləri təsvir olunacaq. Belə məlumat verilir ki, Google şirkətinin proqramçıları 100-dən artıq şəhərin 3D modelini yaradıblar.

Yeni Google Maps 5.0 Versiyası Şəhərlərin 3D Modelini Göstərəcək

Getdiyiniz Məkanlar Proqramın Yaddaşına Avtomatik Olaraq Həkk Olunacaq

Google xəritəsinin yeni versiyası istifadəçinin daha çox olduğu məkanları proqramın yaddaşında avtomatik olaraq saxlayacaq. Bunun sayəsində, istifadəçi mobil internet olmadan da, Google Maps-dən faydalana bilər. Bununla belə, internetə qoşulmadan şəkilləri, tıxaclar barədə və digər əlavə məlumatları əldə etmək mümkün deyil.

Yeni Xəritədən Hansı Mobil Qurğularda İstifadə Etmək Olar?

Google-un yenilənmiş xəritəsini Android 1.6 və ondan daha yüksək versiya ilə işləyən bütün smartfonlara yükləmək olar. Amma yeni proqramın bütün funksiyalarından tam olaraq yararlanmaq üçün Android 2.2 əməliyyat sistemi əsasında işləyən smartfondan istifadə etmək lazım gələcək.

Proqramı Haradan Yükləməli?

Proqramı rəsmi Android Market onlayn dükanından və ya
buradan yükləyə bilərsiniz.


Geri dön

only-girl

  • 12 fevral 2011 19:22
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
twwwwwwwwk

--------------------

Ulya

  • 21 dekabr 2010 13:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Morning_Star

  • 21 dekabr 2010 13:56
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Halaldı

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}