Özünü istəmək bütün fəsadların mənşəyidir

 
Özünü istəmək bütün fəsadların mənşəyidir

Əxlaq alimləri özünü istəmək sifətini ümmül-fəsad (fəsadların anası) və bütün rəzilətlərin, günahların mənşəyi hesab etmişlər. Nəfsin paklaşdırılmasında da onunla ciddi şəkildə mübarizə aparmaq lazımdır. Biz burada ilk növbədə özünü istəməyin mə’nasını deyir, sonra bu sifətin pis nəticələrini və onunla mübarizə yollarını bəyan edəcəyik.

Bilməliyik ki, hər bir canlı varlıq özünün zatına, sifətlərinə, təsirlərinə, fe’l və kamallarına məhəbbət bəsləyir. Yə’ni, təbii olaraq özünü sevir. Deməli, özünü sevməyi külli şəkildə məzəmmət etmək olmaz və bu barədə əlavə izaha ehtiyac duyulur.

Əvvəldə qeyd olundu ki, insanın iki vücud mərhələsi vardır; insani “öz” və heyvani “öz”. İlahi yönə malik olan insani “öz” mələkut aləmindən nazil olmuşdur ki, Allahın yer üzündəki xəlifəsi olsun. Bu yönün elm, həyat, qüdrət, rəhmət, ehsan, feyz, kamal və yaxşılıqla uyğunluğu vardır və təbii olaraq onları istəyir. Deməli, əgər özünü tanısa, özünün vücud dəyərini anlasa və onu əzizləsə bütün kamalların və yaxşılıqların mənşəyinə yaxınlaşacaq, onda fəzilətlər, əxlaqi gözəlliklər və yaxşılıqlar canlanacaqdır. Buna görə də bu növ özünü istəməyi məzəmmət etmək olmaz. Əksinə bu baxımdan yaxşı və bəyəniləndir. Çünki bu sifət həqiqətdə özünü sevmək deyil, Allahı istəməkdir. Bu, əvvəllər də qeyd olunmuşdu, gələcəkdə də onun barəsində bir az izah verəcəyik.

İnsan vücudunun digər mərhələsi isə onun heyvani “öz”üdür. O, bu mərhələdə eynilə bir heyvandır. Bütün heyvani qərizələrə, meyllərə və istəklərə malikdir. İnsan bu dünyada yaşayıb həyatını davam etdirmək üçün öz heyvani ehtiyaclarını ağlasığan həddə tə’min etməlidir. Bu cəhətdə heç bir qadağa və məzəmmət yoxdur. Lakin əsas və mühüm məsələ bədənə hakimiyyətin əqlin və mələkuti ruhun öhdəsinəmi, yoxsa nəfsi-əmmarənin və heyvani “öz”ün ixtiyarında olmasıdır.

Əgər əql və insani “öz” insana hakim olarsa heyvani nəfs və onun istəklərini mö’tədil vəziyyətə salar, hər bir şeyi fəzilətlərin və insani gözəlliklərin dirçəldilməsi, Allah dərgahına yaxınlaşmaq vasitəsi edər. Belə olan halda Allaha mənsub edilən insani “öz” ilkinliyə, əsalətə malik olur. Əsas hədəf də fəzilətlərin, əxlaqi gözəlliklərin dirçəldilməsi, Allah dərgahına yaxınlaşıb kamala yetməkdən ibarət olur. Heyvani ehtiyacların tə’min olunması isə ikinci dərəcəli yönə malik olur. Deməli, insanın özünü istəməsi, zatını əzizləyib sevməsi nəinki məzəmmət olunur, üstəlik bəyənilən və tə’riflənən bir xasiyyət hesab olunur.

Amma əgər nəfsi-əmmarə və heyvani «öz» bədənə hakim olarsa, əqli və insani «öz»ü məğlub edərək işdən kənarlaşdırır, bədən meydanında yeganə və yenilməz qəhrəmana çevrilir. Belə olan halda insan tədrici olaraq Allahdan və insani kamallardan uzaqlaşaraq heyvaniyyətin qaranlıq vadilərinə doğru süqut edir. Həqiqi “öz”ünü, yə’ni insaniyyətini unudur. İkinci dərəcəli yön olan heyvaniyyəti onun yerində oturdur. Məhz buna görə də bütün pisliklərin mənşəyi və özünü istəmək mə’nasına olan bu xislət bəyənilməzdir və həmişə məzəmmət olunur.

Özünü istəyən adam yalnız heyvani “öz”ünü istəyir. Onun bütün hərəkət, əməl, rəftar və danışıqlarında əsas hədəfi heyvani istəklərini və meyllərini tə’min etməkdir. O, özünü əməli olaraq bir heyvan hesab edir və həyatda heyvani istəklərin tə’min olunmasından başqa bir hədəfi güdmür. Alçaq heyvani hədəflərə nail olmaq üçün özünü azad hesab edir, hər bir yaramaz əmələ bəraət qazandıraraq görülməsinə icazə verir. Onun üçün yalnız bir şey müqəddəsdir - o da heyvani nəfsdir. Hər bir şeyi, hətta haqq-ədaləti belə özü üçün istəyir.

Elə bir ədalət ki, onun öz xeyrinə və istəklərini tə’min etmək istiqamətində olsun. Əgər onun zərərinə tamam olarsa belə, ədaləti istəməyib və onunla mübarizə aparmağa özünə haqq qazandırır. Hətta hökm və qanunları da öz ürəyi istədiyi kimi yozur, öz əməllərinə bəraət qazandırır. Yə’ni, ilkinliyi və əsaləti öz fikir və rə”ylərinə verir və din qayda-qanunlarını və hökmlərini onunla uyğunlaşdırır.

Özünü istəyən adam fəzilətlərdən, əxlaqi gözəlliklərdən və həqiqi kamallardan məhrumdur. O, dünyanın aldadıcı, süst və puç işlərinə, o cümlədən şan-şöhrət, cah-cəlal, məqampərəstlik, vəzifəpərəstlik, hərislik, tamahkarlıq, təkəbbür, rəyasət, yeyib-yatmaq, cinsi ləzzətlərdən faydalanmaq, əylənib özünü şad etmək kimi işlərə qurşanır, Allahı yad etməkdən, nəfsini təkamülə çatdırıb pərvəriş verməkdən qafil olur.

Özünü istəyən adam nəfsi-əmmarənin qarşısında müt’i olduğundan həyatında nəfsin istəklərini tə’min etməkdən və onu mümkün qədər razı salmaqdan başqa bir hədəfi olmadığından heyvani hədəflərə nail olmaq yolunda heç bir çirkin əməli əsirgəmir, hər bir çirkin işə də bəraət qazandırır. O, özünün heyvani hədəfləri yolunda zülm etməkdən, yalan danışmaq, töhmət vurmaq, və’dəsinə xilaf çıxmaq, yalandan bəzəmək, xəyanət və digər günahlardan imtina etmir. Deməli, özünü istəmək doğrudan da bütün fəsadların mənşəyidir; o, hər bir çirkin əməli başqa yerə yozub görülməsinə icazə verir. Hətta demək olar ki, hər bir günah həqiqətdə bir növ müxtəlif surətlərdə zahir olan özünü istəməkdir.

Məsələn, zülm etmək, başqalarının hüququnu tapdalamaq özünü istəməkdən başqa bir şey deyildir. Həmçinin yalan danşmaq, qeybət etmək, yaramaz sözlər danışmaq, eyb axtarmaq, fəsad törətmək, intiqamçılıq eynilə özünü istəmək rəzil sifətidir ki, qeyd olunan surətlərdə cilvələnmişdir.
Özünü istəməyin müxtəlif dərəcə və mərhələləri vardır. Onun ən yüksək mərhələsi özünəpərəstişdən ibarətdir. Əgər bu çirkin xislətlə mübarizə aparılmazsa tədricən bu xüsusiyyət şiddətlənib elə bir həddə çatır ki, nəfsi-əmmarəni mə’bud və itaəti vacib olan bir şey qərar verir, öz istəklərinə müt’i olub pərəstiş etmə həddinə çatdırır. Allah-təala belə şəxslər barəsində buyurur: “Mə’budunu öz həvayi-nəfsi qərar verən şəxsi görmədinmi?

Məgər ibadətin, şəxsin öz mə”budunun qarşısında zəlillik göstərməsi, heç bir qeyd-şərt olmadan onun fərmanlarına tabe olmasından başqa bir mə’nası vardırmı? Özünü istəyən adam da belədir, çünki o, öz nəfsinə itaət etməyi vacib hesab edir. Onun qarşısında zəlillik göstərir. Qeyd-şərt olmadan fərmanlarına itaət edir. Deməli, özünü istəyən şəxs həqiqi mə’nada müvəhhid ola bilməz.

Özünü istəmək bütün fəsadların mənşəyidir


Geri dön

solnuska

  • 11 fevral 2013 13:23
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
twk xebere gore....

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 11 fevral 2013 08:18
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Xebere gore Allah razi olsun..

--------------------


B_L_A_T_N_O_Y

  • 11 fevral 2013 01:16
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
Özünü istəməyin müxtəlif dərəcə və mərhələləri vardır. Onun ən yüksək mərhələsi özünəpərəstişdən ibarətdir. Əgər bu çirkin xislətlə mübarizə aparılmazsa tədricən bu xüsusiyyət şiddətlənib elə bir həddə çatır ki, nəfsi-əmmarəni mə’bud və itaəti vacib olan bir şey qərar verir, öz istəklərinə müt’i olub pərəstiş etmə həddinə çatdırır. Allah-təala belə şəxslər barəsində buyurur: “Mə’budunu öz həvayi-nəfsi qərar verən şəxsi görmədinmi?”

so_sad

  • 10 fevral 2013 18:41
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 10 fevral 2013 18:39
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

sevgi dushmeni

  • 10 fevral 2013 17:00
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
ALLAH senden razi olsun biricik

--------------------

_trickster_

  • 10 fevral 2013 16:26
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
İnsan vücudunun digər mərhələsi isə onun heyvani “öz”üdür. O, bu mərhələdə eynilə bir heyvandır. belay

--------------------

мυsLiмαηκα

  • 10 fevral 2013 16:08
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun

classic_guiter_girl

  • 10 fevral 2013 16:01
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsunnn

DraGoN_AnGeL

  • 10 fevral 2013 13:52
  • Məqalə: 0
  • Şərh: 370
  • Bal:
{awards}
Allah razı olsun

_Fatya_

  • 10 fevral 2013 13:33
  • Məqalə: 0
  • Şərh: 773
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥ В жизни есть только одно счастье - любить и быть любимым ♥

Banned1

  • 10 fevral 2013 12:53
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLAH razi olsun..

surawka

  • 10 fevral 2013 12:36
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
“Mə’budunu öz həvayi-nəfsi qərar verən şəxsi görmədinmi?”

seva20

  • 10 fevral 2013 12:32
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
ALLAH razi olsun sizden cox sagolun gozel melumat ucun

_favorit_arkadas

  • 10 fevral 2013 12:27
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Nu Nu

  • 10 fevral 2013 12:25
  • Məqalə: 7
  • Şərh: 1079
  • Bal:
{awards}
Deməli, özünü istəyən şəxs həqiqi mə’nada müvəhhid ola bilməz.

ღLovelyღ

  • 10 fevral 2013 12:06
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Bilməliyik ki, hər bir canlı varlıq özünün zatına, sifətlərinə, təsirlərinə, fe’l və kamallarına məhəbbət bəsləyir. Yə’ni, təbii olaraq özünü sevir. Deməli, özünü sevməyi külli şəkildə məzəmmət etmək olmaz və bu barədə əlavə izaha ehtiyac duyulur.

ღ★ Firuzə ★ღ

  • 10 fevral 2013 12:02
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Məgər ibadətin, şəxsin öz mə”budunun qarşısında zəlillik göstərməsi, heç bir qeyd-şərt olmadan onun fərmanlarına tabe olmasından başqa bir mə’nası vardırmı? Özünü istəyən adam da belədir, çünki o, öz nəfsinə itaət etməyi vacib hesab edir. Onun qarşısında zəlillik göstərir. Qeyd-şərt olmadan fərmanlarına itaət edir. Deməli, özünü istəyən şəxs həqiqi mə’nada müvəhhid ola bilməz.

--------------------

seher kuleyi

  • 10 fevral 2013 11:58
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
ALLAH razi olsun

ღ★Diamond★ღ

  • 10 fevral 2013 11:32
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
insanın iki vücud mərhələsi vardır; insani “öz” və heyvani “öz”

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 10 fevral 2013 11:20
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Teshekkurler

--------------------

::KraSaV4iK::

  • 10 fevral 2013 11:16
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
Amma əgər nəfsi-əmmarə və heyvani «öz» bədənə hakim olarsa, əqli və insani «öz»ü məğlub edərək işdən kənarlaşdırır, bədən meydanında yeganə və yenilməz qəhrəmana çevrilir. Belə olan halda insan tədrici olaraq Allahdan və insani kamallardan uzaqlaşaraq heyvaniyyətin qaranlıq vadilərinə doğru süqut edir. Həqiqi “öz”ünü, yə’ni insaniyyətini unudur. İkinci dərəcəli yön olan heyvaniyyəti onun yerində oturdur. Məhz buna görə də bütün pisliklərin mənşəyi və özünü istəmək mə’nasına olan bu xislət bəyənilməzdir və həmişə məzəmmət olunur.

--------------------

Shokoladka

  • 10 fevral 2013 10:37
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


KymaR_

  • 10 fevral 2013 08:52
  • Məqalə: 19
  • Şərh: 506
  • Bal:
{awards}
Tesekkur Allah haminin komeyi olsun Amin

--------------------
.................
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 45
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}