Həyatı düşünərkən

 
Həyatı düşünərkən

Həyat axınına alıb bizi bir yerlərə sürükləyərkən nələri yaşayırıq, nələri görürük, nələri duyuruq, nələri itiririk deyə düşünə bilmirik o ani axının surəti ilə.
Bəzən etdiklərimizin səbəbini anlamırıq. Bir şeyləri cox arzulayırıq, həmişə sahib olmaq üçün dualar tökürük, əldə etdiyimiz an dünyanın ən xoşbəxt insanı olacağımızı düşünürük. Gerçəkləşəcəyi günü gözləyirik ürək çırpıntıları ilə...
Bəzən zaman durur. Bəzən yoruluruq. Bəzən zamanın saxta oyunları içinə düşürük. Bir anlığa bu sevincin coşğusu ilə duyğulanırıq. Sonra... hər şey yox olur. Itir. Gedir.
Və bir gün arzuladığımız, xəyallarını qurduğumuz şey real olur. Bir anlığa belə olsa buludların arasına qaldırır bizi, cənnəti yaşadır. Ən dəhşətlisi isə sahib olduğumuz şeyə doya bilmədən itiririk. O an ürəkdə qopan tufan, qasırğa bir müddət qabaq keçirdiyin sevinci yox edir.
Əriyirsən, yox olursan. Amma o yoxluğu başa düşmürsən. Səbəb axtarırsan, məqsəd axtarırsan tapa bilmirsən.
Hər şey belə davam edir. Günlər bir-birini qovalayır. Yenə zamanın surəti ilə sürüklənən həyat xatirələri axınına alıb aparır. Selini gətirir odunu sondürür, unutdurur yanğınını, dərdini. Amma közərtisini qoyur ürəyində.
Görən necə yaşayırıq bir gün hər şeyin bitəcəyini bilə-bilə? Görən həqiqətənmi bir dəfə ölürük, hər dəfə itirdiyimiz şeylərdə varlığımızın zərrə-zərrə yox olduğunu bilə-bilə?
Insan dediyin nə usanmaz şeydir ki, hər zaman arzulayır, umid bəsləyir, röyalarda uçur, xəyallara dalır gerçəkləşməyəcəyini bilə-bilə?
Mən həyatı düşünürəm həyat məni yorur, varlığı düşünürəm varlıq məni çıxılmazın içinə salır, yoxluğu düşünürəm hər düşündüyümdə varlığımı məndən alır!
Yenə qalıram DÜŞÜNCƏLƏR + REALLIQLAR = SIFIR
Heç bir nəticə ala bilmirəm sıfır, sıfır,sıfır......

Fikirləriniz...


Geri dön

_M_E_H_I_

  • 20 dekabr 2010 23:38
  • Məqalə: 161
  • Şərh: 113
  • Bal:
Deymez.Sizlerde cox sag olun

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

OK

  • 20 dekabr 2010 21:42
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Sergio Ramos

  • 20 dekabr 2010 19:55
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
xəbərə görə sənə təşəkkürümü bildirirəm

--------------------

only-girl

  • 20 dekabr 2010 18:11
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
cox sagol smile

--------------------

Ulya

  • 20 dekabr 2010 18:06
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol yaziya gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 43

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}