Qurani Kərim 4. Nisa ('Qadınlar') surəsi (40-60 a.y)

 
Qurani Kərim 4. Nisa ('Qadınlar') surəsi (40-60 a.y)

41. Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?
فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا

42. Küfr edib Peyğəmbərə asi olanlar o gün yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər.
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا

43. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, - yolda olan müsafirlər istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَىٰ حَتَّىٰ تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا ۚ وَإِنْ كُنْتُمْ مَرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

44. Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də doğru yoldan azdırmaq istəyirlər?
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَنْ تَضِلُّوا السَّبِيلَ

45. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!
وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ ۚ وَكَفَىٰ بِاللَّهِ وَلِيًّا وَكَفَىٰ بِاللَّهِ نَصِيرًا

46. Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və asi olduq!", "eşidilməyəni eşit!", "bizə qayğı göstər!"- deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik!", "eşit!", "bizə nəzər yetir!"- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
مِنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَيْرًا لَهُمْ وَأَقْوَمَ وَلَٰكِنْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا

47. Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.
يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِمَا مَعَكُمْ مِنْ قَبْلِ أَنْ نَطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا

8. Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا

49. Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki lif qədər haqsızlıq edilməz.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنْفُسَهُمْ ۚ بَلِ اللَّهُ يُزَكِّي مَنْ يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا

50. Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah sayılmaq üçün kifayət edər!
انْظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَكَفَىٰ بِهِ إِثْمًا مُبِينًا

51. Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar"- deyirlər.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَٰؤُلَاءِ أَهْدَىٰ مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا

52. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.
أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ ۖ وَمَنْ يَلْعَنِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ نَصِيرًا

53. Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.
أَمْ لَهُمْ نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذًا لَا يُؤْتُونَ النَّاسَ نَقِيرًا

54. Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۖ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا

55. Onlardan kimi Muhəmmədə iman gətirdi, kimi də ondan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir.
فَمِنْهُمْ مَنْ آمَنَ بِهِ وَمِنْهُمْ مَنْ صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا

56. Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ ۗ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا

57. İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا

58. Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.
إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا

59. Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ۖ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

60. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا


Geri dön

B_L_A_T_N_O_Y

  • 11 fevral 2013 16:51
  • Məqalə: 3
  • Şərh: 2911
  • Bal:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا

solnuska

  • 11 fevral 2013 13:12
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, - yolda olan müsafirlər istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 11 fevral 2013 02:13
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun baci.

--------------------


B_L_A_T_N_O_Y

  • 11 fevral 2013 01:05
  • Məqalə: 3
  • Şərh: 2911
  • Bal:
{awards}
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.
إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا

surawka

  • 10 fevral 2013 22:04
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
Təşəkkürlər canım,Allah razı olsun....

angeL :)

  • 10 fevral 2013 20:14
  • Məqalə: 39
  • Şərh: 2187
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

leylinin mecnunu

  • 10 fevral 2013 19:50
  • Məqalə: 7
  • Şərh: 391
  • Bal:
{awards}
tewekuller

--------------------
занят

so_sad

  • 10 fevral 2013 18:59
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
44. Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də doğru yoldan azdırmaq istəyirlər?
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَنْ تَضِلُّوا السَّبِيلَ

Allah_Bendesi

  • 10 fevral 2013 18:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
42. Küfr edib Peyğəmbərə asi olanlar o gün yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər.
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا


Allah razı olsun !

solnuska

  • 10 fevral 2013 18:25
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

LEGEND 18

  • 10 fevral 2013 17:40
  • Məqalə: 0
  • Şərh: 261
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ucuz insanlarla bahali gorunmeyin senlik deyil.Onlarin gunahidir.Unutma ki,insan anlayana cox,anlamayana eskik goruner.

Gun_el

  • 10 fevral 2013 17:11
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
. Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

--------------------


seva20

  • 10 fevral 2013 17:05
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
ALLAH razi olsun sizden cox sagolun

Gun_el

  • 10 fevral 2013 17:00
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!
. Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

--------------------


ShoKKi_MoKKi

  • 10 fevral 2013 16:21
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

_Fatya_

  • 10 fevral 2013 16:19
  • Məqalə: 0
  • Şərh: 731
  • Bal:
{awards}
tsHk..leeeeer

--------------------
♥ В жизни есть только одно счастье - любить и быть любимым ♥

evil_angel

  • 10 fevral 2013 16:14
  • Məqalə: 56
  • Şərh: 1162
  • Bal:
{awards}
Təşəkkürlər canım,Allah razı olsun....

--------------------

sevgi dushmeni

  • 10 fevral 2013 16:12
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
ALLAH razi olsun enigmatic girl senden ellerine salik

--------------------

Rumeyya

  • 10 fevral 2013 16:10
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
Elehemdulillah...coooox sagolun

--------------------
Ani Yasa...Ama Guzel Yasa...))))))

Shokoladka

  • 10 fevral 2013 16:04
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun baci ..

--------------------


love time

  • 10 fevral 2013 16:04
  • Məqalə: 34
  • Şərh: 727
  • Bal:
{awards}
allahrazi olsun

--------------------

ღLovelyღ

  • 10 fevral 2013 15:58
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.

_trickster_

  • 10 fevral 2013 15:52
  • Məqalə: 39
  • Şərh: 2683
  • Bal:
{awards}
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.

--------------------

::KraSaV4iK::

  • 10 fevral 2013 15:30
  • Məqalə: 49
  • Şərh: 2137
  • Bal:
{awards}

41. Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?

فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا

--------------------

leyluwka_20

  • 10 fevral 2013 15:23
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
46. Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və asi olduq!", "eşidilməyəni eşit!", "bizə qayğı göstər!"- deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik!", "eşit!", "bizə nəzər yetir!"- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

--------------------

DraGoN_AnGeL

  • 10 fevral 2013 15:21
  • Məqalə: 0
  • Şərh: 365
  • Bal:
{awards}
Sitat: Liebe
ALLAH razi olsun

Gül Əliyeva

  • 10 fevral 2013 15:18
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Dini movzulara gore twkler

Silent_ Night

  • 10 fevral 2013 15:15
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

мυsLiмαηκα

  • 10 fevral 2013 15:11
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
42. Küfr edib Peyğəmbərə asi olanlar o gün yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər.
يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا

tek oglan

  • 10 fevral 2013 15:02
  • Məqalə: 6
  • Şərh: 243
  • Bal:
{awards}
44. Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də doğru yoldan azdırmaq istəyirlər?

--------------------
Eslinde her insan bir romandir ve bir az qehremandir.Gun geler anlayar ki,xerclediyi tek wey xeyallari deyil,zamandır.......
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 68

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}