Aforizmlər

 
Aforizmlər

*Insanda bir ət parçası var ki, bədənə bir damarla bağlanmışdır. Bu ürəkdir – və çox təəccüblü bir üzvdür.

Onun hikmətə aid və zidd şeyləri vardır. O, ümidə qapılsa, tamah onu alçaldar.

Ümidsizliyə düşsə, kədər məhv edər onu. Xoşnud olsa, qorunmağı unudar.

Qorxuya düşsə qorunmağa başlar. Təhlükə sovuşanda qəflətə düşər.

Bir müsibətə uğrayanda qərarsız bir hala gələr.

Bir mal tapdımı, zənginlik onu azdırar.

Yoxsulluq onu çulğayanda bəlaya düçar olar. Aclığa düşəndə zəiflik

onu çökdürər, toxluq edəndə mədə dolğunluğundan narahat olar.

Hər xüsusda geri qalmaq ona zərər yetirər, hər işdə irəli getmək onun halını pozar.

Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin;

düşməninlə də ehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun.

*Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır,

meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə mənadır;

bəzəyi – biçimli söylənməsidir; düzgünlüyü isə doğruluğundadır.

*Ən aciz şəxs insanlar arasında dostu olmayandır;

onlardan da acizi dostu olub onu itirənlərdir.

*Üstün olmaq ehtiyata əməl etməklə olur.

Ehtiyata əməl etməksə düşünüb-daşınmaqla olur.

*Düşünüb-daşınmaq da sirləri gizləməkdədir.

*Səbr iki cürdür: istəmədiyin, xoşlamadığın şeyə səbr etmək;

sevdiyin, dilədiyin şeyə səbr etmək.

AforizmlərAforizmlərAforizmlər

*Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar.

*Hər sayılan bitər, hər gözlənən çatar.

*Dostunu, qardaşını üç halda qorumasan, tam dost ola bilməz:

düşkünlük vaxtı, özü olmayanda, ölümündən sonra.

*Dörd şey verilənə dörd şey haram olmaz:

dua edən duasının icabətindən (qəbul olunacağından),

tövbə edən tövbəsinin qəbulundan, günahının bağışlanmasını istəyən

onun bağışlanacağından, şükr etməyə fürsət tapan nemətin

çox olmasından məhrum olmaz.

Insan öz dilinin altında gizlənmişdir.

*Qədrini (həddini) bilməyən şəxs məhv olar.

AforizmlərAforizmlərAforizmlər

*Hər kəs üçün şirin, acı bir son vardır.

*Hər gəlib çatan dönüb gedər, hər dönüb gedən gəlməmişə, olmamışa dönər.

*Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar.

*Gözü açıq olana sabah açılmışdır.

*Ey Adəm oğlu, ehtiyacından artıq qazandığın şeyi başqası üçün yığırsan.

Kim həya libasına bürünsə, xalq onun ayıblarını görməz.

Sənin haqqında yaxşı zənndə olanın zənnini gerçəkləşdir.

Xainlərə vəfa etmək Allaha xəyanətdir.

Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz.

AforizmlərAforizmlərAforizmlər

*Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır;

fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur.

*Daş haradan atılıbsa oraya tullayın: çünki şəri şər aparar.

*Günaha bataraq üstünlük qazanan, üstünlük əldə etməmişdir;

o, şərlə ucalan zəlalətə düşmüşdür.

*Hər şəxsin malına iki ortaq vardır: mirası və zəmanə.

*Şiddət son dərəcəyə çatanda fərəhli anlar başlar.

Bəla həlqələri daralanda genişlik üzə çıxar.

*Xeyiri azaltmayın, kiçiltməyin, çünki onun kiçiyi də böyükdür, azı da çoxdur.

*Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir.

*Şəhərlərin ən xeyirlisi güzəranını keçirə bildiyindir.

*Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın.

*Şəhvətə qul olan, pulla alınan kölədən, quldan da aşağıdır.

*Abırlı olmağın ən ucası insanın özü özündən utanmasıdır.

AforizmlərAforizmlərAforizmlər

*Elə qan var ki onu dil tökər.

*Insanın dili olmasa, insan söz söyləməsə, surətə bürünmüş bir varlıqdan,

yaxud başı açıq buraxılmış otlayan bir heyvandan onun fərqi varmı?

*Birinin əleyhinə söylənən sözü dinləyən o sözü söyləyən kimidir.

*Allahın sənə verdiyi nemətləri itirmə,

Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.

*Savaşda birisini savaşmağa çağırma, fəqət səni çağıran olsa, get:

çün, savaşa çağıran asidir, asininsə öldürülməsi gərəkdir.

AforizmlərAforizmlərAforizmlər

A*ranızdan biri bəyəndiyi, xoşladığı qadına baxınca getsin, öz zövcəsinə yaxınlaşsın;

bu da qadındır, o da. (Əshabı ilə otururdu, gözəl bir qadın keçdi,

hamının gözü o qadına dikildi; bunu görüb dedi.)

*Bu insana təəccüblənirəm: bir yağ parçası ilə görür, bir ət parçası ilə söyləyir,

bir sümüklə doyur, bir dəliklə nəfəs alır.

*Öl, ancaq alçalma, aza kifayətlən, abrını tökmə.

*Çalışıb bir şey əldə edə bilməyən şəxs oturmaqla heç bir şey qazana bilməz.

*Sənə rəğbət və məhəbbəti olan şəxsə rəğbət bəsləməməyin nəsibi

nöqsana düşməkdir. Səndən xoşu gəlməyənə rəğbət göstərməyin isə alçalmaqdır.

*Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən

kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et.

AforizmlərAforizmlərAforizmlər

*Bir evdəki qəsb edilmiş tək bircə daş o evin dağılması üçün bəsdir.

*Elə qadınlarla izdivac edin ki, gözləri iri, əlinin içi böyük, buğdayı rəngli,

ortaboylu olsun. Əgər bu cür qadını seçdiyiniz zaman (ondan)

razı olmasanız, onun mehriyyəsi mənim boynuma.

*On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir;

on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir.


Geri dön

milana-023

  • 24 fevral 2011 11:03
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
tesekkur barmaqlariniza sagliq.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

AYSU_A

  • 27 dekabr 2010 14:22
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
maraxli idi beyebdim tewekur

--------------------
XEYYALARIM.................

Sergio Ramos

  • 22 dekabr 2010 01:48
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

фея

  • 21 dekabr 2010 22:04
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
*Daş haradan atılıbsa oraya tullayın: çünki şəri şər aparar.
cox xosuma geldi hamisi

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

MinawkA

  • 21 dekabr 2010 21:31
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
aforiz,leri cox sevirem,twk.. winked


--------------------
herkese inanmamagi heyat oyretdi..

Ulya

  • 21 dekabr 2010 18:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
gozel sozlerdi.tesekkurler

only-girl

  • 21 dekabr 2010 18:32
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}