Azərbaycan əsilli futbolçu ermənistan yığmasında oynayacaq

 
Azərbaycan əsilli futbolçu ermənistan yığmasında oynayacaq

Ermənistan yığması öz heyətinə Azərbaycan əsilli, ancaq özünü azərbaycanlı hesab etməyən yeni oyunçu daxil edib.

Bu, anası erməni, atası azərbaycanlı olan Norayr Məmmədov adlı futbolçudur.

Evlilikdən sonra Məmmədov arvadının Aslanyan soyadını götürüb və hal-hazırda Aslanyan-Məmmədov soyadı altında çıxış edir. 21 yaşlı futbolçu Hollandiyanın 2-ci divizionundan “Emmen” klubunda oynayır.

Mən Ermənistanın milli yığmasından dəvət aldım. Ermənistan yığmasında çıxış etmək mənim arzumdur” – deyə Norayr Aslanyan-Məmmədov Ermənistan KİV-lərinə bildirib. “Sənədlərlə bağlı bütün məsələlər həll olunub və fevralın 3-ü mən Fransaya yola düşəcəm, orada isə Ermənistan yığmasına qoşulacam. Aslanyan soyadını arvadımın soyadı olduğuna görə götürmüşəm. O, Avropada yaşayan ermənidir. Biz burada tanış olmuşuq”, - deyə o bildirib.

Qeyd edək ki, Norayr Məmmədov 1991-ci il martın 25-də Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Qaraunc kəndində anadan olub. Sonradan ailəsi Avropaya köçüb. Məmmədovun uşaq yaşlarından Hollandiyada yaşamasına baxmayaraq, onun sözlərinə görə ailədə erməni dilində danışırlar.
Ermənistan KİV-lərinin verdiyi məlumata görə, futbolçunun anası erməni, atası isə azərbaycanlıdır. Hal-hazırda Məmmədovun atası Bakıda yaşayır.

Bununla belə, “Armfutbol”-a müsahibəsində Norayr Məmmədov-Aslanyan qeyd edir: “Mənim anam da, atam da ermənidir. Təbii ki, mən də xalis erməniyəm və bununla da fəxr edirəm”.

Görünür, futbolçu atasının erməni olduğunu bildirərkən anasının 2-ci ərini nəzərdə tutur.

Azərbaycan əsilli futbolçu ermənistan yığmasında oynayacaq


Geri dön

Online

İstifadəçilər: 1
Qonaqlar: 54
Cəmi: 68

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}