Çində Effektiv “Günəş Kondisioneri” Təqdim Edilmişdir

 
Çində Effektiv “Günəş Kondisioneri” Təqdim Edilmişdir

2010-cu ilin sentyabr ayının ortalarında Çində günəş enerjisi ilə işləyən kondisioner sistemlərinə həsr edilmiş beynəlxalq forum keçirilmişdir. Forum zamanı Shandong Vicot Air Conditioning şirkəti dünyanın birbaşa günəş enerjisi ilə işləyən ilk avtonom kondisionerini təqdim etmişdir.

Konfransda iştirak edən ekspert və alimlər birmənalı olaraq Vicot-un istehsalı olan bu məhsulun Çinin günəş enerjisi (solar) texnologiyaları sektorunda böyük innovasiya olduğunu vurğulamışlar.

Çin Günəş Enerjisi Texnologiyaları Bazarında Birincidir

Qeyd edək ki, 2020-ci ildə Çində istifadə olunan enerjinin cəmisi 15%-i ətraf mühitə zərər vurmayan enerji mənbələrinin payına düşəcək. Buna rəğmən, Çin günəş enerjisi əsasında işləyən məhsulların istehsalı və istehlakı üzrə artıq bütün dünyada birincidir. Ümumi bazarın 76%-i məhz onun payına düşür.

Bu sektorda çalışan 5000-dən çox Çin şirkəti günəş enerjisi ilə qidalanan suqızdırıcı sistemlər istehsal edir.

İnnovativ Sistem Günəş Enerjisindən 27 Dəfə Daha Səmərəli İstifadə Edir

Vicot şirkətinin təqdim etdiyi kondisioner sistemi günəş enerjisi əsasında işləyən ənənəvi suqızdırıcı texnologiyaları hər cəhətdən geridə qoyur. Faktiki olaraq, bu innovativ sistem Çində geniş yayılmış digər analoji məhsullarla müqayisədə, günəş enerjisindən 27 dəfə daha səmərəli istifadə edir. Əlavə enerji mənbəyi kimi isə təbii qazdan istifadə edərək, bu sistem 24 saat ərzində suyu qızdıra, soyuda və isti su təmin edə bilər.

Sistem Amerika və Çin Alimləri Tərəfindən Hazırlanmışdır

Bu effektiv texnologiya Amerika və Çin alim və mühəndisləri tərəfindən 3 il ərzində işlənib hazırlanmışdır. Müəlliflər vurğulayırlar ki, məhsul 3.5 il ərzində istifadə edildiyi müddət ərzində ona qoyulmuş ilkin xərc çıxır. Bir sözlə, çox ucuz başa gələn bu tip kondisioner sistemi hər kəsə öz büdcəsinə qənaət etməyə imkan verəcək.


Geri dön

Ulya

  • 21 dekabr 2010 13:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol

Made_In_Bakinka

  • 21 dekabr 2010 00:55
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
esssi olardan ne desen cixir...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 30
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}