Meksikalı arxeoloqlar paytaxt yaxınlığındakı Teotiuakanda məşhur Günəş piramidasında hinduların qədim Tanrısının heykəlini tapıblar. RİA “Novosti” Meksikanın Milli Antropologiya Muzeyinə istinadən xəbər verir ki, hindular bunu Ueueteotlya – ən qədim od və ev ocağı Tanrısı hesab edirdilər.
Heykəl piramidanın ən yüksək nöqtəsində – 66 metr hündürlükdə düzəldilib. Tapılmış heykəl buna qədər tədqiqatlar zamanı üzə çıxarılmış Ueueteotlyanın digər formalarından ən möhtəşəmi və böyüyüdür.
Tədqiqatçılar hələ də bu heykəlin hansı formada həmin yerdə peyda olmasını elmi baxımdan açıqlaya bilmirlər. Lakin hipotezlərdən birinə görə, Günəş piramidasının ən hündür yerində V əsrin sonu VI əsrin əvvəllərində Tanrının formasını əks etdirən məbəd yerləşirdi. Həmin məbəd məhz, teotiuakanlar tərəfindən dağıdılmışdı. Hazırda tapılmış dəyərli arxeoloji abidə də boş piramidanın içərisində düzəldildiyindən əsrlər boyu ətrafdan gizli qala bilib.