Allahı sevmək sevgilərin ən ucasıdır!

 
Allahı sevmək sevgilərin ən ucasıdır!

Allahu Təala Qurani Kərimdə bəlli olan nurlu tərəfləri ilə tanınır. O, aləmlərin Rəbbidir. Bütün aləmi yaradan və yaşadan Odur. Ondan başqa yaradıcı yoxdur. Hər şeyi görən və eşidəndir. Günahlarımızı mərhəməti ilə əhv edəndir. Hər şeyə gücü yetər. Rəhmandır, Rəhimdir!

Hər şeydə bizə örnək olan Peyğəmbərimiz (s. a. s.) Allahı sevməkdə də bizə ən gözəl örnəkdir. Əgər Peyğəmbərimizin (s. a. s.) həyatı ilə, onun yaşam tərzi ilə daha yaxından tanış olsaq, onun Allahı nə qədər dərin məhəbbətlə sevdiyini görərik.

Allah sevgisi insanı Allaha yaxınlaşdırar və onun rizasını qazanmağa səbəb olar. Hədislərdə birində Peyğəmbərimizin (s. a. s.) belə buyurduğu rəvayət olunur: "Davudun (s. a.) dualarından biri belə idi: Allahım, səndən sənin sevgini və səni sevənləri sevməyi, məni sənin sevginə çatdıracaq əməlləri diləyirəm. Allahım sənə olan sevgimi, nəfsimdən və soyuq sudan daha sevimli et".

Peyğəmbərimiz (s. a. s.) Allahı çox sevər və ona ibadət etməkdən böyük xoşbəxtlik duyardı. Rəvayətlərə görə Rasulullah (s. a. s.) gecə namazlarını o qədər qılardı ki, ayaqları şişərdi. Aişə (r. a.) Peyğəmbərə (s. a. s.) deyərdi: "Ey Allahın elçisi, axı sənin keçmiş və gələcək günahların bağışlanıb". O isə belə cavab verərdi: "Bəs mən şükür edən qul olmayımmı?"

Daha bir misal çəkim. Peyğəmbərimizin (s. a. s.) bu yalvarışı onun Rəbbimizə olan dərin sevgisindən açıq-aşkar xəbər verir. İbni Abbasdan belə rəvayət olunur ki, Peyğəmbərimiz (s. a. s.) gecə namazına duranda belə yalvararmış: "Allahım, həmd Sənə məxsusdur! Göyün, yerin və onların içindəkilərin nurusan. Göyləri və yeri əmrinlə tutan Sənsən. Həmd Sənə məxsusdur! Allahım mən Sənə təslim oldum, Sənə inandım, Sənə güvəndim, Sənə sığındım. Sənə güvənərək mücadilə edirəm. Düşmənimlə aramda yalnız Sənin hakimliyinə güvənirəm. Mənim keçmiş və gələcək, bildiyim və bilmədiyim günahlarımı bağışla!"

Göründüyü kimi Peyğəmbərimiz (s. a. s.) gecə yuxu və istirahətini fəda edərək qalxır və səssizlik içində namaz qılır və sonunda Allaha əl açaraq yalvarırdı.

Ömər b. əl-Xattabdan (r. a) rəvayət olunmuşdur ki: "Peyğəmbərimizin (s. a. s.) hüzuruna Havazin qəbiləsidən bir dəstə əsirlər gəlmişdi. Bunların içində uşağını itirmiş əmzikli bir qadın vardı. O köksündə yığılmış südü əsirlərin ac uşaqlarına verirdi. Bu qadın əsirlər arasında öz körpəsini tapınca, həmin an onu bağrına basdı və dərin sevgiylə körpəsinə süd verməyə başladı. Bu uca sevgi və şəfqəti görüncə Peyğəmbərimiz (s. a. s.) buyurdu: "Bu qadının öz əlləri ilə körpəsini oda atacağını ehtimal edirsinizmi?"

Biz dedik: "Xeyr, bacardığı qədər atmaz".

Bunun üzərinə Peyğəmbərimiz (s. a. s.) dedi: "Allahu Təala öz qullarına bu qadının körpəsinə olan sevgi və şəfqətindən daha mərhəmətli və şəfqətlidir!"

Bir gün səhabələrdən biri Rasulullahın (s. a. s.) yanına gəlib belə bir hadisəni nəql etdi: "Bir yuvanın içində bir neçə quş balası gördüm. Onları götürüb səbətimin içərisinə qoydum. Bir az sonra anaları gəldi. Səbətimin üzərində fırlanıb durdu. Mən səbətimi açan kimi o da balalarının yanına girdi". Peyğəmbərimiz (s. a. s.) bu hadisəni dinlədikdən sonra dedi: "Analığın şəfqətinə heyrətmi edirsiniz?! Məni göndərən Allaha and içirəm ki, Allahu Təala qullarını bir ananın balasını sevdiyindən daha çox sevir".

Allahı kim sevir sizcə?

Təbii ki, onu tanıyan və ona inan kimsə sevər. Könlündə Allah sevgisi yer etmiş kimsələr hər yerdə, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq onu xatırlayarlar. Ona sığınarlar.

Nə qədər ki, qəlbinizdə Yaradanınıza qarşı hiss etdiyiniz dərin və uca eşqiniz olacaqdır, o zamana kimi siz yalnız onun Nurlu nəzərində olacaqsınız inşAllah.

Əl-Bəqərə surəsinin 152-ci ayəsində Uca Allah belə buyurmuşdur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!"

Başqa bir hədisdə Peyğəmbərimizin (s. a. s.) buyurduğu rəvayət olunur: "Allahı qoru ki, onu öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) günündə yada salsın".

Burdan belə bəlli olur ki, Uca Rəbbimiz onu daha rahat bir şəkildə xatırlamağımıza rəğmən bizi daha sərt zamanlarda xatırlayar və hifz edər. Bu Onun necə dərin mərhəmət sahibi olmasının bariz nümunəsidir.


Geri dön

so_sad

  • 9 mart 2013 15:39
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
Peyğəmbərimiz (s. a. s.) Allahı çox sevər və ona ibadət etməkdən böyük xoşbəxtlik duyardı. Rəvayətlərə görə Rasulullah (s. a. s.) gecə namazlarını o qədər qılardı ki, ayaqları şişərdi. Aişə (r. a.) Peyğəmbərə (s. a. s.) deyərdi: "Ey Allahın elçisi, axı sənin keçmiş və gələcək günahların bağışlanıb". O isə belə cavab verərdi: "Bəs mən şükür edən qul olmayımmı?"

ZuZuM__

  • 4 mart 2013 19:39
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
twklerrrrrrrr

--------------------

love emo

  • 15 fevral 2013 19:11
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Cox sagolun ALLAH razi olsun..

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

surawka

  • 15 fevral 2013 14:27
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Tewekurler!!!

ASMIYA

  • 15 fevral 2013 02:11
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
ÇOX SAĞ OLUN. MİNNƏTDARAM...

--------------------


Shokoladka

  • 15 fevral 2013 01:49
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Duzdu..Allah razi olsun.

--------------------


_trickster_

  • 14 fevral 2013 20:12
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
Əl-Bəqərə surəsinin 152-ci ayəsində Uca Allah belə buyurmuşdur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!"

--------------------

NeskA96

  • 14 fevral 2013 20:05
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
ALLAHim mene sebr ver .........

ShoKKi_MoKKi

  • 14 fevral 2013 17:25
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Allahım, həmd Sənə məxsusdur! Göyün, yerin və onların içindəkilərin nurusan. Göyləri və yeri əmrinlə tutan Sənsən. Həmd Sənə məxsusdur! Allahım mən Sənə təslim oldum, Sənə inandım, Sənə güvəndim, Sənə sığındım. Sənə güvənərək mücadilə edirəm. Düşmənimlə aramda yalnız Sənin hakimliyinə güvənirəm. Mənim keçmiş və gələcək, bildiyim və bilmədiyim günahlarımı bağışla!"

ALLAH Razi OLsun....

--------------------

barsa yek

  • 14 fevral 2013 16:58
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
ALLAH razi olsun!!!

--------------------

::KraSaV4iK::

  • 14 fevral 2013 16:05
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

leylinin mecnunu

  • 14 fevral 2013 15:42
  • Məqalə: 7
  • Şərh: 413
  • Bal:
{awards}
tewekuller

--------------------
занят

solnuska

  • 14 fevral 2013 15:39
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Könlündə Allah sevgisi yer etmiş kimsələr hər yerdə, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq onu xatırlayarlar. Ona sığınarlar.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Silent_ Night

  • 14 fevral 2013 14:42
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

KymaR_

  • 14 fevral 2013 13:31
  • Məqalə: 19
  • Şərh: 506
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
.................

so_sad

  • 14 fevral 2013 13:04
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

мυsLiмαηκα

  • 14 fevral 2013 12:51
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun..

shop_050

  • 14 fevral 2013 12:24
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
Hər şeydə bizə örnək olan Peyğəmbərimiz (s. a. s.) Allahı sevməkdə də bizə ən gözəl örnəkdir...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

romantik_awk

  • 14 fevral 2013 12:15
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
Allahu Təala Qurani Kərimdə bəlli olan nurlu tərəfləri ilə tanınır. O, aləmlərin Rəbbidir. Bütün aləmi yaradan və yaşadan Odur. Ondan başqa yaradıcı yoxdur. Hər şeyi görən və eşidəndir. Günahlarımızı mərhəməti ilə əhv edəndir. Hər şeyə gücü yetər. Rəhmandır, Rəhimdir!

--------------------

Rumeyya

  • 14 fevral 2013 11:58
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
Elehemdulillah....Tebiki en boyuk Sevgi Allaha olan sevgidir...Tek Sevgilide Odur......

--------------------
Ani Yasa...Ama Guzel Yasa...))))))

ღLovelyღ

  • 14 fevral 2013 11:42
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Günay15

  • 14 fevral 2013 11:40
  • Məqalə: 17
  • Şərh: 433
  • Bal:
{awards}
Allah razı olsun

sebnem alizade

  • 14 fevral 2013 11:36
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.......

--------------------
Birdefe qirildimi guven ,,Bir daha duzelmez yeniden....

Nu Nu

  • 14 fevral 2013 11:30
  • Məqalə: 7
  • Şərh: 1079
  • Bal:
{awards}
i love Allah

✰Маша✰

  • 14 fevral 2013 10:43
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 14 fevral 2013 10:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Allahım, həmd Sənə məxsusdur! Göyün, yerin və onların içindəkilərin nurusan. Göyləri və yeri əmrinlə tutan Sənsən. Həmd Sənə məxsusdur! Allahım mən Sənə təslim oldum, Sənə inandım, Sənə güvəndim, Sənə sığındım. Sənə güvənərək mücadilə edirəm. Düşmənimlə aramda yalnız Sənin hakimliyinə güvənirəm. Mənim keçmiş və gələcək, bildiyim və bilmədiyim günahlarımı bağışla!"

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

N_GOKA

  • 14 fevral 2013 08:36
  • Məqalə: 3
  • Şərh: 349
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
SeNsIz Bu HeYaT MeNe HaRaMdIr
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 108

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}