Qrip ölkədə əməlli başlı artıb, amma

 
Qrip ölkədə əməlli başlı artıb, amma

“Xəstəlikdən başımı qaldıra bilmirdim, poliklinikaya zəng edib məsləhət almaq istədim.
Dedilər ki, ”sən bu gün qrip şikayəti ilə bağlı müraciət edən 37-ci adamsan. Vəziyyəti bilirik, bura gəlməyinə ehtiyac yoxdur". Bu sözləri deyən jurnalist həmkarlardan biri 10 gündür ki, qripdən əziyyət çəkir. İddia edir ki, şair demiş, bu qrip bir başqa qripdir. Tez-tez qalxıb-enən temperaturu, baş ağrıları, ağrıyan sümükləri və halsızlıq ona normal həyatına qayıtmağa imkan vermir.

Bu qış Bakıda qripdən əziyyət çəkənlərin əksəriyyəti vəziyyəti təxminən belə təsvir edir. Onların fikrincə, tutulduqları xəstəlik daha öncəkilərdən fərqli və güclüdür. Nə dərman xeyir edir, nə xalq təbabəti. Və bu da avtomatik ölkədə qripin yeni növünün aşkarlanması ilə bağlı tərəddüdləri artırır. “Olmaya "donuz qripi"dir” şübhələri paytaxt sakinlərinin dilindən tez-tez səslənir.

Xatırladaq ki, dünən Gürcüstanda "donuz qripi"ndən bir nəfərin dünyasını dəyişməsi barədə xəbər mediada yer alandan sonra təşviş daha da artdı.

Həkimlər bir qayda olaraq insanlara payız-qış mövsümündən əvvəl peyvənd məsləhət görürlər. Belə ki, mövsümün əvvəlində edilən peyvənd insanları payız-qış dövründə qripdən qoruya bilər. Ya da yoluxalarsa, xəstəliyi çox yüngül keçirirlər.

Həkimlər qrip virusunun 3 - A, B, C növlərinin olduğunu deyirlər. Onlardan ən təhlükəlisi A virusu sayılır. A virusu epidemiya, pandemiya yaradır. A qripi digər növlərdən fərqli olaraq, öz strukturunu tez-tez dəyişir, bir tipdən digərinə keçir. Amma B virusuna yoluxarkən qrip nisbətən sabit keçir. C isə ən yüngül qripdir və epidemiya yaratmır. Həkimlərin sözlərinə görə, insanların qripdən qorunması üçün əsas şərt immunitetin qaldırılması və geyimlərin mövsümə uyğun seçilməsidir. İmmuniteti qaldırmaq düzgün qidalanmadan keçir. Belə ki, rasiona göyərti - göy soğan, kahı, eləcə də nar, alma, portağal, limonlu çay daxildir.

Təcili yardım xəstəxanasına müraciət edənlərin sayı ikiqat artıb

Mövzu ilə bağlı öncə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası ilə əlaqə saxlayıb, son durumu öyrəndik. Xəstəxanadan əməkdaşımıza bildirdilər ki, son iki ayda onlara müraciət edənlərin, evə çağıranların, telefonla məsləhət alanların sayı ikiqat artıb. İnsanlar daha çox temperaturu aşağı salmaqda əziyyət çəkirlər: “Çünki indiki qriplərdə temperatur tez-tez oynayır. İnsanlar qusma, ürəkbulanmadan, sümük ağrılarından şikayətlənirlər. Ağırlaşma halları özünü tez-tez göstərir. Bundan başqa, indiki qriplər gec keçir. Çox adam hesab edir ki, bu, qarın yağmaması, mikrobların ölməməsi ilə bağlıdır. Bunun da rolu var”.

Xəstəxananın həkimləri onu da deyir ki, hazırda insanlar adi temperaturun salınması qaydalarından xəbərsizdir. Bəzən uşağın temperaturunun salınması saatlar çəkir və xəstələr bu məqsədlə onlara müraciət edir: “Qrip virusuna yoluxmuş şəxslərdə üç gün müddətində səbəbsiz 38-39 dərəcə hərarət müşahidə edilir. Bundan sonra xəstədə ya boğaz ağrısı, ya qusma, ya da öskürək əlamətləri müşahidə edilməyə başlayır. Öskürək quru şəkildə yeddi gün davam etdikdən sonra bəlğəmli öskürəyə çevrilir”.

İmkanı olan iynə, imkansızlar “toz” alır...

Bəs apteklərdə durum necədir? Əməkdaşımız reyd məqsədilə “Neftçilər” metrostansiyası həndəvərindəki bir neçə aptekə baş çəkib. Satıcılar əməkdaşımızla söhbətlərində bildiriblər ki, qriplə bağlı müraciət edən xəstələr 3 tipə bölünür: həb, iynə, dərman bitkiləri istəyənlər.

Tahirə Əhmədova adlı satıcının sözlərinə görə, antibiotik iynələrindən istifadə edənlərin sayında da artım var: “Boğaz ağrısı, sinənin tutulması, quru öskürək, baş ağrısı xəstələrin ən çox şikayət etdiyi fəsadlardır. Yeni qriplərin 3 gün kəskin mərhələsi olur. Ondan sonra özünü qoruyanlarda nisbi düzəlmə müşahidə olunur. Amma bu periodu geri qaytaranlar da var. Temperatur bir qayda olaraq 39-40 dərəcədən aşağı düşmür”.

Müsahibimiz insanların maddi durumuna uyğun olaraq müalicə tətbiq etdiklərini vurğuladı. Onun sözlərinə görə, antibiotiklər bahalı olduğu üçün heç də hər təbəqə onu ala bilmir: “Belə olanda xəstələr Rusiya istehsalı olan dərmanlara, xüsusən də tozlara keçirlər. Ən ucuz toz 50 qəpikdir. Antibiotiklərin isə qiyməti 40 qəpikdən başlayıb 9 manatadək artır”.

T.Əhmədova xəstələrin daha çox C vitamini istədiklərini vurğuladı: “Uşaqların xəstəliyi zamanı daha çox Nurafen(sirop), Anginovaq (sprey), Eraspal (sirop) alınır. Qrip xəstəliyi ağırlaşaraq uşaqlarda böyrək çatışmazlığı və qulağın zəif eşitməsi kimi fəsadlara gətirib çıxara bilir. Ona görə valideynlər uşaqlarına qripə yoluxmazdan əvvəl də profilaktik xarakterli tədbirlər görməlidirlər”.

Baş infeksionist və epidemioloq inkar edir: "bu, epidemiya deyil..."

Hazırda Azərbaycanda qrip xəstəliyi ilə bağlı təhlükəli vəziyyət yoxdur və əhali arasında müşahidə edilən qrip xəstəliyi epidemiya xarakterli deyil”. Bunu isə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev mediaya açıqlamasında deyib. Qrip xəstəliyi ilə əlaqədar əhalinin narahat olmasına əsas görməyən baş infeksionistin sözlərinə görə, hazırda insanlarda A qrupuna aid olan adi qrip forması müşahidə edilir. Bu infeksiya insanlara hava-damcı yolu ilə keçir.

İnstitut direktoru bildirib ki, builki payız-qış mövsümündə qripə yoluxanların sayı ötən ildəkindən azdır. Bunu daha çox havaların mülayim keçməsi ilə əlaqələndirən Namiq Əliyevin sözlərinə görə, bu il insanlarda müşahidə edilən qrip yüngül formada keçir. O bildirib ki, yalnız tək-tək hallarda qripin ağır forması müşahidə edilir. İnstitut direktoru əlavə edib ki, adətən vaksinlər insanların 5-6 ay qripə yoluxmasının qarşısını alır. Amma orqanizmin xüsusiyyətlərindən asılı olaraq, bəzi insanlara bu vaksinlər təsir etmir.

Ölkənin baş epidemioloqu İbadulla Ağayev də bildirib ki, Azərbaycanda qripin epidemiya həddinə çatması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Onun sözlərinə görə, “əhali arasında ölümcül qriplə bağlı yaranmış təşviş əsassızdır. Azərbaycanda bu günə kimi belə bir hal qeydə alınmayıb. Qripə yoluxmanın səviyyəsi nəzarətdə saxlanır. Sadəcə olaraq, əhali arasında boğaz və baş ağrıları, yüksək hərarət və ürəkbulanma ilə müşayiət olunan qrip xəstəliyi var və bu, mövsümlə bağlıdır. Məsləhət görürəm ki, qripə yoluxmuş şəxslər qoruyucu maskalardan istifadə etsinlər. Qripdən qorunmaq üçün mütləq immuniteti möhkəmləndirmək lazımdır”, - deyə o söyləyib.

Amerikada qripin ən ağır növü tüğyan edir

Bu arada ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin bildirdiyinə görə, son 10 ildə Amerikada ən ağır qrip epidemiyası mövsümü başlayıb. 44 ştatda qeydə alınan xəstəliklə xəstəxanalara müraciət edənlərin sayı iki dəfə artıb. Boston şəhərinin meri ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Bu şəhərdə xəstələrin sayı digər yerlərlə müqayisədə on dəfə artıqdır.

ABŞ-ın səhiyyə rəsmiləri qrip mövsümünün bu il bir ay tez başladığını deyir. H3N2 virusu daha çox yaşlıların ölümünə səbəb olur. Xəstəliklərə Nəzarət Mərkəzi qripə qarşı peyvənd vurulmasını məsləhət görür. Belə ki, vaksinlər 60-70 faiz qripdən müdafiəni təmin edir.

milli.az


Geri dön

so_sad

  • 9 mart 2013 15:55
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
Həkimlər bir qayda olaraq insanlara payız-qış mövsümündən əvvəl peyvənd məsləhət görürlər. Belə ki, mövsümün əvvəlində edilən peyvənd insanları payız-qış dövründə qripdən qoruya bilər. Ya da yoluxalarsa, xəstəliyi çox yüngül keçirirlər.

ZuZuM__

  • 4 mart 2013 19:16
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Twklerrrrrrrrrrrrrr

--------------------

unfaithful

  • 16 fevral 2013 11:07
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ayyy mən də xəstəyəm.........

--------------------

seva20

  • 15 fevral 2013 22:55
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
xebere gore teşekkürler

Nazlim_97_

  • 15 fevral 2013 19:02
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
twwwwwwwwkkkkkkkk.......[right][/right] smile

Silent_ Night

  • 15 fevral 2013 16:32
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
hee.twkler...

--------------------

surawka

  • 15 fevral 2013 16:12
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Təşəkkürlər...

solnuska

  • 15 fevral 2013 13:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk.............................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 15 fevral 2013 00:46
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Xebere gore tskler,,

--------------------


✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 14 fevral 2013 22:03
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
beli chox artib

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

kiki pinki

  • 14 fevral 2013 20:22
  • Məqalə: 5
  • Şərh: 502
  • Bal:
{awards}
twk xebere gore

--------------------
sene guller vermek isterdim, guller solub gedecek.
sene omrumu vermek idterdim, olub gedecem.
sene sevgimi verirem, o ebedi yasayacaq.
http://imgs.su/tmp/2013-01-31/1359647148-253.jpg

Nara Neznakomka

  • 14 fevral 2013 19:57
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Həkimlər qrip virusunun 3 - A, B, C növlərinin olduğunu deyirlər. Onlardan ən təhlükəlisi A virusu sayılır. A virusu epidemiya, pandemiya yaradır. A qripi digər növlərdən fərqli olaraq, öz strukturunu tez-tez dəyişir, bir tipdən digərinə keçir. Amma B virusuna yoluxarkən qrip nisbətən sabit keçir. C isə ən yüngül qripdir və epidemiya yaratmır. Həkimlərin sözlərinə görə, insanların qripdən qorunması üçün əsas şərt immunitetin qaldırılması və geyimlərin mövsümə uyğun seçilməsidir. İmmuniteti qaldırmaq düzgün qidalanmadan keçir. Belə ki, rasiona göyərti - göy soğan, kahı, eləcə də nar, alma, portağal, limonlu çay daxildir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ShoKKi_MoKKi

  • 14 fevral 2013 19:31
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
xebere gore tesekkur..

--------------------

barsa yek

  • 14 fevral 2013 19:13
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Twkler xebere gore....

--------------------

мυsLiмαηκα

  • 14 fevral 2013 18:50
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
tesekkurler

_trickster_

  • 14 fevral 2013 18:44
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
twkler....

--------------------

★Azerbaijan girl★

  • 14 fevral 2013 18:38
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkurler...................

so_sad

  • 14 fevral 2013 18:09
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
xebere gore twk

ღLovelyღ

  • 14 fevral 2013 18:05
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 51
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}