"Kubinka", "Xutor" və "Sovetski" söküləcək

 
"Kubinka", "Xutor" və "Sovetski" söküləcək


"Əhaliyə təklif olunan qiymətlər bazara uyğun deyil"

Bakının yeni Baş Planının 2012-ci ildə hazır olacağı bildirilir. Baş Planın hazırlanması üçün Dünya Bankı 5 milyon manat qrant da ayırıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindəki "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov Baş Planın bəzi məqamlarını KİV-ə açıqlayıb. Burada Dəniz Limanının və bərənin Qaradağ rayonuna, neftdaşıyan terminalın Səngəçala köçürülməsi, "Qara şəhər"in qısaca desək, "Ağ şəhər"ə çevrilməsi və ən əsası - "Xutor", "Kubinka" və "Sovetski"nin sökülməsi. Hətta sovet dönəminin beşmərtəbə "xruşşovka"ları da söküləcək.

Bu dəqiqə əhalini maraqlandıran və daha çox narahat edən də məhz bu məqamdır. Təbii, köhnə, əyri-üyrü, birinin damı digərinin həyətinə baxan evlərin sökülməsinə heç kim etiraz etmir. Abadlıq, yenilik gözəldir və lazımdır.

Amma. Məsələ də işin "əmması"nın olmasındadır. "Əmma" ondan ibarətdir ki, adətən bu kimi hallarda zərərçəkən həmişə əhali olur. Əhalinin evi sökülür, əşyaları küçəyə tökülür. Hüquqlarını qoruya bilməyən vətəndaş isə hökumətin verdiyi qəpik-quruşla özünə yeni yuva qurmaq məcburiyyətində qalır. Nümunə? Ətrafında gərginlik hələ də davam edən "Qış bulvarı". "Alimlər binası".
Neftçilər prospektində, Qız qalasının böyründə olan və artıq tarixə dönmüş yaşayış binası. Hələ dəmir yolu ətrafında sökülən evlər, yol çəkilişləri zamanı "plana düşdüklərindən" yerlə-yeksan edilən evlərdən danışmırıq. Belə ekstremal hallarda həmişə əhali narazılığının şahidi oluruq. Sakinlər evlərinin bazar qiymətlərindən ucuz dəyərləndirildiyindən, uzun illər yaşadıqları mənzillərini dəyər-dəyməzə tərk edib getmək məcburiyyətində qaldıqlarından gileylənirlər.

Belədə məktəb illərindəki bir hadisə yadıma düşür. Sinif yoldaşımız ovaxtkı "Kommunist", indiki "İstiqlaliyyət" küçəsində köhnə evlərdən birində yaşayırdı. Köhnə evləri sökməyə başlamışdılar və onlara da təklif etmişdilər ki, istəyirlərsə, yeni yaşayış massivindəki mənzilə köçsünlər, istəmirlərsə, gözləsinlər, bu ərazidə yeni bina tikiləndən sonra orada yeni mənzillə təmin olunacaqlar. Onlar da şəhərin mərkəzindən köçmək istəmədiklərindən bir neçə ildən sonra həmin ərazidə tikilmiş yeni binada yeni mənzilə köçdülər.

Sökülməyə hazırlaşan "Kubinka", "Xutor", "Sovetski" də şəhərin mərkəzi hesab edilir. Amma oranın sakinlərinə belə bir seçim imkanı verilmir. Həmin ərazilərdə yaşayanların Binə və Hövsanda tikiləcək çoxmərtəbəli binalara köçürüləcəyi bildirilir. Niyə bu insanlar "Kubinka"nı, "Sovetski"ni Hövsana, Binəyə dəyişməlidir?

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov "Şərq"ə açıqlamasında bildirdi ki, bu, vətəndaşın mülkiyyət hüquqlarının pozulmasıdır: "Burada söhbət mülkiyyət hüququndan gedir. Amma qanun qalıb kənarda, kobud qanun pozuntusu həyata keçirilir. Əhaliyə təklif olunan qiymətlər də bazara uyğun deyil, ərazilər də adekvat deyil. Deyək ki, "Kubinka" şəhərin mərkəzidir, Hövsan şəhərkənarı. Sovet vaxtı da köhnə məhəllələr sökülürdü, yeni binalar tikilirdi. Bəzən əhalinin çoxu getmək istəmirdi. O vaxt "Sovetski"də, lap elə İçərişəhərin özündə də yararsız evlərdən əhalinin köçürülməsinə başlanmışdı. Amma elə adam olurdu ki, köçmək istəmirdi. Köçmək istəməyən köçmürdü, ya da mərkəzə yaxın yerlərə razılaşırdılar. Yəni köçürülmə prosesində ilk növbədə sakinlərin maraqları nəzərə alınırdı. İndi isə özbaşınalıqdır. Vətəndaşa təklif olunan, onun malik olduğuna adekvat deyil. Əgər şəhərin mərkəzində mənzilin 1 kv.metri 5000 manata satılırsa, mərkəzdən kənarda 1 kv.metr 500-600 dollaradır. Yəni 8 dəfə ucuzdur. Bununla da hökumət vətəndaşın mülkiyyət hüququnu pozur, ondan mənzili 5-6 dəfə ucuz qiymətə alır.

S.Məmmədov qeyd etdi ki, hazırda şəhərdə aparılan tikintilərin əksəriyyəti qanunsuzdur: "Vətəndaşın evinin, mənzilinin sökülməsi ancaq dövlət ehtiyacları naminə ola bilər. Hansısa şirkətin ev söküntüsü aparmağa ixtiyarı yoxdur. Hətta Ali Məhkəmənin Plenumunun qərarında "İctimai maraqlar" ifadəsi də çıxarılıb, çünki bəzən şirkətlər, kooperativlər bunu əsas gətirərək söküntü işləri aparırdı. Məsələn, deyirlər, Füzuli küçəsində evlər "Qış bulvarı"na görə sökülür. "Qış bulvarı"nın tikintisi dövlət marağı hesab edilə bilməz. Dövlət maraqlarının nədən ibarət olduğu qanunda açıq-aydın göstərilib. Bu, yalnız kommunikasiya xətlərinin çəkilməsi və təhlükəsizlik nöqteyi-nəzərindən ola bilər. "Qış bulvarı"na bunların heç biri aid deyil. "Qış bulvarı"nı başqa, boş bir sahədə də inşa etmək olardı. Yaxud da, həmin ərazidə yaşayan sakinlərin mülkiyyət hüquqlarının tanınması yolu ilə. Bu kimi hallarda mütləq sakinlərlə qarşılıqlı razılaşma olmalıdır. Ya onların mülkiyyəti bazar qiymətinə uyğun qiymətləndirilməlidir, ya da başa-baş prinsipi həyata keçirilməlidir. Füzuli küçəsindəki mənzilin əvəzinə, onlara şəhərin mərkəzi küçələrindən birindəki yaşayış evlərində mənzil verilməlidir. Dünyanın ən geridə qalmış ölkələrində də bu prinsiplə hərəkət edirlər. Bizdə isə özbaşınalıqdır. Kim harda istəyir, bina tikir, ətrafdakı tikililər, ümumiyyətlə, nəzərə alınmır. Hüseyn Cavid prospektindəki hündürmərtəbəli yaşayış binalarının böyür-başında, ətəyində qalan kiçik daxmalara baxın. Biabırçılıqdır. Balaca daxmalar hündürmərtəbəli binanın, sözün əsl mənasında altında qalıb. Belə vəziyyətə dünyanın heç bir ölkəsində rast gələ bilməzsiniz. Heç yerdə belə plansız, özbaşına söküntü, tikinti aparılmır. Ərazidə köhnə evlər varsa və onların sökülməsi planlaşdırılırsa, ora bütünlüklə sökülməlidir. Bu binaların heç həyəti də yoxdur. Binanın girişi birbaşa prospektə açılır. Normal ölkələrdə dövlət, yaxud yerli orqan, şəhər meriyası ərazini alır, orada kommunikasiyanı qurur, vahid plan hazırlayır və tender elan edir. Tenderdə qalib gələn şirkət də tikintiyə başlayır. Amma bizdə şirkətlər sakinlərlə "bazarlığa" başlayır. Hərə öz qiymətini tərtib edir. Halbuki qanuna əsasən heç bir şirkətin, kooperativin əhalidən mənzil almaq hüququ yoxdur. Bu, ancaq dövlət tərəfindən və mütləq qarşılıqlı razılaşma yolu ilə olmalıdır. Vətəndaş şərtlərlə razı deyilsə, onun mənzili sökülə bilməz. Onu mütləq razı salmaq lazımdır.

Bəs "Kubinka", "Sovetski", köhnə "xruşşovka"lardakı sakinlərin taleyi necə olacaq?
S.Məmmədov qeyd etdi ki, indiyədək tətbiq olunan sistem yenə işləyəcək: "Evləri sökəcəklər, uçurdacaqlar, 10 qat baha qiymətə satacaqlar şirkətlərə, oranın sakinlərini də köçürəcəklər Binəyə, Hövsana. Şirkət də ərazini baha qiymətə aldığından yeni yaşayış binasında mənzillərə 10 qat baha qiymət qoyacaq, çoxunu xarici şirkətlərə ofis kimi icarəyə verəcək, yerdə qalanını da xarici vətəndaşlar kirayələyəcəklər.


Geri dön

lyboy qiza atval

  • 26 noyabr 2011 14:22
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
xutor eybi yox amma savetskiy ve kubinka nahaq sokulur

--------------------
ggfggdghdcghbdghbdghdgbbhd

10092010

  • 24 iyul 2011 13:58
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
HAMIYA SALAM!O XEBERI BILIREM,AMA BAWQA SOKULEN BINALARIN SIYAHISINI HARDA TAPA BILEREM?BILEN VARSA ZEHMET OLMASA KOMEK ELIYINDE MENE(

xutor sovetski

  • 25 may 2011 09:52
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Duzdur tamamile raziyam.Insanlarin huquqlari tapdaq altindadir.eyer gozunu acandan bu erazide yasayib oxuyub isleyibse insan tanimadigi yere nece uygunlasa biler.Sokulme xeberi cixandan masaallah evlerin yalanci qiymetleride gua asagi dusub.XUTOR, SOVETSKI ve s. balaca bir erazini ehate etmir.Hele nezere alsaq ki bir heyet evinin uzerinde goydelen kimi nece ev tikilecek dehsete gelirem.HER HALDA UDAN SAHIBKAR OLACAQ!!!
SOKULEN ERAZILERE CIDDI NEZARET OLMALIDIR!!!
INSANLARIN HAQQLARIN YEMEK OLMAZ BUNA GORE HACANSA CAVAB VERILECEK!!!

Sergio Ramos

  • 21 dekabr 2010 13:40
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
sağol

--------------------

Ulya

  • 21 dekabr 2010 13:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he esitmisdim bunu.xebere gore cox sagol winked

Morning_Star

  • 21 dekabr 2010 13:09
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Heç nə deyə bilmərəm.Amma şəhərin gözəlləşməsi üçün lazımdı

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}