Acı həqiqət, yoxsa şirin yalan?

 
Acı həqiqət, yoxsa şirin yalan?

Yalan danışmaq adi hal kimi qəbul olunsa da, hər zaman həqiqəti deyən insanlarla ünsiyyətdən qaçırlar. Psixoloqlar hesab edirlər ki, belə adamlarda psixoloji problemlər müşahidə olunur. Onlar özlərini saxlaya bilmir və ətrafdakılar barədə həqiqəti düz onların üzünə deyir.

Bu sindromdan əziyyət çəkən adamlar heç nədən çəkinmədən fikirlərini açıq bildirirlər. Misal üçün onlar adama "yaman köksüz", "siz necə də çirkinsiz", "sizə bu rəng heç yaraşmır", "siz mənim heç xoşuma gəlmirsiz", "necə də ağılsızsız", "həyat yoldaşınız sizi aldadır", "yaxşı ki, bunlar sizin başınıza gəldi" kimi sözlər deyə bilərlər. Əksəriyyət isə belə adamları sevmir. Ona görə ki, çoxu acı həqiqətdənsə şirin yalana daha tez inanır. Psixoloq Jalə Həmidovanın sözlərinə görə, öz pis və tənqidi fikirləri ilə bölüşməsinə baxmayaraq, belə adamların heç də hamısı pis insan deyillər:

"Onların da arasında pis və yaxşı insanlar var. Lakin belə insanlar hamıya yaxşılıq etsələr belə, onlarla ünsiyyətdən qaçırlar. Hər zaman düz danışan adamlarla ilk tanışlıq zamanı ünsiyyət belə dözülməz olur. Onlarla ünsiyyət insana psixoloji cəhətdən mənfi təsir göstərir. Nadir hallarda onlarla tanışlığı davam etmək istəyənlər tapılır. Adətən belə adamların əhatə dairəsi ailəsi və qohumlarından ibarətdir. Özgə adamlara onları başa düşmək, qəbul etmək çətindir".

Həqiqət qurbanları öz problemlərini anladıqda belə qarşısını ala bilmirlər. Onlar düşünür ki, həqiqəti bilmək istəməyən, onun daim yalan danışmağını istəyən tanışlar, dostlar və ya sevgili lazım deyil. İnsanlarla ədalətli olmaq, onlara yalnız həqiqəti demək lazımdır. Bundan yaxşı nə ola bilər ki? Hətta özlərini dəyişdirmək istədikləri təqdirdə belə onlar bunu bacarmırlar. Həqiqət barədə susmaq onlar üçün bağlı qəfəsdə qalmaq kimi bir şeydir. Lakin belə adamların üstün cəhətləri də var. Onlar qeybət etmir, hər şeyi insanın üzünə deyirlər. Onlara etibar etmək olar.

Psixoloq onu da qeyd edib ki, nədənsə belə insanlar müsbət məqamlar barədə söz açmaq əvəzinə insanın başına gələn xoşagəlməz hadisələri və onların xasiyyətlərinin mənfi xüsusiyyətlrini, görünüşlərindəki eybəcərlikləri deməyi xoşlayırlar. Əslində onlar pis niyyətli olmasalar da yalan danışmağı və ya susmağı bacarmırlar. Bu səbəbdən də onlar daim başqaları ilə mübahisə edir və əksəriyyət tərəfindən sevilmirlər.

Çoxlu dost, tanışa sahib olmaq, düzgün ünsiyyət qurmaq üçün isə əslində insanlar bir çox məsələlər barədə susurlar. Əgər insan ətrafdakılar barədə düşündüyü hər şeyi desə o, digərlərində xoşagəlməz təəssürat oyadacaq. İnsanlar daha çox müsbət emosiyalar yaradan insanlarla ünsiyyət qurmağa üstünlük verirlər. Söhbət zamanı bir-birinə xoş sözlər demək çox vacibdir. İnsan xoş sözlər eşitdikcə qarşısındakı adamla ünsiyyət qurmağa can atacaq. Ona görə ki, insanlarda psixoloji olaraq təriflənməyə, xoş sözlər eşitməyə meyl var.

Lakin xoş söz deyən zaman həddini bilmək, həqiqətə uyğun gəlməyən sözlər də demək lazım deyil. Ona görə ki, yalançı tərifi yalnız kiminsə yaltaqlanmağını xoşlayan adamlar qəbul edir.

Müsahibimiz nəzərə çatdırıb ki, həqiqəti deyənlərdən hamı qaçır. Ona görə ki, belə adamlar onların fikirlərini, həyata baxışlarını dəyişdirə bilərlər. Dəyişmək isə çətin olduğundan insanlar onların fikirlərini dəstəkləyən insanlarla ünsiyyət qurmağa can atırlar: "Həm də insanlar özləri barədə tənqidi informasiya eşidən zaman yaranan mənfi emosiyalarla bacara bilmirlər. Mənfi emosiyanı qəbul etmək çətin olduğu üçün insanlar onları yaralayan həqiqəti dərk etmək istəmirlər. Hər nə desələr də adamlar acı həqiqəti bilmək istəmirlər".

Onu da qeyd edək ki, insanlar nə isə haqqında danışanda tez-tez "mən", "mənim", "mənə" sözləri işlədirlərsə, demək, onların danışdıqlarında həqiqət daha çoxdur. Danışarkən bu sözləri işlətməkdən yayınan adamlar isə yalan danışır. Onlar özlərini qeyd etməməklə bir növ günahı öz üzərindən atırlar.

Acı həqiqət, yoxsa şirin yalan?


Geri dön

so_sad

  • 9 mart 2013 20:33
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
"Həm də insanlar özləri barədə tənqidi informasiya eşidən zaman yaranan mənfi emosiyalarla bacara bilmirlər. Mənfi emosiyanı qəbul etmək çətin olduğu üçün insanlar onları yaralayan həqiqəti dərk etmək istəmirlər. Hər nə desələr də adamlar acı həqiqəti bilmək istəmirlər".

ZuZuM__

  • 4 mart 2013 00:17
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
cox sag olun

--------------------

ZeMka

  • 3 mart 2013 18:23
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
cox sag olun

cox sag olun

--------------------

ShoKKi_MoKKi

  • 2 mart 2013 21:09
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

Gül Əliyeva

  • 19 fevral 2013 01:49
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Şirin yalan onsuzda birgun aci həqiqət olacaqda təsəkkur edirəm

B_L_A_T_N_O_Y

  • 17 fevral 2013 03:56
  • Məqalə: 3
  • Şərh: 2911
  • Bal:
{awards}
maraqli idi twkler.......

come back

  • 17 fevral 2013 01:21
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
maraqli idi cox xosuma geldi. amma hami aci heqiqet desede yalana daha cox ustunluk verir ve yalan esitmeye.

ShoKKi_MoKKi

  • 16 fevral 2013 23:17
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Onu da qeyd edək ki, insanlar nə isə haqqında danışanda tez-tez "mən", "mənim", "mənə" sözləri işlədirlərsə, demək, onların danışdıqlarında həqiqət daha çoxdur. Danışarkən bu sözləri işlətməkdən yayınan adamlar isə yalan danışır. Onlar özlərini qeyd etməməklə bir növ günahı öz üzərindən atırlar.

--------------------

solnuska

  • 16 fevral 2013 20:01
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
insanlar nə isə haqqında danışanda tez-tez "mən", "mənim", "mənə" sözləri işlədirlərsə, demək, onların danışdıqlarında həqiqət daha çoxdur. Danışarkən bu sözləri işlətməkdən yayınan adamlar isə yalan danışır. Onlar özlərini qeyd etməməklə bir növ günahı öz üzərindən atırlar.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_BaSiMiN BeLaSi_

  • 16 fevral 2013 20:01
  • Məqalə: 16
  • Şərh: 423
  • Bal:
{awards}
Aci heqqiqet mence sevgide yalan olmaz onun ucunde Aci heqqiqet yalanan yaxsidir..coxh sagol maraqliydi

мυsLiмαηκα

  • 16 fevral 2013 18:56
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Onu da qeyd edək ki, insanlar nə isə haqqında danışanda tez-tez "mən", "mənim", "mənə" sözləri işlədirlərsə, demək, onların danışdıqlarında həqiqət daha çoxdur.

maraqlidir bunu bilmirdim

edward-bella

  • 16 fevral 2013 17:29
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
nebilim men aci heqiqete ustunluk verirem

Silent_ Night

  • 16 fevral 2013 17:03
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
maraqli idi twkler...........

--------------------

so_sad

  • 16 fevral 2013 16:57
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
"Onların da arasında pis və yaxşı insanlar var. Lakin belə insanlar hamıya yaxşılıq etsələr belə, onlarla ünsiyyətdən qaçırlar. Hər zaman düz danışan adamlarla ilk tanışlıq zamanı ünsiyyət belə dözülməz olur. Onlarla ünsiyyət insana psixoloji cəhətdən mənfi təsir göstərir. Nadir hallarda onlarla tanışlığı davam etmək istəyənlər tapılır. Adətən belə adamların əhatə dairəsi ailəsi və qohumlarından ibarətdir. Özgə adamlara onları başa düşmək, qəbul etmək çətindir".

sevgi dushmeni

  • 16 fevral 2013 16:56
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
aci heqiqet yaxsidi mence cunki sirin yalan davam etdikde aci heqiqetden de aci olurr

--------------------

Gun_el

  • 16 fevral 2013 16:55
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
Men xowum gelmeyen insanlara ozum istemeden ondan xowlanmadigimi hiss etdirirem ve bunu hec cure tergide bilmirem

--------------------


ღLovelyღ

  • 16 fevral 2013 16:47
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

_trickster_

  • 16 fevral 2013 16:04
  • Məqalə: 39
  • Şərh: 2683
  • Bal:
{awards}
maraqli idi twkler

--------------------

ღ★ Firuzə ★ღ

  • 16 fevral 2013 15:39
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
Onu da qeyd edək ki, insanlar nə isə haqqında danışanda tez-tez "mən", "mənim", "mənə" sözləri işlədirlərsə, demək, onların danışdıqlarında həqiqət daha çoxdur. Danışarkən bu sözləri işlətməkdən yayınan adamlar isə yalan danışır. Onlar özlərini qeyd etməməklə bir növ günahı öz üzərindən atırlar.

--------------------

seva20

  • 16 fevral 2013 14:34
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
tesekkurler cox sagolun maraqlidi

seva20

  • 16 fevral 2013 14:16
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
tesekkurler

iliw

  • 16 fevral 2013 14:16
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
aci heqiqet

--------------------
asdfg

barsa yek

  • 16 fevral 2013 14:01
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
Aci Heqiqet daha yaxwidi mence.......

--------------------

leylinin mecnunu

  • 16 fevral 2013 13:59
  • Məqalə: 7
  • Şərh: 391
  • Bal:
{awards}
aci heqiqet

--------------------
занят

kiki pinki

  • 16 fevral 2013 13:52
  • Məqalə: 5
  • Şərh: 483
  • Bal:
{awards}
aci heqiqet mence

--------------------
sene guller vermek isterdim, guller solub gedecek.
sene omrumu vermek idterdim, olub gedecem.
sene sevgimi verirem, o ebedi yasayacaq.
http://imgs.su/tmp/2013-01-31/1359647148-253.jpg

ツMrs.Crazy ツ

  • 16 fevral 2013 13:51
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
Acı həqiqət recourse

little bad girl

  • 16 fevral 2013 13:50
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
tebii ki aci heqiqet sonradan pis olmaqdansa umidlenmemis pis ol

--------------------
LITTLE BAD GIRL

N_GOKA

  • 16 fevral 2013 13:49
  • Məqalə: 3
  • Şərh: 340
  • Bal:
{awards}
maraqlidir.tewekkur

--------------------
SeNsIz Bu HeYaT MeNe HaRaMdIr

MUZA 21

  • 16 fevral 2013 13:38
  • Məqalə: 2
  • Şərh: 330
  • Bal:
{awards}
Onu da qeyd edək ki, insanlar nə isə haqqında danışanda tez-tez "mən", "mənim", "mənə" sözləri işlədirlərsə, demək, onların danışdıqlarında həqiqət daha çoxdur. Danışarkən bu sözləri işlətməkdən yayınan adamlar isə yalan danışır. Onlar özlərini qeyd etməməklə bir növ günahı öz üzərindən atırlar.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}