Şou-müğənnilərin təzə "Allah yolu"

 
Şou-müğənnilərin təzə "Allah yolu"


"Şübhəli yolla qazanılan pula imam ehsanı verilməz"

Məhərrəmliklə əlaqədar olaraq şadlıq evləri və restoranların qapısı müştərilərin üzünə qapanıb. İslam aləmi Peyğəmbərimiz həzrəti Məhəmmədin sevimli nəvəsi, öz əqidəsi, dinimiz uğrunda şəhidlik mərtəbəsinə yüksəlmiş İmam Hüseynə təziyə saxlayır. Bu səbəbdən də əyləncə məkanlarında şənliyə ara verilib.
Çörəyi toylardan və şou proqramlardan çıxan müğənnilər "məhərrəmlikdir, kasıbçılıqdır" deyib ah-vay edir. On bir ay bolluca pul qazanan, az qala hər gün əli pulla oynayan şou əhli bir ay qazanc əldə etmədikdə bunu özləri üçün böyük bəla sayır.
Şou müğənnilərinin dini mərasimlərdən öz xeyirlərinə istifadə etməsi bəllidir. Günü falçı yanında keçən bəzi şou müğənniləri öz günahını yumaq üçün ziyarətlərə, müqəddəs ocaqlara gedir. Dinimizin dəyərli simalarının ocaqlarına nəzir deyib, qurban kəsirlər. Axır vaxtlar yaman dəb düşüb. Şou-biznesçilər Ramazan ayında iftar süfrələri açıb öz həmkarlarını ora dəvət edirlər. Həmin gün yetim-yesiri, əlsiz-ayaqsızı, qocaları sevindirmək şou adamlarının ağlına gəlmir. Bir ay bir-birinin evində yeyib-içirlər.

Məhərrəmlik gələndə isə imam ehsanı verməyə başlayırlar.
Məlumatlara görə, müğənni Xatirə İslam Bərdədə yerləşən Seyid Yusif ağanın ocağında qurban kəsib. Müğənni özü telekanallardan birinə açıqlamasında deyib ki, hansısa arzusunun çin olması üçün bu müqəddəs ocağa nəzir deyib. Arzusuna qovuşduqdan sonra isə qurbanını kəsmək üçün bura gəlib. Müğənni həmçinin deyib ki, hər il Məhərrəm ayında gəlib burada imam ehsanı verir, kasıb-kusubun qarnını doyurur. Xatirə şou müğənniləri sırasında nisbətən normal sayılanıdır. Bir cəsarəti, bir az mərdliyi var, səsi də ki, öz yerində. Onun ifaçılığına heç kəs şübhə ilə yanaşa bilməz. Xatirə ilə bərabər başqaları da imam ehsanı verdiyini deyir. Yayılan xəbərlərə görə, Nazpəri Dostəliyeva da belə bir addım atmaq niyyətindədir.

Şou-biznesçilər arasında hətta məscid tikdirmək iddiasında olanlar da yox deyil. Məsələn, Elza Seyidcahanın belə bir fikri vardı ki, Xızıda məscid tikdirsin. Sonra ordan-burdan ona atmaca atdılar ki, a bala, məscid halal pulla tikilməlidir, əyri yolla qazanılan vəsaitlə yox. Artıq Elzanın səsi çıxmır.

İmam ehsanı verənlər və vermək istəyənlərə də o sözü deyən tapılmalıdır ki, "məlum" yolla qazanılan pulla müqəddəs yerlərə gedilməz, onunla qurban kəsilməz, imam ehsanı verilməz. Falçı yanından çıxıb seyid ocaqlarının qapısını açmaq da yaxşı hal deyil.

Şou yazarlarından birinin dediyinə görə, Məhərrəmlikdə müğənnilər özlərini qalmaqalla reklam etdirmək imkanından məhrum olması üçün uzaqbaşı 90-100 manat verib bir qoyun alıb müqəddəs ocaqlara gedirlər.

Təsəvvür edin ki, ziyarətə gedənlərin də hamısı özü ilə mütləq maqazin proqramlarının əməkdaşlarını götürür ki, onun bu əməli bütün ölkəyə yayılsın. Onlar, nədənsə, bu məsələlərdə "sağ əlin verdiyini sol əl bilməməlidir" deyimini unudur. Yaddan çıxarırlar ki, Allah yolunda verilən qurbanlar, edilən nəzir-niyazlar dilə gətirilməli deyil...


Geri dön

nilayka

  • 6 may 2011 00:21
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
təşəkkür

--------------------

Just For Legend

  • 21 dekabr 2010 19:16
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
cox sag ol melumata gore

--------------------

Sergio Ramos

  • 21 dekabr 2010 15:41
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı olmadı təşəkkür

--------------------

Ulya

  • 21 dekabr 2010 15:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur xebere gore

Made_In_Bakinka

  • 21 dekabr 2010 15:05
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
sonuncu yazi ile raziyam....

Morning_Star

  • 21 dekabr 2010 14:56
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Düzdür

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}