Bu da son

 
Bu da son

Sadiqlə hərbi xidmətdə tanış olmuşdum. Elə tanış olduğumuz gündən bir–birimizə çox isinişib, sanki illərin dostuymuşuq kimi davranırdıq. Xasiyyətimizdəki oxşarlıq, fikirlərimizin çox vaxt üst-üstə düşməsi bizim ruhən yaxın olmağımızı daha da, möhkəmlədirdi. Hərbi xidmətin müxtəlif çətinlikləri, qəriblikdəki digər qayğılar bizi bir-birimizə sanki dərd ortağı etmişdi. Amma bütün bunlardan əlavə, Sadiqin simasında daim bir üzüntü hiss olunurdu. Neçə dəfə soruşsam da, nəyisə gizlətməyə çalışdığını anlıyırdım. Ailə məsələsi zənn etdim deyə, çox da israr etmədim. Hər gün Sadiqi zarafatla güldürməyə, fikrini dağıtmağa çalışsam da, bunu bacarmırdım. O sanki qəm dəryasına qərq olmuşdu. Bilirdim ki, nə vaxtsa bu halının sirrini mənə açacaq. Çünki məndən başqa dərdini bölüşəcək başqa əsgər yox idi. Elə mən də bu cür idim; nə dərdim vardısa, Sadiqlə bölüşürdüm.

Bir gün şam yeməyi vaxtı hərbi hissənin yeməkxanasında Sadiq mənə yeməkdən sonra çayxanaya getməyi təklif etdi. Doğrusu, əsgərlər üçün təyin olunmuş bu çayxanaya ancaq nəsə almağa gedirdim, çunki çaydan əlavə, əsgər üçün lazım olan hər şey satılırdı. Siqaret tüstüsündən orada oturub çay içmək mümkün olmasa da, bəzi əsgərlərin heç vecinə deyildi. Mən də bundan ötrü orada heç oturmamışdım. Amma Sadiqin xətrinə bu dəfə etiraz etmədim. Yeməkdən sonra sərbəst vaxt verilən kimi Sadiqlə bərabər çayxanaya getdik. Sadiqin günlərdir saxladığı və onu bu qədər üzən problemini danışacağını hiss etmişdim. Belə də oldu. Sadiq “öz günahlarımın əsiri olmuşam” deyərək əsgərlikdən qabaqkı həyatı haqda danışmağa başladı:

Mən 10-cu sinifdə oxuyarkən bizimlə eyni binada yaşayan Sevil adlı bir qıza vuruldum. İlk dəfə idi ki, bu cür gözəl hisslər yaşayırdım. Sevgimin qarşılıqlı olması isə məni tamam göylərə uçurmuşdu. Bir sözlə, sanki dünyanı mənə vermişdilər. Məktəbdə danışırdıq yorulmurduq, evə gedən kimi də telefon qulaqdan düşmürdü. Axşamlar bloklarının qabağına gedib onu bircə dəfə görmək həvəsi ilə saatlarla pəncərələrinin qabağında dururdum. Sevib-sevilməyin şirinliyi bizi elə bir aləmə qərq etmişdi ki, özümüzdən başqa heç kimi görmür, heç nəyi vecə almırdıq.

11-ci sinifdə oxuyanadək bu eşq macərası davam edirdi. Onu çox qısqanırdım, sinif oğlanları ilə danışmağına belə dayana bilmirdim. Bundan ötrü gündə dalaşıb-barışırdıq. Ona ümumiyyətlə heç bir oğlanla danışmamağı tapşırmışdım. Amma o isə məni qısqandırmaq üçün sinif oğlanları ilə deyib-gülüb zarafatlaşırdı. Bir gün də hirslənib özümdən asılı olmadan onun rəhmətə getmiş atasına söydüm. Ondan sonra dəfələrlə üzr istəsəm də, onun könlünü ala bilmədim. Zənglərimə cavab vermir, üzümə belə baxmırdı. O isti baxışlardan əsər-əlamət yox idi. Onun məndən tamam soyuduğunu hiss etmişdim deyə bir daha narahat etməmək qərarına gəldim. Bununla da biz ayrıldıq. Bu arzuolunmaz ayrılıq xüsusən məni yandırıb-yaxırdı. Hər an hər dəqiqə yaşadığımız o gözəl anları xatırlayıb ağlayırdım, gecələr yuxularım ərşə çəkilmişdi. Aylar keçdi və mənim əsgərlik vaxtım çatdı. Bütün dərd-qəmimi özümlə hərbi xidmətə gətirdim
”.

Bu yerdə Sadiqin sözünü kəsərək müdaxilə etdim: “Əşi bunlar hamının başına gələn şeylərdir, mən də deyirəm əlbət nəsə bir ciddi məsələdir. Boş ver getsin”.

Sadiq yenidən söhbətə başladı: Bu hələ dərdimin kiçik hissəsidir... Mən əsgərlikdə olarkən Rusiyada olan böyük qardaşım evlənmək üçün Bakıya gəlib. Anamgil ona mənim sevdiyim qızı, Sevili məsləhət biliblər – “qonşumuzdur, gözümüzün qabağında böyüyən uşaqdır” deyiblər, qardaşım da razılaşıb. İki həftə olar nişan da olub. İndi məni gözləyirlər, əsgərliyim bitəndən sonra toyları olacaq. Bunları mənə telefonda anam sevinə-sevinə danışarkən mən qəhərdən boğulurdum. Sadiq susdu, gözləri doldu və özünü saxlaya bilməyib masadan qalxıb getdi. Mən də sanki şokdaydım. Bir müddət səssiz oturduqdan sonra bayıra Sadiqin arxasınca çıxdım. O hərbi hissənin stadionunda yalqız oturmuşdu. Yanına getdim, bir az təsəlli verdim. Sadiq isə öz növbəsində mənə durmadan bu sualları verirdi: “Axı sevdiyimin bizim evdə gəlin olmasına necə dözəcəm? Onunla keçirdiyimiz xoşbəxt anları necə unudacam? Hər dərsdən evə gedərkən qəsdən yolumuzu bulvardan salıb birgə əl-ələ tutub gəzişər, xəyallar qurardıq. Ehhh, daha nələr, nələr... Qardaşımın üzünə necə baxacam? Bu vicdan əzabıyla necə yaşayacam?” Bütün bu suallara mat-məəttəl qalıb heç nə deyə bilmirdim. Sadiqin neçə vaxtdır üzünün gülməməsinin səbəbi mənə tam aydın olmuşdu. Özüm onun yerində olsaydım, nələr edəcəyimi təsəvvür edə bilmirdim. Amma yenə də Sadiqə təsəlli verməyi özümə borc bilirdim. Hər gün onun dərdini ovutmağa çalışırdım. Beləcə aylar ötdü, biz hərbi xidməti başa vurduq. Sadiqdən əlaqə nömrəsi almağıma baxmayaraq, ona zəng çatmırdı. Sonralar xəbər tuta bildim ki, Sadiq qardaşının toyundan sonra intihar etmiş və dünyasını dəyişmişdir. Bakıya evlərinə getdim, anası elə hey “heç bilmədim balamın dərdi nə idi” deyib ağlayırdı. Deyəsən bu sirri bir mən bilirdim, bir də təzə gəlinləri...

O hadisədən bir neçə il sonra İslami kitablarda rast gəldim ki, hər şeydə olduğu kimi, sevib-sevilməyin də həddi-hüdudları var. Bu hüdudları aşdıqda isə sonda Sadiq kimi bədbəxt olmaq ehtimalı qarşıya çıxır. İslam hər kəsə özününkü kimi dəyər verməyi tövsiyə edir. Odur ki sevərkən belə, ağlı hisslərə qurban verib həddi-hüdudu aşmamaq lazımdır. Çünki sevdiyinə qovuşub-qovuşmamaq Allahın qismətindən asılıdır. Bu gün “sevgi” adı altında müxtəlif macəralar yaşadığın qız sabah qardaşının, əmioğlunun, dostunun xanımı ola bilər. Bir ömür vicdan əzabı çəkməmək üçün bu mövzuda diqqətli olmaq lazımdır. Xüsusən indiki dövrdə gənclərə və “eşq-məhəbbətdə qərq olub” min hoqqadan çıxanlara az da olsa düşünmək və etdiklərini vicdan tərəzisinə qoymağı məsləhət görürük.

Bu da son


Geri dön

so_sad

  • 10 mart 2013 13:03
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
maraqliydi tewekkurler

ShoKKi_MoKKi

  • 4 mart 2013 20:16
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
Tesekkur edirem..

--------------------

ZuZuM__

  • 3 mart 2013 23:40
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
maraqli idi tewekkurler

--------------------

ZeMka

  • 1 mart 2013 22:51
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
maraqli idi tewekkurler

--------------------

rockangel.13

  • 26 fevral 2013 20:37
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
tewekkurler.... uzuldum eee yaziq oglan ama qizda duz elemeyib mence evlenmemeliydi onun qardawi ile... sad

--------------------
...işi düşəndə mesaj yazanlara işim düşəndə cavab yazacam...

Güvənəcəyim tək bir insan olsa;
Bütün dünyanı qarşıma ala bilərdim ..!♥

__ ♥ __ # Haпi Deгleг Ya eLiмi SaLlAsам 50-Si ^
Yoк вe 1 Taпe Olsuп 49-u BiTaпeмe Kuгвап oLsuп ! ;) ___ ♥

surawka

  • 19 fevral 2013 21:23
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
Təşəkkürlər....

solnuska

  • 19 fevral 2013 14:47
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
TWK HEKAYEYE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 18 fevral 2013 13:41
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Sonlari sevmirem..! Tesekurler

--------------------


solnuska

  • 17 fevral 2013 20:32
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
COX SAQ OLUN HEKAYEYE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ShoKKi_MoKKi

  • 17 fevral 2013 20:04
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
coox tesirli hekayedi coox sagol ..

--------------------

_serin sevgi_

  • 17 fevral 2013 18:21
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}
Ne boyda kopiravatdi bu oxumadim twk tongue

--------------------
Bu ne yaaaa legente gelen ana sehifeye getmek evezine mene dosluq atir.Atmaq bir yana hele ustelik inadkarliqda edir,bir defe redise ikinci defe .................. bawa sala bildim yeqin.

_trickster_

  • 17 fevral 2013 17:55
  • Məqalə: 39
  • Şərh: 2683
  • Bal:
{awards}
oyyy kovreldimeeee lap....bextsiz awiq ..eh recourse

--------------------

✰GlaMurKa✰

  • 17 fevral 2013 17:00
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
Sitat: zoluwka 99
cox tesirli hekayedi meslehetlere gore de cok twk

Zehra Awiqi

  • 17 fevral 2013 16:58
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
bu da son awkitom

--------------------
http:// [?] Загрузить с интернета:

мυsLiмαηκα

  • 17 fevral 2013 16:01
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
cox tesirli hekayedi meslehetlere gore de cok twk

Nermin:)))

  • 17 fevral 2013 14:08
  • Məqalə: 0
  • Şərh: 134
  • Bal:
{awards}
Twk............................

::KraSaV4iK::

  • 17 fevral 2013 13:46
  • Məqalə: 49
  • Şərh: 2137
  • Bal:
{awards}
meqale ucun tewekkur

--------------------

Gül Əliyeva

  • 17 fevral 2013 13:20
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
cox sagol gozel meqaledi...

barsa yek

  • 17 fevral 2013 12:42
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
Twkler cox tesirliydi.

--------------------

ღLovelyღ

  • 17 fevral 2013 12:31
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

leylinin mecnunu

  • 17 fevral 2013 11:57
  • Məqalə: 7
  • Şərh: 391
  • Bal:
{awards}
tewekuller

--------------------
занят

ZuZuM__

  • 17 fevral 2013 11:54
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
tewekkurler
[center][/center]

--------------------

✰Маша✰

  • 17 fevral 2013 11:49
  • Məqalə: 43
  • Şərh: 2211
  • Bal:
{awards}
oxudum cox menali idi tesekkurelrrr

so_sad

  • 17 fevral 2013 11:38
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
tewekkurler

S.N

  • 17 fevral 2013 09:43
  • Məqalə: 15
  • Şərh: 1657
  • Bal:
{awards}
cox maraqliydi....twkler

Just for laugh

  • 17 fevral 2013 09:20
  • Məqalə: 7
  • Şərh: 654
  • Bal:
{awards}
Bu gün “sevgi” adı altında müxtəlif macəralar yaşadığın qız sabah qardaşının, əmioğlunun, dostunun xanımı ola bilər. Bir ömür vicdan əzabı çəkməmək üçün bu mövzuda diqqətli olmaq lazımdır. Xüsusən indiki dövrdə gənclərə və “eşq-məhəbbətdə qərq olub” min hoqqadan çıxanlara az da olsa düşünmək və etdiklərini vicdan tərəzisinə qoymağı məsləhət görürük. belay belay belay

--------------------
Bagislayin bir de gelmeyecem...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 34
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}