Bitməyən sevgi

 
  • 4.05.2010, 22:44
  • Bölmə: Sevgi
  • Müəllif: nn_nn
Bitməyən sevgi


Bitməyən sevgi...
Bitməyən sevgi
Gənc bir adam əlində bir dəstə gül sahilə gəldi...Ətrafa göz gəzdirdi,amma axtardını görməyincə bir səkiyə oturub sevgilisini gözləməyə başladı...Əlində həmişəki güllərdən var idi.Sevgilisinin ən çox sevdiyi güllərdən....qırmızı,qıpqırmızı,qan rəngi güllər...Sevgi ətri,məhəbbət ətri,ən əsası isə həsrət və ayrılıq ətri qoxurdu güllər...Hamsının üstündə damlalar var idi.Sanki ağlayırdılar....Gənc adam güllərə baxdı və öz-özünə güllərlə danışırmış kimi dedi:"Niy ağlayırsız?Görün mən necə xoşbəxtəm"...Birazdan sevgilisini görəcək deyə həyəcanlanmışdı...Onun haqqında düşünəndə həmişə ürəyi yerindən çıxacaqmış kimi döyünür....İllərdir bir-birlərini sevməklərinə baxmayaraq ikisinin də sevgisi azalmamışdı.Onları heç nə ayıra bilməzdi...Nə həsrət,nə ayrılıq,nə ÖLÜM...
Gənc adam təlaş içində saatına baxdı.Sevdiyi yenə gecikmişdi...1 dəqiqə gecikmişdi...Amma gənc adam həmişə sevdiyindən əvvəl sahilə gəlir,onu gözləməyi sevirdi...O isə həmişə gecikir...hər dəfə onu gözlədirdi...Gənc adam-"Hər kəsin bir səhvi olur"-deyib ucsuz bucaqsız dənizə tərəf baxdı...Düşünürdü ki,sevdiyinə olan sevgisi qədər bu dənizin də sonu yoxdu...
Əslində bu gün onlar üçün xüsusi bir gündü.Öz aralarında sözlənəcəklər.Oğlan əvvəl sevdiyinə demiş sonra da gedib iki üzük almışdı...Heç olmasa bu gün onu gözlətməyəydi...Amma oğlan artıq öyrəşmişdi onu gözləməyə..."Eybi yox biraz da gözləyərəm"-dedi...Güllərin yarpaqları nədənsə hələ də yaş idi...Heç cür anlamırdı genc adam,hər şey bu qədər gözəl ikən niyə ağlayirlar ki???Birazdan sevgilisi gələcək,öpüşüb qucaqlayacaqlar bir-birlərini...Sonra üzüklərini taxib evliliyə ilk addımalarını atacaqlar...Adam o qədər həyəcanlı idi ki,sevdiyinə qovuşmaq üçün can atırdı...Yenə saatına baxdı...Narahat olmağa başladı...Sevdiyi gecikirdi...Həm də cox...Axı onlar bu gün sözlənəcəklər...Bes onda niyə gecikir???Ağlına pis düşüncələr gəldi oğlanın...Qorxmağa başladı...Yox...Yoxxxx....Ola bilməz,sevdiyinə heç nə ola bilməz,onları heç kim ayıra bilməz...Bunu düşünmək ona acı verirdi...Gözlərini yərə dikdi.Göz yaşlarını heç kim görməsin deyə...Nədənsə ətrafındakı insanlar ona dəli kimi baxırdılar.Sanki ağlını itirib...Bu baxışlar onu narahat edirdi.Artıq bezmişdi.Yenə sevgilisi gəldi ağlına..."Niyə gəlmədi görəsən?"-deyə düşündü...Dərindən ah çəkib "7 il oldu..."-dedi.7 ildir hər gün bu sahildədir gənc adam...Sevdiyini gözləyir 7 ildi...Dözə bilmədi,ürəyi parçalanırdı..."Yənə gəlməyəcək,yaxşısı budu evinə gedim.Heç olmasa gülləri həmişəki kimi yanına qoyaram""-deyə öz özünə fikirləşdi gənc adam...Ayağa qalxdı və sevdiyinə gülləri vermək üçün yaşıl təpənin arxasındakı qəbristanlığa doğru gətməyə başladı...

Bitməyən sevgi


Geri dön

CandyGirl

  • 7 iyul 2011 23:04
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tewekkur edirem

--------------------

::..ONSLAUGHT::..

  • 11 mart 2011 20:05
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 9 mart 2011 02:02
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol yazi ucun

gul_93

  • 4 mart 2011 16:30
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

Irane

  • 7 yanvar 2011 15:26
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
tesekkur

--------------------

R_O_M_A

  • 9 may 2010 16:15
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
seven qelbde sevgi bitmez sen ne qeder istesende love

--------------------

Ulya

  • 6 may 2010 16:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

LOVE IS DEAD

  • 5 may 2010 23:29
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
bilseydim hec oxumazdim eh-eh tesekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

OK

  • 5 may 2010 01:36
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Teshekkurler.

--------------------

Little_Devil

  • 5 may 2010 00:56
  • Məqalə: 8
  • Şərh: 444
  • Bal:
{awards}
Indi chetin ki, bele sevgi ola.. 7 il .....
Teshekkur..

--------------------
Insanlar qizilgullerin arxasinca qacaken, ayaqlarinin altindaki nergizlere fikir vermezler

(^_^)

  • 4 may 2010 23:23
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
men hech kesi sevmirem. bu eladir.

--------------------
Silahını vicdanın tək təmiz saxla. Çünki əvvəl Allah sonra silahın sənə kömək olacaq.

Ayka

  • 4 may 2010 23:19
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
Sitat: Mr_UNLIMITED
Tesirli Hekayedi.Teshekkurler. Sevginin Gucune bax Sen. Ama Her Kes Bunu Derk Ede Bilmir((((((

Seninle tam raziyam
Teshekkurler

Mr_Unlimited

  • 4 may 2010 23:16
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
Hmm.Tesirli Hekayedi.Teshekkurler. Sevginin Gucune bax Sen. Ama Her Kes Bunu Derk Ede Bilmir((((((

nn_nn

  • 4 may 2010 22:58
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Rey yazan her kesin...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 20
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}