Həcc savabına bərabər namaz

 
Həcc savabına bərabər namaz

Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...


Həcc əməlinin başlanmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu il də bir çox müsəlmanlar Allah evinin və Hz.Rəsuli-Əkrəmin(s) ziyarət edilməsinə nail ola bilmədilər. Amma təəssüflənməyə dəyməz. Hz.İmam Sadiq(ə) biz müsəlmanlara bir namaz öyrədib ki, həmin namazı qılan şəxs Həcci yerinə yetirən şəxsin savabına nail olur.

Hz.İmam Sadiq(ə) buyurmuşdur: Atam Məhəmməd Baqir(ə) mənə buyurdu: "Oğlum Zilhiccə ayının ilk on günlüyündə şam və xiftən namazları arasında olan namazı heç vaxt tərk etmə. Həmin namaz iki rikətdən ibarətdir; hər rikətdə Fatihə surəsindən sonra Əraf surəsinin 142-ci ayəsini oxu. Əgər həmin namazı qılarsansa, baxmayaraq ki, Həccə getməmisən amma Həcc əməli yerinə yetirmiş şəxsin savabına nail olarsan".

ZİLHİCCƏ AYI
Ayların on ikincisi və hörmətli aylardan, "əşhurul-hurumun" ikincisi Zilhiccədir.Qaynaqlardan məlum olduğu kimi Qurban bayramı da daxil olmaqla Zilhiccə ayı, mübarək ayların ən mühimləri arasında yer almaqdadır. Əshabələrdən İbn Abbas (r.a) Peyğəmbərdən (s.a.s) bu ayla bağlı aşağıdakı hədisi nəql etmişdir: Peyğəmbər (s.a.s) Zilhiccənin ilk on günündə edilən ibadətlər digər aylarda edilən yaxşı əməllərdən, Allah nəzdində daha məqbuldur buyurunca orada olanlar; Ya Peyğəmbər (s.a.s) Allah yolunda edilən cihad da Zülhiccədə edilən ibadətdən daha sevimlimidir? dedilər. Peyğəmbər (s.a.s) bəli cihad da. Yalnız malını, canını təhlükəyə qoyaraq cihada çıxıb dönməyən (şəhid olan) kimsənin cihadı bundan daha fəzilətlidir buyurdu. (Təcrid, III, 188)

Zilhiccənin səkkizinci gününə “tərviyyə günü”, doqquzuncu gününə “Ərəfə günü” Qurban bayramı gününə ( onuncu gününə) “Nəhr günü” ondan sonrakı üç günə də “Təşriq günləri" deyilmişdir.

Ərəfə günü burada Qurban bayramından bir öncəki gün mənasında deyil Ərəfada vəqfa gününü nəzərdə tutan bir anlama gəlir.


Həc surəsinin 28-ci ayəsində keçən Əyyamr-malumat: Müəyyən günlər ilə Bəqərə surəsinin 203-cü ayəsində keçən Əyyamı-madudat: “Sayılan günlər” İbn Abbas (r.a) tərəfindən Zilhiccənin ilk on günü və təşriq günləri deyə təfsir edilmişdir. “Əyyamı malumat”ın tərviyyə və Ərəfa günü, Əyyamı madudatın təşriq günləri olduğuna dair rəvayət də vardır.

Bu günlər üçün xoş görülmüş bir ibadər vardır ki, buna “təşriq təkbirləri” deyilməkdədir. Allahu əkbər, Allahu Əkbər, lə iləhə illallahu vallahu əkbər Allahu əkbər vəlillahul-hamd şəklindəki təkbirləri Ərəfə günü sabah namazından bayram günü əsr namazına qədər namazların fərzlərindən sonra söylənilir.

Zilhiccənin ilk yarısındakı günlər, Uca Allah qatında dəyərli günlər arasındadır. Hətta Cümə həftənin; Zilhiccənin ilk onu isə ilin mübarək günləridir deyilmişdi. Buna görə Zilhiccənin ilk onuna təsadüf edən Cümə hər iki fəziləti də toplayacağı üçün ilin ən mübarək günlərindən biri sayılmışdır.


Peyğəmbər (s.a.s) və əshabələri bir çox fəzilətin bir arada toplandığı Zilhiccənin ilk yarısını, zikrlə, ibadətlə keçirər, yoxsullara kömək edərdilər. Dolayısı ilə onları örnək alaraq müsəlmanların o günlərdə ibadətlərinə diqqət etmələri, dualarını artırmaları, xeyir işlər çox görmələri, günahları üçün tövbə etmələri çox gözəl olardı.

Bunu da xatırlamaq lazımdır ki, Zilhiccə ayının içində Həc və Qurban ibadəti vardır.
Allah bizi bu aydan faydalananlardan etsin. Amin


Geri dön

☮★Azerbaijan Boy★☮

  • 16 mart 2013 21:13
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
Bismillahir Rəhmanir Rəhim...

--------------------

so_sad

  • 10 mart 2013 20:05
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Zilhiccənin səkkizinci gününə “tərviyyə günü”, doqquzuncu gününə “Ərəfə günü” Qurban bayramı gününə ( onuncu gününə) “Nəhr günü” ondan sonrakı üç günə də “Təşriq günləri" deyilmişdir.

R.M_FaNaTka

  • 3 mart 2013 11:35
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...deyerli sozlercun tesekkurler........

--------------------

ShoKKi_MoKKi

  • 2 mart 2013 20:47
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Zilhiccə ayının içində Həc və Qurban ibadəti vardır.
Allah bizi bu aydan faydalananlardan etsin. Amin

--------------------

surawka

  • 22 fevral 2013 17:16
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Təşəkkürlər...

so_sad

  • 19 fevral 2013 17:03
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

solnuska

  • 19 fevral 2013 15:30
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Zilhiccə ayının içində Həc və Qurban ibadəti vardır.
Allah bizi bu aydan faydalananlardan etsin. Amin

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

::KraSaV4iK::

  • 19 fevral 2013 14:45
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
ALAH RAZI OLSUN

--------------------

fatime gul

  • 19 fevral 2013 14:26
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
Allah razi olsun

Silent_ Night

  • 19 fevral 2013 14:23
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

seva20

  • 19 fevral 2013 13:31
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
ALLAH razi olsun sizden elleriniz derd gormesin

eliyevayten

  • 19 fevral 2013 11:02
  • Məqalə: 0
  • Şərh: 124
  • Bal:
{awards}
Amin cumlemizi. bele gozel ibretamiz melumatlari paylasdiginiza gore cox saq olu ALLAH sizden razi olsun

--------------------
Qadin bir incidir. Inci ise sedefde olur, qadinin sedefi onun hicabidir.

ღLovelyღ

  • 19 fevral 2013 10:48
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Nermin:)))

  • 19 fevral 2013 10:34
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
Allah razi olsun

_BaSiMiN BeLaSi_

  • 19 fevral 2013 10:31
  • Məqalə: 16
  • Şərh: 447
  • Bal:
{awards}
sagolun xebere gore maraqli idi..

_trickster_

  • 19 fevral 2013 10:26
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
bilmirdim öyrendiyim yaxwi oldu..sağol

--------------------

mariana

  • 19 fevral 2013 10:24
  • Məqalə: 9
  • Şərh: 834
  • Bal:
{awards}
Tesekkurler

Dj_melek

  • 19 fevral 2013 09:51
  • Məqalə: 16
  • Şərh: 1494
  • Bal:
{awards}
Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}