Axirət aləminə səyahət-Demə qarşıda müsibətlər varmış

 
Axirət aləminə səyahət-Demə qarşıda müsibətlər varmış

ƏBÜL-FƏZLİN (Ə) HÜZURUNDA
Qalxıb yola düşdük. Bir əzəmətli qəsrin qarşısına çatdıq. Yolun iki tərəfindən xoş surətli, həmyaş cavanlar qılıncı çiyinlərinə qoyub cərgə ilə durmuşdular. Hadi onların başçısından icazə istədi ki, aralarından keçib, gedək. Sənədə imza qoyulub-qoyulmayacağı sarıdan çox narahat idik. Biz qəsrin qapısına çatanda bir neçə silahlı süvari bayıra çıxırdı. Qəsrdən heybətli “tələsin, tələsin!” sədaları ucalırdı. Süvarilər tələsik getdilər. Səsdən hamının bədəni titrəyirdi. Qəsrdən çölə çıxan şəxsdən soruşduq ki, nə olub?
Dedi… Şəhvət məntəqəsində məhbus olunmalı pis əxlaqlı bir alim səhvən “Vadiyüs-səlama” daxil olub. Əbülfəzl (ə) qəzəblənib, süvari göndərdi ki, onu geri qaytarsınlar.
Biz qorxa-qorxa, iztirabla qəsrə daxil olduq. Gördük ki, Həzrətin çöhrəsi tutulub, qəzəbdən boyun damarları qalxıb, gözləri qan dolu kasaya dönüb.
Buyurdu… Belə bir vücudla azad halda pak əraziyə girdikləri üçün onların əzabı iki qat olmalıdır. Kimsə onlara mane olmayıbmı? Onlarla qardaşımın qətlinə fərman vermiş Kufə qazısı arasında nə fərq vardır?!
Həzrətin heybətindən nəfəslər içəri çəkilmiş, adamlar ruhsuz mücəssəmə kimi dayanmışdılar. Biz də bir guşədə kizlənmiş, güvə kimi əsirdik. Nəhayət, süvarilər qayıtdılar və ərz etdilər ki, həmin alim veyl quyusuna salındı, müvəkkillər cəzalandırıldı.
Yavaş-yavaş Həzrət təskinlik tapdı. Hadi ilə qabağa gəlib, təzim etdik, salam verdik. Hadi icazə vərəqini təqdim etdi. O, Əli (ə)-ın imzasını öpüb, vərəqi qəbul etdi.
Mən sevincdən baş-ayaq vuran halda özümü onun mübarək qədəmlərinə yıxdım. Yeri öpüb, gözümdən şadlıq yaşları axıtdım.
Buyurudu… Necə keçindiniz?
Ərz etdim… Əlhəmdu lillah, ümidimiz bütün hallarda sizədir və sizə olacaq. Siz daha dəyərli yol və böyük vəsiləsiniz.
Yenidən qədəmlərinə yıxılıb, öpdüm və qalxdım.
Buyurdu… Bütün bərzəx (ölüm və Qiyamət arası fasilə) aləmlərində sizə şəfaət (bağışlatmaq) göstərişi verilməmişdir. İşin sonuna, Cəhənnəm səfərinə qədər öz ehtiyatınızla getməlisiniz. Bununla belə, bizim batini köməklərimiz sizinlədir. Lakin mənim comərdliyim tələb edir ki, dəfələrlə sizin kimi qardaşımın ziyarətinə susuz gedənləri, ona əza saxlayanları saxlayıb, qoruyaq.
Bu zaman gördüm ki, az yaşlı bir cavan Həzrət Əbülfəzlin yanında əyləşib və günəş tək nur saçır. Bu nurlu çöhrəyə baxmağa taqətimiz çatmırdı. Çöhrəsindən cəlal, əzəmət yağırdı. Həzrət onunla təvazö ilə danışırdı. Hiss olunurdu ki, bu cavan, Həzrətin nəzərində mühüm və dəyərlidir. Hadidən onun haqqında soruşdum. Dedi… Bilmirəm. Amma deyəsən, “Həl-əta”nı oxuyan xoş sədalı cavan odur.
Bizdən qabaqda dayanan adamdan soruşdum. Dedi… Deyəsən, Əli Əsğərdir (Hüseyn (ə)-ın kiçik şəhid oğlu). Bu sözün sübutu onun nurlu boğazındakı üzük kimi görünən qırmızı xətdir. Bu xətt onun boğazına başqa bir zinətdir!
Dedim… İntiqam üçün ricətimiz (yenidən dünyaya qayıtmağımız) çox yaxşı olardı.
Əbülfəzl (ə) gizli söhbətimizdən xəbərdar olub, buyurdu… İnşallah, tezliklə olacaq.
“Sizi sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”
Əmin oldum ki, o cavan Əliyyibni Hüseyndir. Onun cəmal və cəlalına vuruldum. Məni o qədər cəzb etdi ki, gözlərimi ondan çəkə bilmədim. Hansı ki, böyüklərə baxmağın ədəbə zidd olduğunu bilirdim. Nə edim ki, cəlalı qovur, cəmalı çağırır. Bu iki ziddiyyət arasında bədənim elə əsirdi ki, özümü saxlaya bilmirdim. O cavan mənim halımı bilirmiş kimi mənə baxdı. Bir xələt göndərdi. Çiynimə saldılar. O əziz kəsin mərhəmət və diqqətini mənim ona olan eşq-əlaqəmin nəticəsi kimi gördüm. Torpağı öpdüm. Qəlbim iztirabdan təskinlik tapdı ki, ikitərəfli məhəbbətə nail oldum.
Hadi dedi… Gəl ya mənzilimizə gedib istirahət edək, ya da bu bağları seyr edək. İcazən imzalanıb, xələtini də almısan!
Düşündüm ki, bu biçarə əqlin fövqündə dayaynan işlərdən xəbərsizdi. Bilmir ki, mən bu məclis və onun əhlinə o qədər bağlıyam ki, ayrıla bilmirəm.
Dedim… Hadi, mənim bu məclisdə danışmağa dilim yoxdur. Öyrən gör, Həzrət bu xələti mənə nə üçün verdi. Mən özümü nəinki bu əzəmətli məhəbbətə, heç onun baxışına belə layiq bilmirəm!
Hadi mənim tərəfimdən vəkil kimi bu sualı izhar etdi.
Buyurdular… O, minbərdə “ey örtünüb, bürünmüş Peyğəmbər, qalx, (camaatı ilahi əzabdan) qorxut!” ayəsinin nazil olma səbəbini deyəndən sonra ayəni mənə tətbiq etdi. Bir halda ki, atam Kərbəla meydanında tənha qalıb “mənə yardım edən bir köməkçi varmı?” deyə ucadan çağırırdı. Mənsə xeymədə ağlayırdım. Bu oxşatmadan qəlbim şad oldu. Bəlkə, Peyğəmbərin də xoşu gəldi. Buna görə ona xələt verdim. Bu, ona layiq deyil, amma bu aləmə uyğundur. Çünki bu aləmdə gözəl olan o aləm həqiqətinin kiçildilmişi, gül şaxəsinin kölgəsidir. Ona görə də bərzəx–keçid, bağlayıcı adlanır. Həqiqi vətənə, mütləq həqiqətə çatanda həqiqi xələtini alacaqdır. Axirət aləmində səadət əhli üçün görünməmiş, eşidilməmiş, düşünülməmiş nemətlər vardır.
Onlar qəfildən qaxıb atlarına süvar oldular. Atlar qanadlanıb şəhərdən çıxdılar və uca məqamlarına yola düşdülər.

DEMƏ QARŞIDA MÜSİBƏTLƏR VARMIŞ...

Mən Hadinin əlindən tutdum və həsrət içində mənzilə qayıtdıq. Amma nə qədər baxdıqsa, burada əvvəlki əzəməti, gözəlliyi görmədik. Bizim onlara bağlılığımız da qırıldı.
Dedim… Yaxşı, sabah yola çıxaq.
Hadi dedi… On günədək burada istirahət etməyimiz mümkündür.
Dedim… Mənim üçün on dəqiqə də çətindir. Ona yetişib, yanında olmasam, rahatlıq üzü görməyəcəyəm.
Dedi… Nə yaman tamahkarsan! Məgər bu aləmdə öz həddini aşmaq mümkündür! Bura cəhalət dünyası deyil ki, heyf deyib, nəyəsə meyl edəsən. Ədalət mizanı bir tükcə xəta etməz. Bəli, onlar fəzilətləri səbəbindən dostlara bəzən diqqət yetirirlər. Amma ölçüsüz həvəslərə yer yox! Onlar izzət zirvəsində, sənsə zillət torpağının aşağı nöqtəsində.
Qəlbimin odu, alovu səngimədisə də, susmaqdan başqa çarəm qalmadı. Çünki mənim halımın şərhi məntiqi ölçülərə sığmırdı. Hadininsə başqa bir məntiqi yoxdu. Səsimi uddum, Allah istəyən olacaq.
Hadi dedi… Gedək bir az bağlar arası gəzək, könlümüz açılsın.
Getdim, amma mənim üçün bir həzz olmadı. Hər nədən keçsən, dost sözü daha xoşdur. Dedim… O nə üçün öz tilavətində “Həl əta” surəsini seçmişdi?
Hadi dedi… Biz nə bilirik ki, bu mətləbdə nə hikmət var. Heç lazım da deyil ki, bilək. Bunu bilməyimiz lazımdır ki, etdikləri, dedikləri hikmət, savab, xeyir üçündür.
Amma “onun hikməti budur, o deyil”, deməyimiz işə qarışmaq, ifarata varmaqdan əlavə, həm də xətərlidir. Çünki yalan olmaq ehtimalı var. Bəli, biz ağlımız kəsən qədər deyə bilərik ki, bu mübarək surə Əli (ə) və onun əhli-beytinin, ailəsinin fəziləti haqqındadır. Onlar da Əlini (ə) sevir və bu surə Əlinin (ə) fəzilətini bəyan etdiyindən bu surəni də dost tuturlar. Necə ki, sən dedin mən də dost tuturam. “Allah rizası üçün yeməyi yoxsula, yetimə, əsirə yedirərlər”, ayəsində onun üçün su istəniləndə və düşmənlər verməyəndə özünə və atasına olan müsibətə işarə olub. Hansı ki, suyun dəyəri yeməyin dəyərindən çox-çox az, həmin yetim, miskin, əsir o üç nəfərdən daha fəzilətli idi.
Bu vəziyyətdə onların işinin hikmətindən danışmasaq, daha yaxşıdır. Amanda olarıq.
Dedim… Əgər onun məqsədi axırıncı dediyidirsə, demək qanları hələ də qaynayır.
Dedi… Əlbəttə ki, qaynayır! Boğazının altındakı qırmızı xətt nəinki bir sübut, həm də böyük bir dəlildir. Onlar fərəcin (zühur) intizarını adi möminlərdən daha çox çəkirlər. Nə qədər ki, intiqam almayıblar, qanları qaynamaqdan dayanmayacaq. Necə ki, Bəni-israildən yetmiş min və ya yeddi yüz min nəfər qətlə yetirilməyincə, Həzrət Yəhyanın qanının dayanması mümkün olmadı.
Dedim… O dedi ki, bu xələt bu aləmə uyğundur və bu aləmin yaxşılıqları o aləmin kölgəsidir.
Dedi… Doğrudur, necə ki, maddi dünya da bu aləmin kölgəsidir. Yuxarıdakının aşağıda surəti vardır. Hüsn və kamalat vücud üçündür. Vücud hansı dərəcəyə enərsə, zəifləyərsə, kamalın vücudu və onun əsərləri də zəifləyər.
Hadi gördü ki, mən onun fikir-zikrindən bir şey anlamıram, bağ-bağatdakı gəzintimizin də bir faydası yoxdur. Bu səbəbdən mənzilə qayıtdıq. Hadi dedi… Bizim burada on gün möhlətimiz var ki, əməlli-başlı hazırlaşıb, qüvvə toplayaq.
Yolkəsənlər xeyli güclü, qarşıdakı fəlakətlər çox, sənin qüvvən isə azdır. Bu cümə də dünyəvi evinə getməlisən. Ola bilsin ki, “ölülərinizi xeyir işlərlə yad edin” sifarişinə görə səni xatırlasınlar və güc vasitələrin hazırlansın.
Dedi… Məgər sən demədinmi ki, Vadiyüs-səlam ərazisindəyik və hər şeydən amandayıq? İndi isə deyirsən Vadiyüs-səlamda da yolkəsən var. Bu nə sözdür? Sənin istəyin məni məəttəl etməkdir. Ey vəfalı dost, vəfasız olmusan.
Ağlamaq məni tutdu. Vadiyüs-səlam, yəni mənim bədbəxtliyimin başlanğıcı.
Dedi… Ey mənim əzizim, mənim vəfam uzaqgörənliyə xatirdir. Çünki qarşıda səni nə gözlədiyini bilmirsən. Yol çətindir. Vadiyüs-səlamın kənarı Bərəhut çölünə bitişir. Atəş və əzabla doludur. Sənin qaran bu neçə mənzildə amansızcasına səni büdrətmək niyyətindədir. Azca büdrəməklə Bərəhuta düşə bilərsən. Mən də o əraziyə daxil olmaram. Qorxuram ki, burada on gün gözləmək istəməyib xətər və əzabla dolu o ərazidə on ay məhbus olasan.
Dedim… Demək istəyirsən ki, Sirat körpüsü, Qiyamət günü görüşümüzə gəlib? Bu heç vaxt ola bilməz!
Dedi… Bəli, əvvəlcədən də dedim. Amma sən dilxorsan. Məgər demədim ki, yuxarıda olanın aşağıda surəti var? Bəli, bu neçə mənzil həmin Sirat körpüsünün aşağı dərəcəsi, kölgəsidir. Dediklərimdən savayı bir çarə yoxdur. Olacağın çarəsini olmamışdan görmək lazımdır.


Geri dön

so_sad

  • 10 mart 2013 20:26
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
Allah razi olsun

ZuZuM__

  • 3 mart 2013 21:32
  • Məqalə: 430
  • Şərh: 6748
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

surawka

  • 22 fevral 2013 19:37
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
Allah razi olsun

fatime gul

  • 20 fevral 2013 02:03
  • Məqalə: 0
  • Şərh: 1073
  • Bal:
{awards}
Allah razi olsun

★Azerbaijan girl★

  • 19 fevral 2013 23:23
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun.......

Gül Əliyeva

  • 19 fevral 2013 20:56
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Təşəkkür edirəm
Allah razı olsun...

✰GlaMurKa✰

  • 19 fevral 2013 20:42
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
tesekkurler serhlere gore)

angeL :)

  • 19 fevral 2013 20:19
  • Məqalə: 39
  • Şərh: 2187
  • Bal:
{awards}
ALLAh razi olsun sizden

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

ShoKKi_MoKKi

  • 19 fevral 2013 19:50
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN baci deyerli meqale ucun coox sagol...

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 fevral 2013 19:44
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
“Sizi sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”

--------------------

Gun_el

  • 19 fevral 2013 19:27
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
“Allah rizası üçün yeməyi yoxsula, yetimə, əsirə yedirərlər”

--------------------


Kamran.E

  • 19 fevral 2013 19:16
  • Məqalə: 5
  • Şərh: 991
  • Bal:
{awards}
Dedi… Bəli, əvvəlcədən də dedim. Amma sən dilxorsan. Məgər demədim ki, yuxarıda olanın aşağıda surəti var? Bəli, bu neçə mənzil həmin Sirat körpüsünün aşağı dərəcəsi, kölgəsidir. Dediklərimdən savayı bir çarə yoxdur. Olacağın çarəsini olmamışdan görmək lazımdır.

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

seva20

  • 19 fevral 2013 19:07
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

Dj_melek

  • 19 fevral 2013 18:43
  • Məqalə: 16
  • Şərh: 1417
  • Bal:
{awards}
Allah razi olsun

ツMrs.Crazy ツ

  • 19 fevral 2013 18:37
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
“Sizi sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”

ღLovelyღ

  • 19 fevral 2013 18:28
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

_trickster_

  • 19 fevral 2013 18:09
  • Məqalə: 39
  • Şərh: 2683
  • Bal:
{awards}
oxudum ...Allah razi olsun

--------------------

barsa yek

  • 19 fevral 2013 18:02
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
Tewekkurler

--------------------

NeskA96

  • 19 fevral 2013 17:50
  • Məqalə: 0
  • Şərh: 202
  • Bal:
{awards}
teşekkürklerrrrrrr

::KraSaV4iK::

  • 19 fevral 2013 17:46
  • Məqalə: 49
  • Şərh: 2137
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

so_sad

  • 19 fevral 2013 17:41
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Allah razi olsun

Friendly_Girl

  • 19 fevral 2013 17:34
  • Məqalə: 21
  • Şərh: 2989
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------

canim ablamin ilk hediyesi
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}