Bakının şübhəli, təhlükəli və bahalı restoranları

 
Bakının şübhəli, təhlükəli və bahalı restoranları


Cibinizə uyğun keyfiyyətli və sərfəli yemək sifariş etmək istəyirsiniz? Qiymətlərimiz belədir: ...

Bölgələrdə iş yerlərinin və əməkhaqqının paytaxta nisbətən azlığı tez-tez vurğulansa da, Bakıda yaşayanların durumu kiçik şəhərlərdə və kəndlərdə yaşayanlardan daha çətindir desək, ədalətsizlik etmiş olmarıq. Dünyanın əksər iri meqapolislərində olduğu kimi, Bakıda da həyat, yaşam bahalıdır, ölməmək bahalıdır. Bu dəfə Bakının mərkəzi rayonlarında restoran və kafelərin durumundan, göstərdikləri xidmətdən və xidmətə görə ödənilən məbləğdən yazacağıq.

Bakının mərkəzində ən ucuz nahar neçəyə başa gəlir?

Təsəvvür edin ki, şəhərin mərkəzində normal görünüşə malik ortabab bir kafedə nahar etmək niyyətinə düşdünüz. Kabab belə kafelərin menyusunda əsas yeri tutur. Fərz edək ki, müştəri bir şiş kabab istəyir, bir pors salat, bir tikə pendir və bir şüşə su. Yəni, ən sadə bir menyu. Hesabı istəyəndə isə, bir pay üçün “oxunan” qiymətləri eşidəndə təəccübdən birtəhər olursan, yeyib-içdiyin az qalır burnundan gəlsin.
Bir şiş kabab - 6-7 manat, salat - 2 manat, pendir- 1.5-2 manat, 1 stəkan su və ya şirə- 1-2 manat. Orta hesabla 1 şiş kababda ən çox olsa 200 qram ət olar. Ətin kilosu 6-7 manatdır, 1 şiş kababın niyə 1 kilo ətin qiymətində müştəriyə sırınması maraqlıdır.
Nəzərə alsaq ki, restoran və kafelər əti bazar qiymətindən bir az aşağı alırlar, onda bu ətin müştəriyə 5 qat qiymətə sırındığı məlum olur. Eləcə də, salat, içki və digər soyuq qəlyanaltılar dəyərindən 4-5 dəfə baha satılır.

Qısası, bir dəfə yüngül naharlanmaq insana 10-15 manata başa gəlir. Normal naharlanmaq üçün isə 1 pay da şorba əlavə etmək lazım gələcək ki, bunun da qiyməti azı 3-4 manatdır. Yeməkdən sonra çay içmək istəsən o zaman daha 2 manat da hesaba əlavə etməli olacaqsan (baxmayaraq ki, bir çaydan çayın maya dəyəri heç 20 qəpik belə etmir). Yəni, ən ucuz normal nahar 20 manat edir.

Maraqlısı isə odur ki, bu soyğunçuluqdan sonra irad bildirmək istəyən müştərilərə elə baxırlar ki, elə bil pis iş görürsən, ya da soruşulmayası sözü soruşursan. Cavab da belə: “Bizdə xidmət əladır, kafemiz VİP-dir, yeməklərimiz keyfiyyətlidir və s.”
Onu da deyək ki, biz elit restoranlardan danışmırıq, adi yeməkxanaları nəzərdə tuturuq. Amma şəhərimizdə qiymətlərin kəllə-çarxda olduğu restoranlar da az deyil. Bu barədə bir az sonra, hələlik isə, yeni restoran biznesi - “fast-foodlar” haqda...

Ekspress nahar və ya “fast-food” servisi

Sözügedən məkanlarda təklif olunan yeməklər həm də ünvana çatdırılır. Sifariş edilən yeməkləri ünvana “pulsuz” çatdıran restoran və kafe əslində yeməklərdən kifayət qədər qazanır, bunun üçün ünvana çatdırmaq üçün əlavə ödəniş almağa ehtiyac qalmır.
Səbəbini soracaq olursanız, təklif olunan yeməklərin qiymətlərinə diqqət edin. Şəhərin mərkəzində məhşur bir məkanın yeməklərinin qiymətləri. Bir pay üçün:

1. Lahmacun - 2 manat
2. Salatlar ��" 2-3 manat
3. Şorbalar ��" 2-4 manat
4. Şirniyyatlar ��" 2-3 manat
5. Dönər (növündən asılı olaraq) - 3-5 manat
6. Kabab (1 şiş- 200 qr) ��" 5-6 manat
7. Səhər yeməyi - 5-6 manat
8. Qazan yeməkləri - 4-5 manat
9. İçkilər (stəkan) - 1-2 manat


Göründüyü kimi, yeməklərin qiyməti kifayət qədər bahadır. Hesablayaq: sıradan bir nahar etmək üçün bu məkana girsəniz və ən sadə menyunu istəsəniz, belə bir mənzərə alınacaq: yemək (1 pay sulu, 1 pay quru) - 6 manat, salat - 2 manat, içəcək - 1-2 manat, ortalama 10 manat. Gündə bir dəfə bu cür nahar etsən, həftədə 50-60 manat, ayda 200 manatdan çox pul edir.
Üstəlik, bir pay sayılan bu yeməklər əslində, çox kiçik həcmdə təklif olunur ki, normal qidalanan insanın doyması üçün kifayət etmir. Ona görə də biz jurnalistlər kimi az maaşa işləyən “ofis”çilər ucuz çatdırma servislərinə, “fast-food”çulara müraciət etməyə məcbur olurlar.

Möcüzəsiz sobalardan çıxan möcüzəli qiymətlər

Hər gün mərkəzdəki ofislərə yeni bir restoranın və ya kafenin reklam bukletləri təqdim olunur. Deyəsən, yeni dövrün gərgin iş qrafikinin ofis işçilərini əlüstü, kompüter qarşısından qalxmadan “nahar” etməyə məcbur etməsi “fast-food” restoranların bazarını gücləndirir.
Müştəri sarıdan korluq çəkməyən şirniyyat məmulatları və “fast-food”lar hazırlayıb satan kafe-mağazalarda da qiymətlər dəhşətli dərəcədə bahadır. Məsələn, içərisində heç nə olmayan adi kiçik bulkanın və ya kökənin qiyməti 40-50 qəpikdir. Maraqlıdır, çörəyin qiyməti 30 qəpik olduğu halda, onun onda biri qədər çəkisi olmayan adi bulka necə 40-50 qəpik ola bilər?
Bu bulkanın arasına sosis, kartof püresi, meyvə cemi, göyərti kimi ərzaqlardan biri qoyulduqda qiymət azı 1-2 manata çıxır. Belə “sendviç”in azı 3-ü yeməlisən ki aclığını bir az təxirə salasan. Ayran və ya dovğa 40 qəpik, çay və kakao isə 1 fincanı 30 qəpiyə. Yəni, belə yerlərdə əülstü nahar azı 3-4 manata başa gəlir.
O ki, qaldı “fast-food” yeməklərin sağlamlıq üçün yaratdığı təhlükələrə və xəstəliklərə bu barədə çox yazılıb və bu tamam başqa bir söhbətin mövzusudur.

Bahalı restoranların müştəriləri daha çoxdur

Paytaxtımızın mərkəzində sadə insanların gedəcəyi və ya gedə biləcəyi məkanlar olduqca azdır. Çoxlarımız üçün əlçatmaz olan belə məkanların sayı da getdikcə artır. VİP adlandırırlan kafelər, restoranlar cah-cəlalı ilə göz qamaşdırır. Bir az bəzək-düzək, bir az yaxşı xidmət və bunların nəticəsində də əməlli-başlı soyğunçuluq. Lakin buna baxmayaraq bahalı restoranlar müştəri sarıdan korluq çəkmirlər.
Heç kimə sirr deyil ki, belə məkanlara özümüzdən çox, şəhərimizə kök salan əcnəbilər gedir. Ən yaxşı işlərdə çalışan əcnəbilər elə ən yaxşı kafe və restoranlarda nahar edir. Bir az da dərinə getsək görərik ki, elə nəinki naharı, səhər və şam yeməklərini də bu cür məkanlarda edən əcnəbilərdən ötrü bu hesablama önəmli deyil.
Bakının hər yerini bürümüş Türk restoranlarında da bahalıqdır. Düzdür, burada xidmət və şərait yüksəkdir, amma müştərini verdiyi pul restoranın interyerindən və əlyəşdiyi masanın materialından daha çox maraqlandırır. Eyni sözlər Çin restoranlarına da aiddir.
Əslində, normal əməkhaqqının müqabilində bu restoranlarda nahar etmək problem yaratmaz. Amma nəzərə alsaq ki, bizim gerçəkliklər buna imkan vermir, insanlarımız olduqca az əməkhaqqı müqabilində gecə-gündüz çalışır, o zaman mənzərə başqa cür görünür. Qısası, bu cür yerlər sadə insanlar üçün nəzərdə tutulmayıb.

Şübhəli, naməlum və... təhlükəli yeməklər

Xidmətlərin və yeməklərin keyfiyyətinə gəldikdə qeyd etməliyik ki, müştəri yediyi yeməyin hansı keyfiyyətli məhsuldan hazırlandığını bilmir və hazırlanma prosesini görmür. Sivil ölkələrdə kafe-restoranların salonlarını mətbəxdən şəffaf şüşə arakəsmə ayırır ki, müştəri yeməyin hansı ərzaqdan və hansı gigiyenik şəraitdə hazırlandığını görür.
Son vaxtlar mediada yayımlanan saxta məhsulların aşkar olunması haqda xəbərlər, belə keyfiyyətsiz məhsulların əsasən, kafe-restoranlarda realizə edildiyi haqda söylənənlər, şadlıq evləri və restoranlarda baş verən kütləvi zəhərlənmə halları da narahatlıq yaradır.
Adi bir fakt - qızardılmış yeməklərdə yağ birdəfəlik istifadə olunmalıdır, əks-halda bu ciddi zəhərlənmə yarada bilər. Bizim yeməkxanalarda isə, bu qaydaya əməl olunduğunu söyləmək olmaz. Bizdə səhər tavaya tökülən yağda axşamadək qızartma yeməklər bişirilir. Ümumiyyətlə, yeməyin hazırlandığı yağın keyfiyyətini, istifadə vaxtı keçib-keçmədiyini də bilmək olmur.
Bir çox kafe-restoranlarda qabların təmiz yuyulmaması və masaların üstünün yaxşı təmizlənməməsi də problem yarada bilir. Belə hallar yoluxucu xəstəliklərin tüğyan etməsinə gətirib çıxara bilər.

Müştəri məsuliyyətsizliyindən sui-istifadə biznesi

Bəzi restoranlar hətta bukletlərin üzərində öz ünvanlarını belə göstərmirlər ki, belə də ofislərə daşınan yeməklərin hansı məkanda hazırlandığı, bu yeməklərin sağlamlığa zərərli olmadığına kimi məsuliyyət daşıdığını anlamaq mümkün deyil.
“Xətai” metrostansiyanın yaxınlığında fəaliyyət göstərən rus adlı bir restoran isə hətta “Sahil” metrosunun yaxınlığındakı ofislərə belə buklet paylayıb. Bu qədər uzaq məsafədən yeməyin daşınmasındakı problemlər və şübhələr bir yana qalsın, bu bukletlər rus dilində hazırlanıb. Bilmək olmur ki, bu restoran Rusiyada fəaliyyət göstərir, yoxsa Azərbaycanda.
Üstəlik, bukletin üzərində ünvan yoxdur. Yalnız telefon nömrəsi var ki, onun vasitəsilə restoranın ünvanını güclə müəyyənləşdirə bildik. Restoranın əməkdaşı bizimlə söhbətində qeyd etdiyimiz məsələlərə aydınlıq gətirə bilmədi və vəziyyətdən çıxmaq üçün yaxın günlərdə yeni bukletlər hazırlanacağını, orada Azərbaycan dilində menyu və ünvanın qeyd olunacağını deməklə özünü xilas elədi.

Müsahibimiz yeməklərin qiymətlərinin normadan xeyli baha olmasına isə, ərzaqları baha aldıqları ilə izah etməyə çalışdı. Ona bazardakı mövcud qiymətləri xatırlatdıqda isə, “biz bazardan almırıq”-deyə cavab verdi. Belə yerdə nə deyəsən, belə çıxır ki, bu restorana kələm, pomidor, kartof kimi tərəvəzlər Amerikadan, ya da Yaponiyadan gətirilirmiş.

Kasıblar üçün restoranların varlı müştəriləri

Mərkəzdəki elit restoranlarda qiymətlər baha olduğundan orta və aşağı imkanlı təbəqə daha çox künc-bucaqdakı “xudmani” kafelərə üz tutur ki, burada da xidmət və keyfiyyətdən danışmaq çətindir.

Belə kafelərin çoxunda isə masaların üstündə heç menyu da yoxdur, bəzilərində isə menyu var, qiymətlər yoxdur. Belədə, qarson yemək-içməklərin adlarını bir-bir saymalı olur. Burada əsas problem odur ki, bütün yeməklərin qiymətini bir-bir soruşa bilmirsən (bu, çox vaxt aparır və başağrısı olur) və sonda sənə istədikləri qiyməti “oxuyurlar”. Yediyin yemək burnundan gəlir, amma heç nə deyə bilmirsən, desən belə “bizdə qiymətlər belədir, yeməyəydiniz”- deyə cavab verəcəklər. Xırman-yaba məsələsi yəni...
Bir şey də maraqlıdır- dünya ölkələrində maddi imkan cəhətdən aşağı təminatlı insanların üz tutduğu məhşur amerikan brendli restoranlar şəbəkəsinə bizdə imkanlı vətəndaşlarımız üz tutur ki, burada da kimya sənayesinin “nailiyyət”lərindən və ”genetik modofikasiya olunmuş məhsullardan hazırlanmış kimyəvi qidalara baha qiymət ödəyirlər.
Üstəlik, körpə və kiçik yaşlı uşaqları da bu restoranların xidmətlərinə- çipsilərə, kolalara və s zərərli məmulatlara dadandırırlar ki, bu da onların sağlam və təbii qidalanması tələbinin əksinədir.

ABŞ-ın özündə bu restoranlara qarşı istehlakçı birliklərinin mübarizəsi davam edir və getdikcə daha çox insan bu restoranlardan istifadə etməməyə qərar verir. Bizdə isə təqlidçilik güclü olduğuna görə, bu restoranda oturmağı başqalarından fərqlənmək çün vasitə hesab edənlər çoxdur. Bu, özəlliklə də yeniyetmə və gənclərə aiddir.
Müşahidələr göstərir ki, əksər müştərilər dedyimiz məqamlara diqqət etmirlər və bizim milli psixologiyamızı yaxşı bilən işbazlar bundan sui-istifadə edərək asan yolla yaxşı pul qazanırlar. Sağlamlığımızı tanımadığımız işbazlara etibar etməmişdən öncə düşünmək lazımdır. Və bir suala cavab vermək lazım gələcək- görəsən bu restoranın sahibini qazandığı pul daha çox maraqlandırır, yoxsa mənim sağlamlığım?

P.S. Reklam və antiraklam səbəblərindən araşdırdığımız kafe və restoranların adlarını çəkmədik. Onu deyə bilərik ki, Azərbacanda düzgün, vicdanlı, keyfiyyətli xidmət göstərən kafe-restoranlar da var, amma çox azdır... Onları tanıyıb seçmək üçün siə bunları yazdıq.


Geri dön

Humay16

  • 19 fevral 2011 18:43
  • Məqalə: 0
  • Şərh: 315
  • Bal:
ən yaxşısı evdə yeməkdir

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

Sergio Ramos

  • 22 dekabr 2010 22:03
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
oxumadım uzundu səbr çatmaz təşəkkür

--------------------

CandyGirl

  • 22 dekabr 2010 18:15
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli ve duz

--------------------

Asiyan

  • 22 dekabr 2010 16:43
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

MuslimGirl

  • 22 dekabr 2010 14:18
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler, maraqli xeber idi.

Ulya

  • 22 dekabr 2010 12:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli melumatlara gore twk winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}