Markes olmamaq arzusu

 
Markes olmamaq arzusu


İsa Peyğəmbərin əyninə kostyum geyindirin, boğazına qalstuk taxın

Bu yaxınlarda Markesin vəsiyyətini oxudum. Bəyənmədim. Ədəbiyyat nəhəngi təkrar doğulmaq istəyir. “Mənə bir də ömür verilsəydi...” – deyir. Məntiqsizliyin piki: bir millimetr belə fərqli yaşasaydı, indiki Markes olmayacaqdı. Yoxsa, o milyonlarla oxucusunu Markes olmayacaq təkrar ömrə qurban verir?

Dəhşət, Markes də belə düşünürmüş: təki yaşayım, “Yüz ilin tənhalığı”nı, “Ən gözəl” ölünü yazmamaq da olardı. Ədəbiyyat nəhəngi bir də doğulmaq arzusu ilə səhvsiz yaşamağı təbliğ edir. İyrənc görüntü: hamı səhvsizdi; uşaqlar valideynlərinin üstünə qışqırmırlar; sevgililər ayrılmırlar; siqaret, nəşə tüstülədən yoxdu; araq içmirlər; dava eləmirlər; özlərini soyuğa vermirlər; ucadan danışmırlar; televiziyalarda bayağı verilişlər yoxdu; hakimiyyət nefti hamının arasında bərabər bölüb; avtobus sürücüləri adamların adam olduğunu anlayıblar; cəbhədə snayper açılanda qarşı tərəfdəki əsgərin sinəsinə gül taxılır; hər yerdə quşlar oxuyur; çiçəklərin üzəri ilə yeriyirik; hamı xoşbəxtlik adlı quşun üstündə uçur.

Markes bunumu istəyirmiş? Bəs onda bir ölüyə vurulan kəndi hardan tapacaqdı?.. Ölünün idarə etdiyi mağmun adamlar olmasa, ədəbiyyat da ola bilməz. Yaşamağın sehri Markesi də sındırdı. O da oldu bizim tayımız.

Eh dostlar, onda Anarı, Elçini Fikrəti niyə qınayırıq ki?.. Onlardan soruşun: Bütün əsərlərinizin müəllifliyini əlinizdən alırlar və sizə yenidən ömr bəxş olunur. Xoşbəxt ömür, sağlam və uzun həyat. İstəyirsiz? Cavaba görə onların gözlərinə baxın. Dil nə deyir, desin. Gözlər parıldayacaq. Orda cavan, yaraşıqlı oğlan görəcəksiz. Gülür. Firəvandı. Hamı ona baxır. O, uçur. Adamlar da onun arxasınca uçur. Anara belə bir dünya verin, “Dantenin yubileyi”ni alın əlindən. Əkrəmin “Nar ağacı”nı yandırın, görəcəksiz bir cavan ocağa çör-çöp atır. Danışdırın onu. Soruşun:

- Adın nədi?
- Əkrəm.
- Bu ağac sizin həyətdəndi?
- Bəli.
- Niyə yandırırsan?
- Belə razılaşdırmışıq.
- Kiminlə?
- Allahla.
- O sənə əvəzində nə verəcək?
- Yenidən doğulmaq.
- Adını da dəyişəcəksən?
- Nə istəsə edərəm.
- Daha Əylisli olmayacaqsan.
- Razıyam, təki yenidən doğulum.

Doğulun. Hamınız YAP-ın üzvü olun. Ancaq kostyumda, qalstukda gəzin. Səliqəli danışın, dilimizin bütün qanunlarına əməl edin. Hansı əsərdə günəş batır oxumayın. Xoşbəxtlik nəğmələri dilinizin əzbəri olsun.

...buralar doludu, murdar qocalarla
onlar heç vaxt yatmırlar
onlar həmişə soruşurlar
“kim yatmış, kim oyaq”

Kimin ki, dilindən belə şeir eşitdiz “tərbiyəsiz” deyin ona. Allahla da aranız yaxşı olacaq axı. Ona deyərsiz tərbiyəsiz adamların əlindən qələmini almasın ki, yerinə rahat, xoşbəxt həyat bəxş edər. Qoy cəhənnəm olsun. Allahı mühasirəyə alın, qoymayın yaradıcı adamlar ona yaxın düşsün. O adam yenidən yaşamaq istəsə, hər şeyə tüpürməyə, daha əvvəldən, sağlam, rahat və çox yaşamağa hazır olsa, bəhbəhlə aparıın yaradanın yanına.

Bir xahişim də var, Allaha deyin, İsanı da diriltsin. Peyğımbərin boynuna qoyun ki, səhv yaşayıb. Yenidən yaşamağa sövq edin onu. Əyninə kostyum geyindirin, qalstuk taxın. Deyin ki, daha peyğəmbərə, onun yaşam fəlsəfəsinə ehtiyac yoxdu. Burda bir fəlsəfə var: səhvsiz yaşamaq.

Səhvsiz yaşamaq - robot olmaq. Hamınız robot olun.
Yazıq Kafka, yazıq Kamyu, yazıq Üzeyir Markes düsturundan xəbərsiz oldular. Öldülər.

Elan: Azərbaycanda Markes düsturunu həyat formuluna çevirənlərin Bakının Azadlıq meydanında toplantısı keçiriləcək. Adınıza olan nə yaradıcı iş varsa, gətirib meydandakı ocağa atın. Həmin gün Allahın qapısı açıq olacaq. Milyon-milyon qəbul edir. İstəyin ondan. Markes olmamağı istəyin.

P.S. Təkcə sən məni bağışla, Allahsız da keçinərəm.


Geri dön

Sergio Ramos

  • 22 dekabr 2010 22:42
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
təşəkkür

--------------------

Grace_Angel

  • 22 dekabr 2010 15:27
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler xebere gore...

--------------------

Ulya

  • 22 dekabr 2010 14:15
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol

Morning_Star

  • 22 dekabr 2010 13:53
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
belay

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 43
Cəmi: 89

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 45
Cəmi: 632
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}