Şou-biznes ulduzlarımız hansı caduya tutulublar?

 
Şou-biznes ulduzlarımız hansı caduya tutulublar?


Məşhur müğənni: "Cadunu sümüyümə ediblər ki, ölüm"

Azərbaycan şou-biznesin bir çox "sakinlər"i sırf sənətlə məşğul olsa da, digər bir qismi yalnız paxılıq çəkib hər hansı bir yollarla öndə gedənə mane olmağa çalışırlar. Kiminsə evini yıxmaq üçün ən müxtəlif vasitələr mövcuddur, onlardan ən birincisi və bizim məşhurlara yaxın olanı cadudur!
Bu dəfə sənətçilərin məhz bu problemlə əlaqədar yaşadıqlarını öyrəndik. Sizlərə caduya inanıb, ondan istifadə edən məşhurların adlarını açıqlayacağıq. Məşhurlarımız özləri cadu vasitəsi ilə kimisə "məhv etməyə" cəhd etdiklərini gizlətsələr də, onlara qarşı olunan mistik qüvvələrdən söz açdılar.

“Evimdə ki köməkçim mənə dedi ki, qapımızın qabağı torpaqdır”

Müğənni Lalə Məmmədova: "Öldürün məni, amma heç vaxt caduya-fala inanmamışam. Deyirlər var elə bir şey. Amma o, yalnız inanan adamları tutur. Bir sıra dualar var ki, mən onları hər gecə oxuyuram. Quranın kəlamından güclü nə ola bilər axı? Bəzən sual verirlər ki, Allah şeytanı, iblisi və mələyi niyə yaradıb? Mən də hər zaman cavab verirəm ki, bizi yoxlamaq üçün. Əslində belə əməllərə yalnız zəif insanlar uyur. Aciz insanlar darlığa düşəndə deyirlər ki, Allah yoxdur ki, bunları niyə görmür! Əstağfürullah! Necə insanlar Allahı dana bilərlər?! İnsan gərək ilk növbədə öz hərəkətlərinə fikir versin. Bir adam özünü analiz etsə, görər ki, harada səhvə yol verib. Şeytan insanları çox tez yoldan çıxardır. O, bir cindir, insan şəklində belə adamın gözünə görünür. Allaha dua etmək adı gələndə, insanlarda bir tənbəllik yaranır. Bir hadisə yadıma düşdü. Evimdə ki köməkçi xanım mənə dedi ki, qapımızın qabağı torpaqdır. Mən gedib baxanda gördüm ki, bir ovuc torpaq töküblər ora. Görünürdü ki, bu ayaqqabıdan tökülən qum deyil, məhz kimində tökdüyü qumdur. Mən xeyli vaxt dayanıb baxdım ona. Fikirləşdim ki, axı mən belə şeylərə inanmıram, bunlar mənə heç nə edə bilməzlər. Şükürlər olsun ki, o qorxu yoxdur məndə. Mən Qurandan başqa heç nəyə inanmıram. Caduya inanıb, ondan kömək istəyən insanlar acizdirlər. Bilirəm ki, bəzi həmkarlarım da belə şeylərə həvəslidirlər. Çox bədbəxt insanlardılar.

Yeganə: "Evdən əşyalarım yoxa çıxır"

Müğənni Yeganə: Evdən qeyb olan əşyalarımı tapa bilməməyim mənə qəribə gəlir. Açığı, itirdiklərimə görə heyfislənmirəm. Amma mənim mavi rəngdə çox gözəl paltarımın evdən yoxa çıxmasını hələ də unuda bilmirəm. İndi sizə danışıram, gözlərim önündə təzələnir həmin paltarım, indi də onu geyinmək istərdim. Bilmirəm bu nədir. Amma mənə kim pislik etmək istəyirsə, Allaha həvalə edirəm. Pis niyyətli insanlar elə bilməsinlər ki, Allah onları cəzasız qoyacaq. Xeyr, hər kəs öz əməlinə görə, Tanrı qarşısında cavab verir. Geci-tezi var. Anamdan tez-tez eşidiyim sözü qulağımda sırğa etmişəm. O, həmişə dua edir ki, balalarıma nə qada-bəla gələcəksə, qoy evdəki qab-qacağa, əşyalara gəlsin. Ona görə də bizim evdə bir dənə də olsun salamat qab-qacaq qalmayıb (gülür). İstanbuldan hər dəfə qayıdanda görürəm ki, hansısa qab dəstindən sınanları olub. Deyirəm ki, bunları da sındırıb, gedib təzəsini alaq. İndi sözümün canı ondadır ki, anam doğru deyir. Həyatda olacaqlardan heç kim özünü sığortalaya bilmir. Bəlkə bu səbəbdən nəyisə sındıranda və ya itirəndə, mənə nə qədər dəyərli olmasından asılı olmayaraq, sevinirəm. Yəni, canıma dəyəcəkdisə, qoy malımla dəyib, məndən çıxsın.

Nadir Qafarzadə: "Məhz bu hadisəndən sonra mən caduya inandım"

Müğənni Nadir Qafarzadə: "Caduya-fala inanıram. Bir dəfə mən depressiyaya düşmüşdüm. Bu, 3 ay çəkdi. Çox düşündüm, bundan çıxmaq yolları axtardım. Mən heç nədən depressiyaya düşmüşdüm. Ailəmi, həyat yoldaşım və uşaqlarımı görən gözüm yox idi. Evə girirdim, elə bil divarlar məni evdən qovurdular. Bir sözlə, həyata nifrət edirdim. Hətta sənət dostum Aygün xanımdan da soruşdum ki, sən tez-tez deyirsən ki, depressiyadayam. Mən də gülürdüm ki, necə yəni, insan bir az iradəli olsa, bunu atladar. Sonra Aygün mənə dedi ki, gördün indi depressiya necə olur? Ağlıma çox şey gəlirdi. Çox çarəsiz vəziyyətdə idim. Həyat yoldaşım mənə dedi ki, get psixoloqun yanına o sənə kömək edəcək. Amma hər zamankı, "gic müsəlman", falçıya üzr tutdum. Sən demə, məni cadu ediblərmiş. Getdim bir xanım baxıcının yanına, mənim üstümdə kəfən cırdı və dedi ki, sənə cadu ediblər. O xanım mənim üzərimdə çox şey elədi, maykamı apardım ona. İnandırım sizi, elə bil təsadüf idi. Elə ondan sonra da hər bir çətinliyim bitdi. Tamamilə düzəldim. Bu arada qeyd edim ki, bu işə 1000 manat xərcim çıxdı. Məhz bu hadisəndən sonra mən caduya inandım".

Natəvan Həbibi: "Mənə cadu etmişdilər"

Müğənni Natəvan Həbibi: "Bacımla çoxlu fala baxmışam. Nə fal bilirdimsə, onların hamısını etmişik. Baxdığım fallar nəticədə çox gözəl çıxıb. Cadu var, mən də ona inanıram. Axır vaxtlar hiss edirəm ki, məndə cadu var. Çünki çox bərk xəstələnmişdim. Deyirəm, bəlkə mənə cadu ediblər? Sizə bir olmuş hadisəni danışmaq istəyirəm. Bağ evimizin yanında yaşayan rəfiqəm elə-belə falçıya gedibmiş, orda da falçı deyib ki, bir qız gəlmişdi, Natəvan Həbibinin şəkilini gətirmişdi, dedi ki, ona nə isə elə. Caduya, fala inansam da, onlardan daha çox Allaha inanıram, hər gecə dua edirəm ki, sən özün məni saxla. Çalışıram ki, Allahın buyurduqlarını edim. Namaz qılmağı düşünürəm. Bu, 100 faiz olacaq. Amma buna 2 ildir ki, hazırlaşıram namaza gəlim, namaz qılım. Bu işə ciddi yanaşıram. Çünki namaza başlasam, heç vaxt atmayacağam. Allahın qəzəbinə gələ bilərəm".

Xuraman Şuşalı: "Cadunu sümüyümə ediblər ki, ölüm"

Müğənni Xuraman Şuşalı: "Mən falçılara inanmıram. Getməyinə getmişəm, ancaq inanmıram. Falçının mənə yazıb verdiyinə də əməl etmirəm. Ancaq 100 faiz bilirəm ki, vaxtında mənə nə isə ediblər. Ümidim yalnız Allaha olub. Belə insanları heç zaman bağışlamayacağam. Bu, çox alçaq bir yoldur. Mən onlara Allahın lənətini istəyirəm. Cadunu sümüyümə ediblər ki, ölüm. Ətrafımda dostlarımın olmaması, insanların mənəviyyatsızlığı, həyatımda baş verənlər məni depressiyaya salır. İnsanlarımız quru asfaltı da bir-birinə qısqanırlar. Belə şeylər məni qorxudur. Səhnədə də belədir. Ancaq bu, axmaqlıqdır. İnsan özü üçün nə isə etməyə, öz adını qazanmağa çalışmalıdır".

Röya: "Yalvarıram ki, getməyin falçılara"

Müğənni Röya Ayxan: Mən bədbin insan deyiləm. Hər bir işdə də özümə inanıram. Caduya inanan adam üçün bəlkə əhəmiyyəti var, amma mənim üçün yoxdur. Sənət yoldaşlarıma, dostlarıma da yalvarıram ki, getməyin falçılara, Allaha xoş getmir".

Müğənni Samira: "Heç kim mənim evimi yıxmaq iqtidarında deyil"

Müğənni Samira: "İslamda cadu var. Cadu isə şeytan əməlidir. Buna da insanlar əl atırlar. Bir çox mövzulara görə, onlar bu yola əl atırlar. Xoşbəxt olum, nə bilim bu insan mənim olsun. Amma olmaz, bundan qorunmaq lazımdır. Nə həkim, nə ekstrasens, nə baxıcı sənə kömək edə bilməz. İnsana yalnız Allah kömək ola bilər. Səhər, günorta və axşam etdiyin bütün duaların sənə kömək ola bilər. Allah duası hər kəsin dərmanıdır. Bunu mən deyirəm, Samirə. Əgər Allahın adını tutsanız, heç bir cadu sizə toxuna bilməz. Çünki cadu şeytan əməlidir, şeytan isə Allahdan qorxur. Bu günə qədər evimdən cadu əlamətli heç nə tapmamışam. Çünki heç kimin evini yıxmamışam. Düşünürəm ki, heç kim də mənim evimi yıxmaq iqtidarında deyil. Ola bilsin kimsə paxıllıq çəkir. Amma mən heç kimin daxili aləminə girə bilmərəm. Bəlkə də mən nəyisə hiss eləmişəm, amma hər zaman boş vermişəm. Mən inanclara inanan adam deyiləm. Yanımdan qara pişik keçəndə günüm lap əla olur. Mənim taleyim Allah tərəfindən çoxdan yazılıb. Mən ondan başqa heç nəyə inanmıram".

Ziyafət Yaqubova: "Sənətdə bir qadın və bir kişi müğənni mənə cadu eləyir"

Müğənni Ziyafət Yaqubova: "Çox təəssüflənirəm ki, necə olur, məndən səs, istedad və səviyyə baxımından çox aşağı insanlar çox yüksəkdədirlər. Parlamamağımın səbəbləri var, onlar məni yandırır. Onu da deyim ki, məni sənətdə - toylarımı vuran müğənnilər var. Artıq onların kimliyini yaxşı bilirəm. Ad çəkməyəcəm. O insanlar onsuz da mənim yolumu bağlayıblar, bundan sonra daha da pis olar. Sənətdə bir qadın və bir kişi müğənni mənə cadu eləyir. Mən çox güclü insanam, onlar məni məhv edə bilməyəcək. Bir neçə vaxt bundan əvvəl bir nəfər ekstrasens xanımla danışdım. O, dedi ki, mənim qarşıma çəpər qoyan insanlar var. Bu adam istəyir ki, mən toylarda, şou-proqramlarda və efirlərdə görünməyim, bir sözlə, yox olum. Çünki əgər mən parlasam, həmin müğənnilər səhnədən yox olacaqlar. Əslində, qara magiya özü böyük bir elmdir, bunu danmaq olmaz. Artıq iki ildir ki, mən evimə heç kimi buraxmıram. Ailəmi - doğmalarımı, hətta anamı belə evimə qoymuram. Çünki mənim başıma çox oyunlar gəlib. Pianinomun içindən və qapımın kandarında saçım olan dualar tapıramsa, gecələr səhərə qədər yata bilmirəmsə, titrəyirəmsə, deməli, həyatımla oynayan insanlar var. Onu da deyim ki, şou-biznesdə olan ən böyük sənətçilərimizin belə falçı köməkçiləri, yol göstərənləri var".


Geri dön

nilayka

  • 6 may 2011 00:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
:))maraqlidi

--------------------

RUFIN_BULUDOV

  • 23 dekabr 2010 22:22
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
aygune cadu tesir etmir cunki o oz isini bilirr

persiangirl

  • 23 dekabr 2010 13:53
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
uyyyyuyyyyyyy

Sergio Ramos

  • 22 dekabr 2010 22:18
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
sağol

--------------------

Grace_Angel

  • 22 dekabr 2010 16:15
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore...ALLAH ozu her bir bendesini pis emelli insanlardan hifz etsin..AMIN!!!

--------------------

Just For Legend

  • 22 dekabr 2010 13:08
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli yaziya goe cox sag ol

--------------------

Ulya

  • 22 dekabr 2010 12:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
:))maraqlidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}