Oğru olmaq istəyirəm

 
Oğru olmaq istəyirəm


Qoy milislər eşitməsin ,
Qorxulu bir sirr deyirəm :
Çoxdandır ki bir arzum var ,
Oğru olmaq istəyirəm !...
İnsanların arasından
Əqidəsiz adamları ,
Vicdanını pula satan
Nadanları
Oğurlamaq istəyirəm !
Bu torpağın gündən - günə ,
Niyə artır dərdi - səri ...
Dövlətlərin arasından
Sərhədləri
Oğurlamaq istəyirəm !
Axı , nə iş görmüşəm ki ,
Oğurluq da işdi barı .
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm !...
Birisini yıxmaq üçün
İkisinin ülfətini ,
İnsanların ürəyindən
Hər kinini , nifrətini ,
Ondan buna satanları ,
İki sevən arasında
O üçüncü adamları
Oğurlamaq istəyirəm !
Araz axır ...
O taydan da insan baxır ,
Bu taydan da insan baxır ,
Neçə milyon gözüyaşlı əzizimi ,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm !
İndi neçə dövlətlərdən
Məzlumların ah - zarını ,
Yad torpaqda yatıb qalan ,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Fizulinin ,
Hələbdənsə Nəsiminin
Məzarını
Oğurlamaq istəyirəm .
Nə gizlədək ,
Bilir hamı
Tonqal çatıb yandırırlar
Bu cahanı .
Qəlbim deyir :
Bir Azəri məsəlini
yadına sal:
<< Oğrudan oğruya halal !... >>
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm !
Lap qəzəbi tutsa belə
Yerin mənə , göyün mənə
Nə deyirsiz deyin mənə
Oğru olmaq istəyirəm !!!


Geri dön

romantik_awk

  • 19 dekabr 2011 00:07
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
NE DEYIRSIZ DEYIN MENE OGRU OLMAQ ISTEYIREM

--------------------

Ay Üzlü

  • 20 avqust 2011 18:29
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

CandyGirl

  • 7 iyul 2011 23:08
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Lexikon

  • 9 mart 2011 03:12
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
twkkkkkkkkkkkkk

gul_93

  • 4 mart 2011 16:37
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

VESNA

  • 10 may 2010 00:51
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
Axı , nə iş görmüşəm ki ,
Oğurluq da işdi barı .
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm !..
.TESHEKKURLER SUPERDIR

_SliPkNoTkA_

  • 9 may 2010 20:16
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
thanks

--------------------

nn_nn

  • 8 may 2010 23:41
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------

Ulya

  • 8 may 2010 14:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super seirdi...tesekkur

Little_Devil

  • 8 may 2010 04:00
  • Məqalə: 8
  • Şərh: 444
  • Bal:
{awards}
Nusret Kesemenlinin butun sheirleri eladi..
Teshekkur..

--------------------
Insanlar qizilgullerin arxasinca qacaken, ayaqlarinin altindaki nergizlere fikir vermezler

Ayka

  • 8 may 2010 01:15
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
Twk

(^_^)

  • 8 may 2010 00:48
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
butun qizlarin qelbini ogurlamaq isteyirem. ))))))))))))))))

--------------------
Silahını vicdanın tək təmiz saxla. Çünki əvvəl Allah sonra silahın sənə kömək olacaq.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}