Sevməyi bilənlərə

 
Sevməyi bilənlərə

...Anladım...

Bu qədər zaman mənə izah etməyə çalışdığını,

özümü tapdığımda anladım...

Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış,

öz yolumu cızdığımda anladım...

Sevməyi bilənlərə

Bir tək yaşanaraq öyrənilərmiş həyat,oxuyaraq,dinləyərək deyil.

Bildiklərini mənə niyə danışmadığını anladım...

Ürəyində eşq olmadan keçən hər gün itginmiş.

Eşqin arxasından niyə ayaqyalın qaçdığını anladım...

Sevməyi bilənlərə

Sevmək ilə sevilmənin yolu əvvəl özünü sevməkdən keçərmiş.

Niyə özünə aşiq olduğunu anladım...

Acı son həddə çatdığında gözyaşı gəlməzmiş gözlərdən.

Niyə heç ağlamadığını anladım...

Sevməyi bilənlərə

Ağlayanı güldürə bilmək,ağlayanla ağlamaqdan daha dəyərliymiş.

Gözyaşımı qəhqəhəyə çevirdiyində anladım...

Və sevilənlə ağlaya bilmir,qaçırsansa ondan,çarəsizlikdənmiş.

Sənin acın üçün otağımda tək başıma hıçqırıqlarla

ağladığımda anladım...

Sevməyi bilənlərə

Bir insanı hər hansı biri qıra bilər amma

bir tək ən çox sevdiyi ağrıda bilərmiş.

Çox ağrıtdığında anladım...

Lakin,layiq olarmış sevilən onun üçün

tökülən hər bir damla gözyaşına.

Gözyaşlarıyla birlikdə sevinclər tərk etdiyində anladım...

Sevməyi bilənlərə

Yalan danışmamaq deyil,gerçəyi gizləməməkmiş bacarıq.

Ürəyini əlimə qoyduğunda anladım...

Tək başına ayaqda dayana biləcək qədər güclüsənsə,

yanında tutanlar varmış.

Niyə heç tək qalmadığını anladım...

Sevməyi bilənlərə

Və Sənə ehtiyacım var,gəl deyə bilməkmiş güclü olmaq.

Sənə get dediyimdə anladım...

Biri sənə get dediyində,qalmaq

istəyirəm deyə bilməkmiş sevmək.

Get dediklərində getdiyimdə anladım...

Sevməyi bilənlərə

Dostun səni bir dəfə tərk edərmiş,min dəfə deyil.

Əslində həmişə yanımda olduğunu anladım...

Və bir dəfə tərk etdisə səni,bağışlamaq çox çətinmiş,

Məndə bağışlaya bilmədiyin şeyin

nə olduğunu anladım...

Sevməyi bilənlərə

Sənə sevgim ərköyün bir uşaqmış hər yıxıldığında zırıl zırıl ağlayan.

Böyüyüb mənə sıx sarıldığında anladım...

Üzr istəmək deyil,bağışla məni deyə

qışqırmaq istəməkmiş,peşman olmaq.

Həqiqətən peşman olduğumda anladım...

Sevməyi bilənlərə

Bağışlaya bilmərəm,çox gec demək qürurdan

başqa bir şey deyilmiş hələ sevgi varsa içində əgər.

Məhbus ürəyimin qapılarını qırıb,içinə baxdığımda anladım...

Və qürur,itirənlərin,acizlərin maskasıymış,

sevgi dolu ürəklərin qüruru olmazmış.

Ürəyimdə sevgi tapdığımda anladım...

Sevməyi bilənlərə

Ölərcəsinə istəyən,gözləməz,yalnız ümid

edərmiş bir gün bağışlanılmağı.

Məni bağışlamağını ölərcəsinə istədiyimdə anladım...

Sevgi əməkmiş,əmək isə imtina etməyəcək qədər

amma azad buraxacaq qədər sevməkmiş.Anladım...

...SEVMƏYİ BİLƏNLƏRƏ...


Geri dön

sevgi yalandir

  • 1 iyun 2011 17:20
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
tewekkurler,gozel sozlerdi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

_RONALDO_

  • 3 aprel 2011 13:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekkurler,gozel sozlerdi

--------------------

Irane

  • 31 dekabr 2010 23:34
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
TeSeKkUrLeR GoZeL SoZlErE GoRe ALLAH RaZi OlSuN

--------------------

Ulya

  • 23 dekabr 2010 00:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel xeberdi

Sergio Ramos

  • 22 dekabr 2010 23:51
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
qəşəng xəbərdi

--------------------

AskZede

  • 22 dekabr 2010 20:41
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Ela Xeberdir Cox Sagolun Cox Xosuma Geldi
love

--------------------

OK

  • 22 dekabr 2010 20:28
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Sevgi əməkmiş,əmək isə imtina etməyəcək qədər

amma azad buraxacaq qədər sevməkmiş.Anladım...


Gecde olsa, anladim

--------------------

only-girl

  • 22 dekabr 2010 18:29
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
recourse recourse

--------------------

Asiyan

  • 22 dekabr 2010 18:16
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
SEVİLMEYİ BİLENLERDEN OLSAMDA,SEVEN BİRİLERİNDEN OLA BİLMİREM recourse

Just For Legend

  • 22 dekabr 2010 17:41
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Gozel hazirlanib,minnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}