Anasının namusunu qoruyan oğulun acı həyat hekayəsi

 
Anasının namusunu qoruyan oğulun acı həyat hekayəsi


Türkiyənin Samsun şəhərində anası Güller B.-yə təcavüz etmək istəyən qonşusu Cəmil Karakurtu tapança ilə öldürən 16 yaşlı F.B. hakim qarşısına çıxarılıb. Qonşuluqda yaşayan Cəmil Karakurt və 47 yaşlı Hamit B. arasında münaqişə olub. Cəmil Karakurt həyat yoldaşının ondan ayrılmasına görə qonşusunu günahkar bilirmiş. Çünki qadınla qonşusu arasında münasibətlərin olması barədə söz-söhbət yayılıbmış. Qisas almaş istəyən Cəmil gecə saatlarında qonşusunun evinə gedib. O, qapını açan Güller B.-yə “Arvadım sənin ərinlə münasibətləri üzündən məni tərk etdi. Ailəmi dağıtdınız. Namus məsələsinin nə olduğunu sizə göstərəcəm” deyib. O, qadını başqa otağa sürüyərək, zorlamaq istəyib.

Güller B.-nin qışqırmasını, kömək istəməsini yatan oğlu F.B. eşidib. O, evdəki tapança ilə qonşusuna atəş açıb. Cəmil Karakurt hadisə yerində ölüb.

Məhkəmədə ifadə verən 16 yaşlı yeniyetmə bildirib ki, atası ilə qonşuları arasında münaqişə olub: “O, ailəsinin dağılmasına görə atamı günahlandırırdı. Səhərə yaxın anamın qışqırmasına oyandım. Səsin gəldiyi otağa girəndə Cəmilin anamın paltarlarını çıxartmağa çalışdığını gördüm. Anamı buraxmasını tələb etdim. Məni də söydü. Mən də əmimdən qalan tapançanı götürərək, yenidən otağa qayıtdım. Bir daha anamı buraxmasını tələb etdim. Amma bu tələbə də məhəl qoymadığını gördükdə, bir dəfə atəş açdım. Anamı buraxdı və mənim üstümə gəldi. Qorxudan dalbadal atəş açdım. Onu öldürməsəydim, anama təcavüz edəcəkdi”.

Məhkəmədə Güller B. də şahid kimi ifadə verib. O bildirib ki, hadisə baş verən gecə əri və böyük oğlu işdə olub: “Zəng çalınanda qapını açdım. Cəmil Karakurt mənə hücum etdi. “Sənin ərin mənim arvadıma nə etdisə, mən də sənə edəcəm” dedi. Məni sürüyərək otağa saldı və paltarlarımı çıxartmağa başladı. Ona müqavimət göstərə-göstərə qışqırmağa başladım”. Qadın da bildirib ki, oğlu qonşusunu öldürməsəydi, ona təcavüz edəcəkmiş.

16 yaşlı yeniyetmənin məhkəməsi davam edir.


Geri dön

ugur

  • 24 dekabr 2010 10:50
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
xeber ucun tsk

YazYamuru

  • 24 dekabr 2010 00:45
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
QARDAŞ QEYRƏTDİDƏƏƏƏƏ AĞIL İŞLƏYİR wink

--------------------



Sergio Ramos

  • 23 dekabr 2010 19:11
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
bu türklər dəhşətdiye

--------------------

CandyGirl

  • 23 dekabr 2010 18:48
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
hm..... belay

--------------------

Made_In_Bakinka

  • 23 dekabr 2010 14:47
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
tesekkurler dosi... love

Morning_Star

  • 23 dekabr 2010 13:12
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
belay

Ulya

  • 23 dekabr 2010 13:12
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
xebere gore twk belay

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 50
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}