Həyatın çətinlikləri qarşısında nə etməli?

 
Həyatın çətinlikləri qarşısında nə etməli?

Həzrət Səccad (ə) zəmanəsinin çətinliklərindən Allaha pənah aparırdı. Çünki dünya heç bir zaman çəkişmələrdən və bəlalardan uzaq olmaz. Onların ən kiçiyi - xəstəlikdir. İnsanın cismi dərd və ağrı ilə həmdəm olar. Bəzən də xəstəlik ölümə qədər ondan əl çəkməz. Bu həqiqət dünyanın sonuna qədər davam edər.

Bəzən dünya insana xəstəlik kimi bəla gətirər, bəzən də onu maddiyyat burulğanında fırladar, bəzən də övlad və yaxınlarının acı ilə imtahana çəkər. Əyyub (ə) peyğəmbərə də dünyanın ən pis bəlalardan biri nazil olmuşdu. Allah Təala onun haqqında buyurur: “Və Əyyubu – onun «Mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik”. (“Ənbiya” 83-84).

Allah Təala bizə Əyyubun (ə) macərasını bəyan edərək, ondan ibrət götürməyimizi istəyir. Yəni, bizim də Əyyub (ə) kimi səbr və dözüm nümayiş etdirməyimizi istəyir. Necə ki, o, dünya və axirətdə bu bəlaya dözərək mükafat əldə etmişdir, bizim də onun kimi olmağımızı istəyir. Çünki, insan çətinliyə düşən zaman Həzrət Əyyubu (ə) xatırlayarsa, onun çəkdiyi əziyyətləri yada salarsa, səbr qapısını aça bilər. Özünü bu çətinliklərə qalib gəlmək üçün hazırlaya bilər. Səbr hər bir peyğəmbərin çətinliklərə qalib gəlməsi üçün ən böyük silahı idi. İstəsən də, istəməsən də dünya bəla və çətinliklərlə doludur. O kəsin ki, mətanəti yoxdur, həmişə gələcəyə görə nigarandır. Ancaq o kəslər ki, səbrlidir, hadisələrdən qorxmaz.

Həzrət Peyğəmbər (s) ağrıya görə dözümsüzlük edən bir xəstəyə təbəssümlə nəzər salıb buyurur: “Möminə və onun xəstəliyi üzündən dözümsüzlüyünə görə təəccübdəyəm. Əgər mömin bu xəstəliyin çətinliyinə görə ona verilən mükafatı bilsəydi, arzu edərdi ki, Allahı ilə görüşənə qədər həmişə çətinlikdə olsun”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman bir insan dərdə düçar olar, səbr etsin. Allah min şəhidin savabı qədər ona savab təyin edər”.

Məsumlardan (ə) gələn hədislərdən belə başa düşülür ki, insanın behiştə çatması, dünyada olan zaman bəla və çətinliklər burulğanından keçmə keyfiyyətindən asılıdır. Yəni, əgər mömin bu çətinliklərə səbr edər və onu Allahın təqdiri hesab edərsə, İlahi imtahandan keçmiş olar. Əks halda isə bu imtahandan kəsilə bilmək ehtimalı vardır.

İmam Əli (ə) öz zəmanəsini məzəmmət edərək buyurur: “Ey insanlar! Biz küfrə qərq olmuş bir zəmanəyə tuş gəlmişik. Elə bir zəmanədir ki, yaxşı əməl sahibini pis əməl sahibi kimi tanıyarlar. Zalımlar zülmlərini artırırlar. Bildiklərimizdən faydalana bilmirik. Bilmədiklərimizi soruşmuruq. Təhlükə başımıza dəyməyincə ondan qorxmuruq”.

Sonra Həzrət (ə) insanların vəziyyətini dörd hissəyə bölür:

1. Yerdə fəsad törədənlər.

2. Hökumət iğtişaşçıları.

3. Xəyanətkar münafiqlər.

4. Salehlər və təqvalılar.

Bəli, insanların bəziləri suyu çirkləndirən gilə bənzəyərlər. Bəziləri isə zülal və şəffaf su kimi cəmiyyətin iftixarı olarlar.

İmam (ə) başqa yerdə buyurur: “Ruzigar bədənləri çürüdər. Arzuları təzələyər, ölümü yaxınlaşdırar. Ümidi uzaqlaşdırar. Hər kim ruzigarı əldə edərsə, əziyyətə düşər. Hər kim əlindən verərsə, qüssəli olar”.

İmam Əli (ə) İmam Həsənə (ə) tövsiyə edir: “Ey oğlum! Bil ki, ruzigar simasını əvəz edir və dəyişir. Ona görə də onlardan olma ki, çoxlu məzəmmət edər və insanların yanında üzrü az olar”.

Bəs zəmanənin bu çətinliklərinə necə dözə bilərik?

İmam Sadiq (ə) belə bir tövsiyə edir: “Mömin üçün həqiqi rahatlıq yoxdur. Məgər o zaman ki, Allahla görüşər. Rahatlıq dörd şeydədir: Sükutdur ki, bu zaman qəlbin və nəfsinlə Pərvərdigarına diqqət edirsən. Xəlvətdir ki, orada zəmanənin aşkar və gizli əziyyətlərindən nicat tapırsan. Aclıqdır ki, onunla şeytani vəsvəsələri öldürürsən. Gecə oyaq qalmaqdır ki, onunla qəlbini aydın, ruhunu pak edirsən”.

(Erfan/ Deyerler.org)


Geri dön

seva20

  • 1 mart 2013 18:38
  • Məqalə: 321
  • Şərh: 3142
  • Bal:
ALLAH razi olsun cox sagolun

--------------------

solnuska

  • 26 fevral 2013 14:40
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
cox saq olun.....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ShoKKi_MoKKi

  • 25 fevral 2013 19:32
  • Məqalə: 776
  • Şərh: 11775
  • Bal:
{awards}
tesekkurler....

eliyevayten

  • 25 fevral 2013 12:56
  • Məqalə: 0
  • Şərh: 124
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Qadin bir incidir. Inci ise sedefde olur, qadinin sedefi onun hicabidir.

Shokoladka

  • 25 fevral 2013 09:34
  • Məqalə: 30
  • Şərh: 8442
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


surawka

  • 25 fevral 2013 08:34
  • Məqalə: 123
  • Şərh: 7230
  • Bal:
{awards}
Tewekkurler....

--------------------

ShoKKi_MoKKi

  • 25 fevral 2013 00:50
  • Məqalə: 776
  • Şərh: 11775
  • Bal:
{awards}
maraqli meqale ucun coox tesekkkur,,,

мυsLiмαηκα

  • 24 fevral 2013 22:48
  • Məqalə: 0
  • Şərh: 9032
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------

aysel1990

  • 24 fevral 2013 18:47
  • Məqalə: 1
  • Şərh: 152
  • Bal:
{awards}
ALLAH razi olsun tesekkur edirem

::KraSaV4iK::

  • 24 fevral 2013 17:49
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
is interesting.........................

--------------------

★WirinKa★

  • 24 fevral 2013 17:43
  • Məqalə: 14
  • Şərh: 4355
  • Bal:
{awards}
tesekkurler

--------------------

Günay15

  • 24 fevral 2013 17:21
  • Məqalə: 17
  • Şərh: 464
  • Bal:
{awards}
Düzdür həyat çox çətindir amma allaha sığınaraq ona inanaraq irəli getmək istədiyinə çatmaq məncə mümkündür.

Həmdə həyat asan olsa bu həyat olmazdı ki, Qurban olduğum Allah hər zaman insanlara doğru yolu göstərir.

shop_050

  • 24 fevral 2013 15:28
  • Məqalə: 0
  • Şərh: 2778
  • Bal:
{awards}


ALLAH RAZI OLSUN...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

★Azerbaijan girl★

  • 24 fevral 2013 15:04
  • Məqalə: 390
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkurlerrrrr

✰Milaya Milawka✰

  • 24 fevral 2013 15:01
  • Məqalə: 490
  • Şərh: 5411
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Nara Neznakomka

  • 24 fevral 2013 14:53
  • Məqalə: 172
  • Şərh: 11017
  • Bal:
{awards}
Bəzən dünya insana xəstəlik kimi bəla gətirər, bəzən də onu maddiyyat burulğanında fırladar, bəzən də övlad və yaxınlarının acı ilə imtahana çəkər. Əyyub (ə) peyğəmbərə də dünyanın ən pis bəlalardan biri nazil olmuşdu. Allah Təala onun haqqında buyurur: “Və Əyyubu – onun «Mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik”. (“Ənbiya” 83-84).

✰GlaMurKa✰

  • 24 fevral 2013 14:45
  • Məqalə: 831
  • Şərh: 9686
  • Bal:
{awards}
onsuzda heyat cetinlikler uzerinde qurulub.cetini gormeden insanlar heyatin qedrini bilmez .insan cetinlik cekerek oz eziyyeti ile yukselir,ona gorede cetinden qacmaq dogru deyil eksine cetinin ustune gedib onu hell etmeyi bacarmaliyiq tesekkurler xebere gore ALLAH razi olsun)

--------------------


fatime gul

  • 24 fevral 2013 14:41
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
heyatda cetinliye qarsi ancaq sebir elemeliyik sebir Allahin adidir Allah sebir edenlerledi Allah razi olsun

Dj_melek

  • 24 fevral 2013 14:23
  • Məqalə: 16
  • Şərh: 1494
  • Bal:
{awards}
Sonra Həzrət (ə) insanların vəziyyətini dörd hissəyə bölür:

1. Yerdə fəsad törədənlər.

2. Hökumət iğtişaşçıları.

3. Xəyanətkar münafiqlər.

4. Salehlər və təqvalılar.

Kamran.E

  • 24 fevral 2013 14:15
  • Məqalə: 5
  • Şərh: 1041
  • Bal:
{awards}
maraqli meqale ucun tesekkur

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

_trickster_

  • 24 fevral 2013 14:13
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
İmam Əli (ə) İmam Həsənə (ə) tövsiyə edir: “Ey oğlum! Bil ki, ruzigar simasını əvəz edir və dəyişir. Ona görə də onlardan olma ki, çoxlu məzəmmət edər və insanların yanında üzrü az olar”.

--------------------

Shokoladka

  • 24 fevral 2013 14:05
  • Məqalə: 30
  • Şərh: 8442
  • Bal:
{awards}
Bele gozel xeber ucun Allah razi olsun..

--------------------


so_sad

  • 24 fevral 2013 13:36
  • Məqalə: 783
  • Şərh: 12946
  • Bal:
{awards}
Sonra Həzrət (ə) insanların vəziyyətini dörd hissəyə bölür:

1. Yerdə fəsad törədənlər.

2. Hökumət iğtişaşçıları.

3. Xəyanətkar münafiqlər.

4. Salehlər və təqvalılar.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 72
Cəmi: 103

 

Top 10 Müəllif

Angry Boy
Xəbərləri: 40
Cəmi: 171
 
✰KraLiça Röya✰
Xəbərləri: 38
Cəmi: 502
 
azer_
Xəbərləri: 36
Cəmi: 251
 
ヅ Prosta SaBoŞ ヅ
Xəbərləri: 35
Cəmi: 253
 
H.O.S.T AID.
Xəbərləri: 33
Cəmi: 127
 
AyliN BunyaminovA
Xəbərləri: 31
Cəmi: 212
 
First Lady^^
Xəbərləri: 29
Cəmi: 94
 
Zayn_Malik_fan
Xəbərləri: 27
Cəmi: 117
 
mikinin niki)
Xəbərləri: 27
Cəmi: 254
 
^Kül Kedisi^
Xəbərləri: 25
Cəmi: 63