Bala, gəl otur, bir az kitab oxuyaq

 
Bala, gəl otur, bir az kitab oxuyaq

Kitab oxumaq bir vərdişdir və bunu insana uşaqlıqdan aşılamaq lazımdır.

Körpəlikdən kitaba və kitab rəflərinə öyrəşən uşaq böyüdükcə də kitablarına sahib çıxır. Etiraf edək ki, bu sahədə Azərbaycanda vəziyyət o qədər də ürəkaçan deyil.

Oyuncağa və ya televizora öyrəşən uşaq böyüdükcə bu vərdişlərindən əl çəkə bilmir. Bu gün heç bir uşaq kitab evinin qarşısında "mənə kitab alın" deyib ağlamır. Psixoloqların fikrincə, uşağı kitaba öyrəşdirməyin yaşı yoxdur. Körpə ikən kitabla tanış olmaq uşağın dil qabiliyyətinin inkişafına səbəb olur. Yaş artdıqca kitaba qarşı doğmalıq daha da artır.

Psixoloq Jalə Nəbiyevanın sözlərinə görə, kitab oxumaq təkcə beyni inkişaf etdirmək üçün deyil. Kitab uşağın əşya tutmaq, onunla rəftar etmək, səhifə çevirmək, kitabın üz qabığındakı tüklü, parıldayan, yaxud sürüşkən sahələri kəşf etmək kimi qabiliyyətlərini inkişaf etdirir: "Uşaqlar nə qədər körpə olsalar belə, onlar kitabdakı sözləri, səsləri, hecaları eşidirlər. İlk oxunan kitablar uşağın görmək, eşitmək, toxunmaq kimi qabiliyyətlətlərini qüvvətləndirir. Özləri də kitabdakı şəkillərə baxıb, işarə edərək valideynin çıxardığı səsləri təkrar etməyə başlayırlar. Bu hal onların yaş artdıqca aydın və təmiz danışmaqlarına da təsir edəcək".

Uşağa kitab seçərkən diqqətli olmaq lazımdır. Uşaq kitabları xüsusi dizaynda və daha təmiz materiallardan hazırlanmış olur ki, belə halda uşaq kitabı ağzına salarsa, heç bir təhlükəsi olmur. 2 yaşdan aşağı uşaqlar üçün hazırlanan kitablar onlara uyğun dizayn edilir. Belə ki, kitabın üzü uşağın ağız suyunda islanmayan, qopmayan parçadan, yaxud qalın kartondan hazırlanır. Kitabın iç səhifələri isə sürüşkən və yağlı görünüşdə olur. Kitablar uşağı yormamaq üçün azsəhifəli və böyük şəkilli hazırlanır.

Həmsöhbətimiz bildirir ki, uşaq kitablarındakı şəkillər uşağın tez-tez rastlaşdığı, tanıdığı əşyalar olduğundan bu şəkillər uşağa yad gəlmir və onların adlarını öyrənmək elə də çətin olmur. Rənglər, heyvanlar, meyvələrlə zəngin olan kitablar uşaqlar üçün beyin inkişafında əvəzsizdir: "6 ayından kiçik olan uşaqlar üçün rəng tonları gözqamaşdırıcı olmamalıdır. Sakit, uşağın baxmaqdan yorulmayacağı, narahat olmayacağı səhifələri olan kitablar daha uyğundur. Yaş artdıqca isə daha əlvan kitablara müraciət etmək olar. Uşaq kitablarında onların hansı yaş təbəqəsinə uyğun olacağı da qeyd olunur".

Analar günün müəyyən saatını uşağa kitab oxumağa ayırmalıdırlar. Bu, uşaqların qidalanması, yuxusu qədər vacibdir. Uşağa kitab oxumaq üçün onun rahat vaxtını müəyyənləşdirmək lazımdır. Bu, yeməkdən sonrakı vaxt da ola bilər, yuxudan oyandıqdan sonrakı vaxt da. Uşağa kitab oxunulacaq ən yaxşı məkan onun öz otağıdır. Çox işıq olmayan və körpəni narahat edən səs-küylərdən uzaq bir məkan uşağın fikrini kitaba cəmləyəcək. Kitab oxunarkən uşağı kitabdan uzaq tutmaq, cırmasın, əzməsin deyə narahat olmaq kitab oxuma marağını yox edəcək. Odur ki, körpələr qucaqda elə oturdulmalıdırlar ki, onlar rahatlıqla kitabın şəkillərini görə bilsin, səhifələri çevirsin. Kitabdakıları oxumaqdan əlavə valideyn özü də şəkillərin adını dəfələrlə təkrarlamalı, bir daha izah etməlidir. Uşaq hələ danışmırsa, o demək deyil ki, heç nə başa düşmür.

J.Nəbiyeva qeyd edir ki, əgər uşaqda oxumağa maraq varsa və o, müəyyən səslər çıxarırsa, onun oxumasına şərait yaradılmalıdır: "Gündəlik 1 səhifə oxumaq lazımdır. 1 səhifəni 15 dəqiqə ərzində təkrarlamaq, izah etmək, hətta ondan da soruşmaq daha faydalıdır. Uşağa səhifələri çevirməyə imkan verilməlidir ki, kitaba olan marağı artsın. Bəzən uşaqlar oxuduqları kitaba o qədər maraq göstərirlər ki, hətta oyuncaq əvəzi kitabla yatmağa həvəs göstərirlər. Bu, müsbət haldır. Uşağın oyuncaqdan çox kitaba maraq göstərməsi gələcəkdə də kitaba olan sevgisinə təsir edəcək".

Uşaqların kitab oxuma vərdişi nə qədər gec başlasa, uşaq üçün bir o qədər çətin olur. Bunun üçün evdə ən azından bir rəf kitab olmalıdır. Valideynlərinin kitaba maraq göstərməməsini görən uşaq özü də kitaba maraq göstərməyəcək. Kitab oxumaq isəməyən uşağa məcbur kitab oxutmaq uşağın kitabdan daha da soyumasına səbəb ola bilər. Oyuncaqlarla baş qarışdıran uşağa yüksək səslə kitab oxuyun ki, ən azından qulaqları eşitsin və diqqəti sizdə olsun.

Müsahibimin sözlərinə görə, uşaq artıq özü sərbəst kitab oxumaq yaşına çatıbsa və kitab oxumursa, deməli, valideyn kitabı düzgün seçməyib. Bunun üçün isə bu seçimi uşaqlara buraxmaq lazımdır: "Hər insanın zövqü başqadır. Uşaqların da uşaq olmaqlarından əlavə özlərinin zövqü, istəyi olan şəxsiyyət olduğu unutmamaq lazımdır. Uşaqla birlikdə kitab mağazalarına gedən valideyn çox vaxt onun istədiyi kitabı deyil, öz istədiyini alır. Təbii ki, belə kitab uşaq tərəfindən oxunulmayacaq. Valideyn uşağın hansı kitab olmasından asılı olmayaraq, kitab seçməsinə imkan verməlidir. Valideyn üçün maraqsız olan kitab uşaq üçün maraqlı və oxunaqlı ola bilər".


Geri dön

kiskanc

  • 23 mart 2013 23:16
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
Uşağa kitab seçərkən diqqətli olmaq lazımdır. Uşaq kitabları xüsusi dizaynda və daha təmiz materiallardan hazırlanmış olur ki, belə halda uşaq kitabı ağzına salarsa, heç bir təhlükəsi olmur. 2 yaşdan aşağı uşaqlar üçün hazırlanan kitablar onlara uyğun dizayn edilir. Belə ki, kitabın üzü uşağın ağız suyunda islanmayan, qopmayan parçadan, yaxud qalın kartondan hazırlanır. Kitabın iç səhifələri isə sürüşkən və yağlı görünüşdə olur. Kitablar uşağı yormamaq üçün azsəhifəli və böyük şəkilli hazırlanır.

Banned549678

  • 12 mart 2013 16:50
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
"Hər insanın zövqü başqadır. Uşaqların da uşaq olmaqlarından əlavə özlərinin zövqü, istəyi olan şəxsiyyət olduğu unutmamaq lazımdır. Uşaqla birlikdə kitab mağazalarına gedən valideyn çox vaxt onun istədiyi kitabı deyil, öz istədiyini alır. Təbii ki, belə kitab uşaq tərəfindən oxunulmayacaq. Valideyn uşağın hansı kitab olmasından asılı olmayaraq, kitab seçməsinə imkan verməlidir. Valideyn üçün maraqsız olan kitab uşaq üçün maraqlı və oxunaqlı ola bilər".

Firengiz12

  • 6 mart 2013 12:57
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
mesleheetlere gore twk-lerrrrrrrrrrrrrrrr.

smile

ZuZuM__

  • 2 mart 2013 23:42
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
Tesekkurler....

--------------------

ShoKKi_MoKKi

  • 2 mart 2013 13:39
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkurler....

--------------------

ZeMka

  • 1 mart 2013 20:21
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
Meslehet ucun cox sag olun.

--------------------

seva20

  • 1 mart 2013 01:46
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
Kitab oxumaq bir vərdişdir və bunu insana uşaqlıqdan aşılamaq lazımdır.

maraqlidi tesekkurler

solnuska

  • 26 fevral 2013 14:34
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk........................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Bash Belası

  • 25 fevral 2013 17:17
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Təşəkkürlər...

Shokoladka

  • 25 fevral 2013 09:18
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler..

--------------------


surawka

  • 25 fevral 2013 08:29
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tesekkurler

ShoKKi_MoKKi

  • 25 fevral 2013 00:40
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
tesekkurler....

--------------------

Damla...

  • 24 fevral 2013 23:01
  • Məqalə: 6
  • Şərh: 131
  • Bal:
{awards}
xeber ucun twklerrr men ders de oxuyuram internetle de mewgul oluram yeni 2si 1yerde olur...

--------------------
Püşk ataq səninlə sevgilim...
-Yazı tərəf çıxsa MƏNİMSƏN...
-Şəkil tərəf çıxsa SƏNİNƏM...

мυsLiмαηκα

  • 24 fevral 2013 22:26
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Maraqliydi twk

aysel1990

  • 24 fevral 2013 18:29
  • Məqalə: 1
  • Şərh: 152
  • Bal:
{awards}
melumat ucun tesekkurler

::KraSaV4iK::

  • 24 fevral 2013 17:45
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
maraqlidir.............

--------------------

✰GoLd GirL✰

  • 24 fevral 2013 17:09
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Yaxşı ıki kompüterə telefona çox bağlı deyiləm və buna şükr edirəm. wink Kitab da lazımi qədər oxuyuram

nuruWka

  • 24 fevral 2013 14:57
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
uwaXLar kiTap oxuMurr:))onLArin iwi TelFonDu,KomPDu//OzumDe onLAr kImIyEEm:DD wink

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

ღLovelyღ

  • 24 fevral 2013 14:53
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✰GlaMurKa✰

  • 24 fevral 2013 14:35
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
duzdu gerek usaqlara kitab oxudasan ele lap az yasindan onda boyuyendede cox melumatlari olacaq tesekkurler)

fatime gul

  • 24 fevral 2013 14:30
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
doqru soze ne demeli indi usaqlar ancaq seralara baxilar

Dj_melek

  • 24 fevral 2013 14:15
  • Məqalə: 16
  • Şərh: 1494
  • Bal:
{awards}
Tesekkurler

Kamran.E

  • 24 fevral 2013 14:07
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
tewekkurler fellow

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

_trickster_

  • 24 fevral 2013 13:55
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
maraqli idi sagol...indi ibtidai sinfi qutaran qacir faceye fellow kimdiee kitab oxuyan? heqiqeten bedbextcilikdi

--------------------

Shokoladka

  • 24 fevral 2013 13:51
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Maraqli xeber idi.Indi ushaqlar hara kitab hara? :) Tskler..

--------------------


so_sad

  • 24 fevral 2013 13:47
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}