Mühacirət ədəbiyyatı

 
Mühacirət ədəbiyyatı

Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxilində yaranan ədəbiyyat qədər qədim və zəngindir. Hələ orta əsrlərdə Azərbaycanın görkəmli qələm sahibləri Xətib Təbrizi və İmadəddin Nəsimi Vətəndən kənarda yaşayıb-yaratmışlar. XX –XXI əsrlərdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif səbəblər üzündən Vətəndən kənarda yaşamaqlarına baxmayaraq, Azərbaycan ədəbiyyatını inkişaf etdirirlər.

***

Azərbaycan mühacirət ədəbiyyatının inkişafını 4 mərhələyə ayırmaq olar:

1. İlk mərhələ 1909-cu ildə başlamış və 1920-ci illərdə sona yetmişdir. 1909-1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi. Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibələri Azərbaycanı tərk etməyə məcbur oldular. Sözü gedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Şərq tarixində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) banisi Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun «İrani-novin» qəzetinin nəşrinə başlamışdı. Bu qəzetdə onun ədəbi məqalələri, şerləri və tərcümələri nəşr olunurdu. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də məhz ədib İranda olduğu dövrdə qələmə almışdır. Ə.Hüseynzadə və Ə. Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, «Türk ocağı»və «İttihad və tərəqqi» cəmiyyətlərində fəaliyyət götərirdilər.

***

2. İkinci mərhələ 1920-1941-ci illəri əhatə edir. Bu dövrün nümayəndələri olmuş ədəbi simalardan M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.Yurdsevərin, [[Ə.Topçubaşov]un, Y.V.Çəmənzəminlinin, C. Hacıbəyovun, Ə. Cəfəroğlunun, K.Ödər, H. Baykaranın, A. İldırımın və başqalarının adlarını çəkmək olar. Bu mərhələdə, daha dəqiq desək 1924-cu ildə M.Ə. Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəzini yaratdı. Azərbaycan mühacirət ədəbiyyatının demək olar ki, bütün nümayəndələri bu mədəni mərkəzin üzvləri idilər. Onlar əmin idilər ki, Azrbaycanın müstəqilliyi uğrunda mübarizə həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır. Mühacirət ədəbiyyatının inkişafında M. Ə.Rəsulzadənin müstəsna rolu vardır. M.B.Məmmədzadə qeyd edir ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi. O, Türkiyədə və Avropanın digər bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail oldu. 1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına təkan verdilər. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. «Yeni Qafqazya», «Azəri-Türk», «Odlu yurd», «Azərbaycan yurd bilgisi», «Qurtuluş» kimi jurnallar, «Bildiriş», «İstiqlal» və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.

***

3. Azərbaycan mühacirət ədəbiyyatının üçüncü mərhələsi 1945-ci ildə başlamış, 1991-ci ildə sona yetmişdir. Bu mərhələnin başlanğıcı İkinci Dünya Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür. Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən Vətənə dönə bilməmişdilər. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi. Ona görə də əsirlikdən Vətən dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçılar və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də ədəbiyyatımızın inkişafında az iş görməmişdir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan «Azərbaycan» qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M. Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunurlar.

***

4. Dördüncü, sonuncu mərhələ 1991-ci ildən başlamış və bu gün də davam etməkdədir. Qeyd etmək lazımdır ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardır. Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saedi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər. Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin suqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında «Cənub mövzusu» yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.


Geri dön

Just For Legend

  • 31 dekabr 2010 23:16
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
Maraqli melumata gore cox sag ol

--------------------

Ulya

  • 24 dekabr 2010 22:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Made_In_Bakinka

  • 24 dekabr 2010 20:43
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tskler dosi super

Sergio Ramos

  • 24 dekabr 2010 20:29
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
oxumadım sağol

--------------------

AskZede

  • 24 dekabr 2010 19:36
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Hmm Maraqlidir twk Yarisin oxudum
love

--------------------

YazYamuru

  • 24 dekabr 2010 18:15
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
belay wassat EEEEEEHHHHHHH wassat belay DÜZDÜ ÜRƏYİM AÇILIR SİZ BELƏ MÖVZULARDAN YAZANDA ƏDƏBİYYATIMIZI QORUYUB SAXLAYIRSINIZ HALAL OLSUN YAŞA feel request belay wassat

--------------------



MuslimGirl

  • 24 dekabr 2010 18:09
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler, maraqli movzu idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 37

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}