Avropa avtomobil bazarının reytinqi

 
Avropa avtomobil bazarının reytinqi


Almaniya avtomobil satışı bazarında liderliyi əldən vermək niyyətində deyil

Ötən ay Avropa avtomobil bazarında ən çox maşın satan ölkə Almaniya olub. Rusiyanın “Avtostat” agentliyinin məlumatına görə, noyabr ayında Almaniyada 262 262 ədəd maşın satılıb. Bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 6.2 faiz azalma deməkdir. Avropa avtomobil bazarında avtomobil satışına görə ikinci yerdə Fransadır. Ötən ay ərzində bu ölkədə 193 913 avtomobil öz alıcısını tapıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.8 faiz azalma deməkdir.Avropanın üçüncüsü Rusiyadır. Oktyabr ayı ilə müqayisədə 1 pillə geriləyən Rusiya 174 756 ədəd minik avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82.1 faiz artım deməkdir. Bu siyahıda dördüncü yeri ötən ilin noyabr ayı ilə müqayisədə 21.1 faiz azalma ilə, yəni 145 198 ədəd avtomobil satışını həyata keçirən İtaliya tutur. Avropa avromobil satışı üzrə reytinqinin ilk beşliyini isə Böyük Britaniya qapayır. Belə ki, Britaniyada ötən ay 138 875 ədəd avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11.5 faiz azalma deməkdir. Bu ilin 11 ayının nəticələrinə görə, ümumlikdə Rusiya avtomobil bazarında beşinci yeri tutur. “Avtostat” analitikləri qeyd edir ki, bu nəticələrə görə ilk yeri 2 685 000 ədəd avtomobil satışı ilə yenə də Almaniya tutur. İkinci yeri 2 023 000 min ədəd avtomobil satışı ilə Fransa, 1 907 000 ədəd avtomobil satışı ilə üçüncü yerdə Böyük Britaniya qərarlaşıb. Bu reytinq beşliyində İtaliya 1 829 000 ədəd avtomobil satışı ilə dördüncü yerdədir. Beşliyi isə 1 578 000 ədəd avtomobil satışı göstəricisi ilə Rusiya tamamlayır.


Geri dön

CandyGirl

  • 1 yanvar 2011 00:44
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
maraqli xeber idi

--------------------

Asiyan

  • 23 dekabr 2010 21:14
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
təki əldən verməsin ne deyirik wink

Sergio Ramos

  • 23 dekabr 2010 19:53
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür edirəm

--------------------

Ucube_cocuk

  • 23 dekabr 2010 18:59
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
COX SAĞOL

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

Ulya

  • 23 dekabr 2010 15:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Made_In_Bakinka

  • 23 dekabr 2010 15:07
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
maraqli idi dosi tskler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}