Yoğurmadan Çörək - ağ və ya tam buğda unundan

 
Yoğurmadan Çörək - ağ və ya tam buğda unundan

Ağ çörək - süfrəyə hazır!

İki il əvvəl anam Bakıdan bura gələndə istədim ki, yeni çörək bişirmək bacarığımı fəxrlə nümayiş etdirim. Çətin üsulla nəsə edəcəyimi gözlərkən tezliklə anama aydın oldu ki, bu çörəyi hazırlamaq üçün xüsusi bir bacarıq tələb olunmur. Mən bir neçə ərzaqı bir-birinə qatıb, yoğurmadan yalnız qaşıqla qarışdırdım. Hazır xəmirin bir qədər şişib qalxmasını gözlədikdən sonra qazana yerləşdirib sobaya qoydum.

Lakin sobadan çıxaranda anam təəccübləndi -sadə qızılı rəngdə kömbə onun təsdiq etdiyi kimi istənilən çörək satılan mağazada yaxşı satılardı. “Elə bil babanın çörək zavodunda bişirilən çörək kimidir!”- sevinərək ucadan dedi. Bunu eşitmək mənim üçün çox xoş oldu.

Çörəkçiliyi sevən və böyük biznes qurmaq fikrində olan ana babam Nəcəf kişi ötən əsrin 40-cı illərində Balakən rayonunda çörəkçilik işinə başlamışdı. Onun qurduğu çörək zavodunda bişirilən çörəklər uzun illər bütün rayonu çörəklə təmin etmişdi. Çox təəssüf ki,babamın ölümündən sonra məşhur zavod çox davam gətirə bilməmişdi. Babamın ölümündən bir il sonra mən dünyaya gəldim. Son vaxtlar anamdan babamın zavodunda bişirilən çörək növləri haqda maraqlanırdım. Oradan hər hansı bir reseptin qalıb-qalmadığını bilmək istəyirdim. Əfsuslar olsun ki, resept tamamilə itmişdi, heç kimdə yox idi.

Beləliklə, gözlənilmədən Kaliforniyada bişirdiyim bu çörək bir bağlılıq yaratdı. Anam dedi ki, daha heç bir axtarışa ehtiyac yoxdur, bu elə həmin reseptdir. Xəyalımda hündür, şux, xarizmatik, yaşlı bir adamın heç vaxt üzünü görmədiyi, lakin çörəkçiliyə olan bağlılığını onunla bölüşən və eyni formada, eyni şəkildə çörək hazırlayan nəvəsinə görə iftixar hissiylə gülümsədiyini görürdüm. Xəyal dünyamda mən də ona gülümsədim. Yaxşı. Sizi uzaq və dəlisov xəyal dünyama aparmağımı burada yekunlaşdırıb sizə bu bişirdiyim çörək haqda danışım.

Bu çörək harı ağ, yarı tam buğda unundan hazırlanıb.
Bu sizin hazırlaya biləcəyiniz ən asan çörək reseptidir. O qədər çox bəyənəcəksiz ki, heç mağazadan çörək almağı düşünməyəcəksiz. Təkcə asan hazırlana bildiyinə görə deyil, ən əsası təzə və ev şəraitində hazırlandığına görə sevəcəksiniz.
Çörəyi hazırlamaq üçün -un, duz, xəmir mayası və su lazımdır. Ağ çörəyin hazırlanması üçün ağ undan, tam buğda unu çörəyi üçün isə tam buğda unundan istifadə etmək lazımdır.

Bu isə 100% tam buğda unundan hazırlanmış ev çörəyidir. Həm faydalı, ləm ləziz.
Çörəyin xəmiri əllə deyil, qaşıqla qarışdırılır. Aşağıdakı fotoşəkillərdən hər şey aydın olacaq.


Əvvəcə un duz iri qabda qarışdırılır.

Sonra buraya suda islanmış maya əlavə edilir.

Kütlə taxta qaşıqla qarışdırılır.

Alınan qarışıq bir qədər yapışqan olacaq - bu belə də olmalıdır.

Xəmirin üstünü örtüb kənara 1 saat yarım müddətində gəlməyə qoyuruq.

Qabaran xəmir həcmində 2-3 dəfə artmalıdır.

Xəmiri kündələyəcəyiniz yerə un səpin.

Qabarmış xəmiri buraya endərin.

Xəmiri kitab kimi ikiyə qatlayın. Bunu təkrar edin. İstiqamətin fərqi yoxdur.

Sonra isə xəmiri ya tikişi aşağıda, ya da tikişi kənarda dincəlməyə qoyun - tikişin istiqamətinin fərqi yoxdur.

İri ləyənimizi xəmirin üstünə örtürük və xəmiri 30 dəqiqə ərzində yenidən qabarmaya qoyuruq. Bu vaxt ərzində isə istinmiş fırına qapaqlı qazanı yerləşdiririk ki, qazan orada 30 dəqiqə qızsın.

30 dəqiqə keçdi - çörəyi bişirmək olar!

Qaynar qazana (diqqətli olun, yanmayın!) xəmiri endərin.

Xəmir yuxarıdan belə görsənəcək.

Qazanın qapağını örtün və fırına göndərin.

Çörəyiniz hazırdır!

Bax belə!

Çörəyi qazandan soyutma tellərinin üstünə endərin ki, çörək tamamən soyusun. Çörəyi isti ikən doğramayın, yoxsa xəmir kimi olar!

Buyurun - tam buğda unundan çörək.

Üstündəki çatlar çörəyə xüsusi yaraşıq verir.

Bu isə ağ undan hazırlanan çörəyin qabarmış xəmiridir.

Ağ çörəyin xəmiri bişirilməyə hazırdır.

Yuxarıdan görüntü.

Ağ çörək hazırdır!


Geri dön

kiskanc

  • 23 mart 2013 15:11
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
tesekkkkurler

so_sad

  • 7 mart 2013 18:05
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Sitat: Bella
Sonra isə xəmiri ya tikişi aşağıda, ya da tikişi kənarda dincəlməyə qoyun - tikişin istiqamətinin fərqi yoxdur.

ShoKKi_MoKKi

  • 4 mart 2013 17:14
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkur Edirem..

--------------------

^^KuKuLKa^^

  • 3 mart 2013 19:33
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Sonra isə xəmiri ya tikişi aşağıda, ya da tikişi kənarda dincəlməyə qoyun - tikişin istiqamətinin fərqi yoxdur.

--------------------

fatime gul

  • 3 mart 2013 02:43
  • Məqalə: 0
  • Şərh: 1099
  • Bal:
{awards}
cox dadli gorsenir

(sweet girl)

  • 3 mart 2013 01:28
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
MEqale cUn tWKler

solnuska

  • 3 mart 2013 00:29
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
HMM...................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_trickster_

  • 2 mart 2013 22:49
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
thanks,.,.,..,.,,.,.

--------------------

solnuska

  • 2 mart 2013 21:14
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK......................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

^^KuKuLKa^^

  • 2 mart 2013 20:53
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Çörəyin xəmiri əllə deyil, qaşıqla qarışdırılır. Aşağıdakı fotoşəkillərdən hər şey aydın olacaq.

--------------------

::KraSaV4iK::

  • 2 mart 2013 20:51
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
tewekkurler

--------------------

^^KuKuLKa^^

  • 2 mart 2013 20:46
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Tewekkurler....

--------------------

ツMrs.Crazy ツ

  • 2 mart 2013 19:57
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
tewekkurler...............

solnuska

  • 2 mart 2013 19:54
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
NUW OLSUN...............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღLovelyღ

  • 2 mart 2013 19:30
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Shokoladka

  • 2 mart 2013 19:14
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Chox maraqli idi tskler :)

--------------------


GuNaY_83

  • 2 mart 2013 19:12
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Tesekkurler.........

--------------------

seva20

  • 2 mart 2013 18:52
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
{awards}
tesekkur edirem

★Love Pearl★

  • 2 mart 2013 18:48
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Sitat: XaXaXiXi-Ne-GuLuRsEn
Çox saqolun xəbərçün...

--------------------
Azerbaijan Medical University smile

(_L amour,,нец_)

  • 2 mart 2013 18:46
  • Məqalə: 6
  • Şərh: 47
  • Bal:
{awards}
tənbəl xanımların üçün idealdır. lol

--------------------
:\ DÜNYAYA GELECEK İNSANLARA TAVSİYEM G.E.L.M.E.Y.İ.N :))))))

so_sad

  • 2 mart 2013 18:26
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
tewekkurler...

ShoKKi_MoKKi

  • 2 mart 2013 18:24
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkurler.........

--------------------

ღ★ Firuzə ★ღ

  • 2 mart 2013 18:06
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
teshekkur redakte uchun ))

--------------------

Banned1

  • 2 mart 2013 17:59
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Dj_melek

  • 2 mart 2013 17:52
  • Məqalə: 16
  • Şərh: 1494
  • Bal:
{awards}
Tesekkur edirem.

Gun_el

  • 2 mart 2013 17:51
  • Məqalə: 21
  • Şərh: 2088
  • Bal:
{awards}
Bunu oxumaga sebrim catmir oda qala biwirmeye?ama biwiren olsa xeber etsin memnuniyyetle qonaq olaram

--------------------


Legendin Deceliyem

  • 2 mart 2013 17:50
  • Məqalə: 0
  • Şərh: 293
  • Bal:
{awards}
Tesekkur edirem........

мυsLiмαηκα

  • 2 mart 2013 17:49
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Tewekkurler....

ShoKKi_MoKKi

  • 2 mart 2013 17:46
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkur edirem........
[center][/center]

--------------------

angeL :)

  • 2 mart 2013 17:45
  • Məqalə: 39
  • Şərh: 2313
  • Bal:
{awards}
ilk serh menen tongue

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}