Yeni il axşamı ən çox hansı müğənnimiz qazanacaq?

 
Yeni il axşamı ən çox hansı müğənnimiz qazanacaq?

Yeni il axşamı ən çox hansı müğənnimiz qazanacaq? - SİYAHI

Müğənnilərimizdən bəziləri bir neçə saatlıq çıxışlarına görə

6 min manat qonorar alacaq.

Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gecəsi

əvvəlki illərdən fərqli olaraq müsəlman təqvimi ilə Məhərrəm

ayına təsadüf edir. Məlumdur ki, islam dininə mənsub ölkə olduğumuz üçün,

əksər müsəlmanlar Məhərrəm ayında şadyanalıq etmirlər.

Bununla belə, bəzi müğənnilər səhnəyə çıxmağı düşünürlər.

Mətbuat sənətçilərimizin yeni il gecəsi üçün

nəzərdə tutulan fəaliyyətindən məlumat verir.

Xalq artisti Aygün Kazımova Yeni il gecəsi şou-proqramlara qatılacaq.

Amma sənətçi xanım neçə məkanda çıxış edəcəyini dəqiq

bilmədiyinə görə, əldə edəcəyi qonorarın

miqdarını hələ müəyyənləşdirməyib.

Xalq artisti Zülfiyyə Xanbabayeva isə Yeni ili evdə – ailəsi ilə

birgə qarşılayacağını deyir. Sənətçi xanım gecə saat 12-ni

vurandan sonra bəzi restoranların şou-proqramlarına qatılacaq.

Əməkdar artist Tünzalə Ağayeva təzə ili doğmalarıyla birgə qarşılayacaq:

«Yeni ili qızım, anam, atam və qardaşlarımla qeyd edəcəyəm».

Şou-proqramlara qatılmayan sənətçi xanım

yalnız rəsmi tədbirlərlə kifayətlənməli olacaq.

Bəstəkar-müğənni Elza Seyidcahan da Yeni ili ailəsi ilə birgə

qarşıladıqdan sonra şou-proqramlara yollanacaq.

Müğənni həmin gecə nə qədər qonorar qazanacağını sirr saxlayır.

Yeni ili hər zaman ailəsi ilə birgə qeyd edən əməkdar

artist İlqar Muradov yenə ənənəsinə sadiq qalacaq.

Gürcü qızı Manana bəzi həmkarlarından fərqli olaraq,

Yeni ili səhnədə qarşılayacaq: «Kimin üçünsə bu, primitiv səslənə bilər,

amma mən doğrudan da inanıram ki, Yeni ili səhnədə oxuyaraq

qarşılasan, rəqs edərək şən keçirsən, yaradıcılığına da,

həyatına da Yeni il özü ilə sevinc gətirəcək».

Əməkdar artist Eyyub Yaqubov
Yeni ili ailəsi və dostları ilə birlikdə paytaxtdakı

restoranların birində keçirəcək.

Təbii ki, özü də səhnədə çıxış edəcək.

Müğənni Elariz Məmmədoğlu da neçə restoranda çıxış edəcəyini dəqiq bilmir.

Müğənni həmin gecə yaxşı qazanacağına əmindir:

«Bir çox restoranların şou-proqramlarına dəvət almışam»- deyən

E.Məmmədoğlu Məhərrəm ayında xeyriyyə işləriylə də məşğul olmağı unutmur.

Şou-biznesin qalmaqallı müğənnisi Nadir Qafarzadə Yeni il axşamı bir neçə əyləncə

mərkəzində çıxış edəcək. Müğənninin dediyinə görə, həmin

çıxışlarından bir neçəsində pulsuz oxuyacaq. Daha sonra isə

N.Qafarzadə ailəsi ilə birgə Dubaya yollanacaq.

Müğənni ailəsi ilə birgə düz bir həftə bolluca dincəlməyi planlaşdırır.

Yeri gəlmişkən, Nadirə bu səfəri 2500 manata başa gələcək.

Müğənni İzzət Bağırov Məhərrəm ayı ilə əlaqədar şou-proqramlara qatılmayacaq.

Müğənni Röya təzə ili əyləncə mərkəzlərində qarşılayacaq.

Müğənni bir neçə saatlıq çıxışından sonra Yeni ili ailəsi ilə birgə qeyd edəcək.

Meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Ədalət Şükürov və başqa

sənətçilər də təzə ildə qaz vurub, qazan dolduracaqlar.

Səhərə qədər boğazlarını yorub oxuyan

müğənnilərin qonorarı 3-6 min arasında dəyişəcək.

Yeri gəlmişkən, Yeni il gecəsində türkiyəli sənətçilər Tarkanla,

Ajda Pekkan
qardaş ölkənin ən baha qonorar alacaq ünlüləri siyahısındadır.

Belə ki, Yeni il gecəsi hər iki sənətçinin Kıbrıs Cratos Otelindəki

çıxışlarına görə ayrı-ayrılıqda hər birinə 128 min dollar

qonorar ödəniləcək. Elə bizim əksər müğənnilər də türk sənətçiləri

qədər qazanmasalar da, həmin gün bir-biriylə

daha yüksək qonorar almaq uğrunda mübarizə aparacaqlar...


Geri dön

nilayka

  • 6 may 2011 01:01
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
cox saqolun maraqli idi

--------------------

Just For Legend

  • 31 dekabr 2010 23:28
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

--------------------

damla15

  • 25 dekabr 2010 17:58
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
cox saqolun maraqli idi

Sergio Ramos

  • 24 dekabr 2010 19:46
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
təşəkkür məlumat üçün

--------------------

Mr_Unlimited

  • 24 dekabr 2010 17:43
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
tewekkurelr maraqli melumatdi. mende yeni ili wenliklerde kecirmek fikrindeyem))))) her kesed emeslehet gorurem))) her kese gozel yeni ili eylencesi arzu edirem))

Ulya

  • 24 dekabr 2010 17:34
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol maraqli idi

CandyGirl

  • 24 dekabr 2010 17:14
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
yaxsi xeberdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 89
Cəmi: 121

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 57
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}